Mədəniyyət və Yaradıcılıq

"Mədəniyyət və Yaradıcılıq": necə və niyə dəyişmişik?

"Mədəniyyət və Yaradıcılıq" veb-saytı 2015-ci ildə Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynanın sosial-iqtisadi inkişafına mədəniyyətin töhfəsini dəstəkləmək üçün Aİ-nın Şərq Tərəfdaşlığı proqramı çərçivəsində yaradılıb.

Sayt fəaliyyəti dövründə mədəniyyət və yaradıcılıq sahələrinin nümayəndələri üçün məşhur və faydalı resurs olmuşdur. Aİ-nın "Mədəniyyət və Yaradıcılıq" Proqramı başa çatdıqdan sonra, sayt "British Council"ın maliyyə dəstəyi ilə fəaliyyətini davam etdirir.

Bundan sonra da, biz Şərq Tərəfdaşlığı ölkələrinin mədəniyyət və yaradıcılıq sahələrinin potensialını inkişaf etdirməyə və ən yaxşı təcrübələr, alətlər və imkanlar barədə hər gün geniş məlumat verməyə davam edəcəyik.

Hazırda saytda "Yaradıcı İqtisadiyyat" adlı yeni rubrika və mədəniyyət və yaradıcılıq sektorunda yeni peşəkarlar nəslinin yaradılması üçün mədəniyyət sahəsində fəaliyyət göstərən menecerlərin təşəbbüsü olan Mədəniyyət Menecerləri Assosiasiyası haqqında bölmə də yaradılmışdır.

"Mədəniyyət və Yaradıcılıq" saytı xəbərləriniz və hekayələriniz üçün hər zaman açıqdır. Uğurlarınız haqqında bizə məlumat verin, mədəniyyət sahəsində tövsiyə və təcrübələrinizi bizimlə bölüşün.

https://www.facebook.com/culturepartnership/