
Aşağıda adı sadalanan Şərq Tərəfdaşlığı Ölkələri Yaradıcı Avropa proqramının Mədəniyyət üzrə proqramında iştirak etmək üçün müraciət edə bilər.MEDIA proqramında tam iştirak 3-cü ölkələrin Aİ ölkələrinin audiovizual qanunvericiliyinə müvafiqliyindən asılıdır. Müvafiqlik olmadıqda, onlar MEDIA proqramının aşağıdakı bölmələrində iştirak edə bilərlər: Təlim, Festivallar, Auditoriyanın təkmilləşdirilməsi və Bazara Çıxış:
• Gürcüstan
• Moldova
• Ukrayna
Yalnız qanuni statusa malik təşkilatlar proqramda iştirak üçün müraciət edə bilər.
Ermənistan, Azərbaycan, Belarus, Ukrayna
Digər Şərq Tərəfdaşlığı ölkələrindən olan tərəfdaş təşkilatlar Mədəniyyət üzrə proqram üçün tələblərə cavab verən minimal sayda tərəfdaşları olan istənilən Konsorsiumda iştirak edə bilərlər. Ümumi layihə büdcəsinin maksimum 30%-i Şərq Tərəfdaşlığı Ölkələrini təmsil edən təşkilatların iştirakına ayrıla bilər.
Tərəfdaşlar
Yaradıcı Avropa mübadilə və əməkdaşlığı dəstəkləyir. Mədəniyyət üzrə proqramın bir hissəsi kimi (olan)Avropa Şəbəkələri, Əməkdaşlıq Layihələri və Avropa Platformaları kimi maliyyə imkanlarından yararlanmaq məqsədilə müraciət etmək üçün siz tərəfdaşlarla birgə fəaliyyət göstərməli olacaqsınız. Ən yaxşı tərəfdaşlıqlar zamanla inkişaf edir və ümumi və ya təzadlı məqsədlərin və yaradıcılıq fəaliyyətlərinin birləşməsini təşkil edə bilər.
Əməkdaşlıq etmək üçün həmkar və tərəfdaşları necə tapa bilərsiniz?
- Beynəlxalq və ya Avropa mövzusunda keçirilən festival, konfranslar və əlaqə yaratmaq məqsədi ilə təşkil olunan işgüzar tədbirlərdə iştirak edin
- Avropa şəbəkəsinə qoşulun. Mümkün şəbəkələrdən bəzilərinin siyahısını nəzərdən keçirmək üçün bu keçidə daxil olun.
- Hazırda Yaradıcı Avropa proqramı tərəfindən maliyyələşdirilən Avropa Mədəniyyət Şəbəkələrinin siyahısı ilə aşağıdakı keçiddə tanış olmaq olar: https://eacea.ec.europa.eu/sites/eacea-site/files/documents/results_eac-s18-2013-selected_projects_en.pdf