
2014-2020-ci illər üçün səyahət etmək, yeni auditoriya qazanmaq və bacarıqların mübadiləsi və inkişafını təşviq etmək potensialına malik olan Avropa layihələri dəstəkləmək məqsədi ilə 1.46 milyard avro vəsait ayrılmışdır.
2015-ci ildə dünyanın 38 ölkəsini təmsil edən təşkilatlar maliyyə yardımına yiyələnmək üçün əməkdaşlıq etmək və rəqabət aparmaq hüququ qazanıb, onlarla yanaşı üçüncü ölkələr də hər iki proqramda iştirak etmək imkanına malikdir.
Yaradıcı Avropa iki istiqamət üzrə həyata keçiriləcək :
- yaradıcılıq və mədəniyyət sektorlarını dəstəkləyən Mədəniyyət üzrə proqram
- audiovizual fəaliyyətlərin inkişafını və təminatını dəstəkləyən MEDIA proqram
Bu büdcənin ən az 56%-i MEDIA proqramı üçün ayrılıb.
Büdcənin təqribən 31%-i isə Mədəniyyət üzrə olan proqrama yönləndiriləcək.
Büdcənin qalan 13%-i isə yeni sektorlararası bölməyə yönəldiləcək. Bu bölməyə Yaradıcı Avropa Desks proqramının və 2016-cı il üçün planlaşdırılan maliyyə zəmanəti vasitələrinin maliyyələşdirilməsi daxildir. Hal-hazırda, xüsusi sektor və ya fəaliyyət növü üzərində mərkəzləşmiş təqribən 18 Yaradıcı Avropa maliyyələşdirmə imkanı mövcuddur (bunları adətən “sxemlər” və ya “bölmələr” adlandırırlar). Əlavə məlumat üçün.
Yaradıcı Avropa yalnız qarşısına qoyduğu məqsədlərə cavab verən layihələri maliyyələşdirəcək. Bu məqsədlərə daxildir:
- Sektorun gücləndirilməsi və potensialın artırılması
- Auditoriyanın təkmilləşdirilməsi
- Yeni biznes modellərinin işlənib-hazırlanması
- Rəqəmsal Layihələr
Bu tələblərə cavab verən layihələr həmçinin Avropa İttifaqının prioritetlərinə öz töhfələrini verməlidirlər.
Bunlara daxildir:
- Sektorun beynəlmiləl səviyyədə fəaliyyət göstərmək bacarığını gücləndirmək
- Fəaliyyətlərin və operatorların beynəlmiləl dövriyyəsini dəstəkləmək və Avropa və onun sərhədləri xaricində yeni auditoriya qazanmaq
- İnnovasiyalar və yaradıcılığı təşviq etmək
- Sektorun maliyyə həcmini gücləndirmək
- Siyasət quruculuğunu gücləndirmək