MEDIA proqramı
MEDIA proqramı
Yaradıcı Avropa MEDIA proqramı Avropa İttifaqının film və audiovizual sənayesinin inkişafına, yayılmasına və tanıtımına maliyyə dəstəyi göstərir.

O, Avropa miqyasında layihələrin irəli sürülməsinə yardım edir və yeni texnologiyalar təqdim edir; o, Avropa filmlərinə və audiovizual əsərlərinə, o cümlədən bədii filmlərə, televiziya tamaşalarına, sənədli filmlərə və yeni mediaya yerli sərhədləri və Avropa sərhədlərini aşaraq yeni bazarlar tapmaqda yardım edir; o, təlim və filmlərin işlənib hazırlanması üzrə planları maliyyələşdirir.

Təklif sorğusuna dair təfərrüatlı məlumatlarla aşağıda tanış olmaq olar: http://eacea.ec.europa.eu/creative-europe/actions/media_en 

Təlim

Yaradıcı Avropa MEDIA İdarəetmə, Yeni Texnologiyalar və Ssenarilərin yazılması üzrə təlimləri dəstəkləyir. Bu kurslar Avropalı prodüserlərə, distribyutorlara, ssenaristlərə, rejissorlara və oyun müəlliflərinə beynəlxalq bazarda öz səriştə və rəqabət qabiliyyətlərini inkişaf etdirməyə imkan verir.

Yaradıcı Avropa MEDIA tərəfindən dəstəklənən təlim kursları barədə məlumat Təlim və Şəbəkələr üzrə Təlimatda yer alır.

Auditoriyanın maarifləndirilməsi

MEDIA proqramının prioritetlərindən biri əsasən tanıtım, tədbirlər, filmlərlə maarifləndirmə və festivallar vasitəsilə Avropa audiovizual əsərlərinə olan marağı artırmaq və bu əsərlərə çıxışı asanlaşdırmaq üçün auditoriyanı maarifləndirməkdən ibarətdir.

Auditoriyanın maarifləndirilməsinə dəstək planı iki tədbiri özündə birləşdirir: 

  • Filmlərlə maarifləndirmə - Avropada filmlərlə maarifləndirmə təşəbbüslərinin effektivliyini artırmaq və miqyasını genişləndirmək üçün bu təşəbbüslər arasında daha yaxşı əməkdaşlıq mexanizmini təmin edən layihələr dəstəklənir.
  • Auditoriyanın maarifləndirilməsi tədbirləri - Avropa filmlərinin xüsusən gənc tamaşaçılarını hədəfə alan innovativ və təşviqedici tədbirlər üçün dəstək təmin edilir.

Festivallar

MEDIA proqramı hər il rəngarəng Avropa filmləri proqramı ilə tanınan, ictimaiyyəti və çox sayda peşəkarları özünə cəlb edən 100-dən çox Avropa festivalını dəstəkləyir. Yaradıcı Avropa MEDIA proqramının prioritetlərindən biri Avropa audiovizual əsərlərinə olan marağı artırmaq və bu əsərlərə çıxışı asanlaşdırmaq üçün auditoriyanın inkişafına dəstək verməkdən ibarətdir.

Festival dəstəyi üçün müraciətlərdə auditoriyanın inkişaf etdirilməsi təşəbbüsləri, xüsusən gənc tamaşaçıları hədəfə alan təşəbbüslər öz əksini tapmalıdır.

Festival zamanı ictimaiyyətə təqdim edilən proqramların minimum 70%-i və ya minimum 100 bədii film (və ya 400 qısametrajlı film) MEDIA proqramında iştirak edən ölkələrdən olmalıdır.

"MEDIA proqram ölkələri" proqramlarında:

Filmlərin 50%-i qeyri-milli olmalıdır.

Bu ölkələrdən ən az 15-i təmsil edilməlidir.

Bazara çıxış

Yaradıcı Avropa MEDIA proqramının məqsədi Avropalı peşəkarların ticari tədbirlərə və peşəkar audiovizual bazarlara çıxışını asanlaşdırmaqdan ibarətdir. Bunun üçün əsas bazarlarda, tədbirlərdə, birgə istehsal mühitində, konfranslarda və məlumat bazalarında Avropanın mövqeyi üçün zəmin yaradılır. MEDIA proqramı MIP TV, MIPCOM, Kann Film Festivalı və Berlinale kimi mühüm audiovizual bazarlarda Avropalı peşəkarlar üçün zəmin yaradır. MEDIA proqramında iştirak edən ölkələr xaricində və daxilində həyata keçirilən tədbirlər dəstəklənməlidir.

Gözlənilən bazarlarda MEDİA mövqelərinə dair məlumat almaq üçün.

MEDIA proqramı Sənədli Forum, Animasiya (CARTOON) Forum və kiçik ixtisaslaşmış bazar seqmenti kimi xüsusi maraq kəsb edən və tematik bazarları və Avropa Sənədli Filmlər Şəbəkəsi tərəfindən dəstəklənən sənədli filmlər seminarlarını birbaşa dəstəkləyir.

MEDIA həmçinin Cineuropa kimi məlumat bazası və onlayn vəsaitləri dəstəkləyir.

Avropa təşkilatları bazara çıxış tədbirlərinin maliyyələşdirilməsi üçün müraciət edə bilərlər.

 

Beynəlxalq Birgə Prodakşn Fondlarına dəstək

Proqram ən az 12 ay ərzində fəaliyyət göstərmiş olan və beynəlxalq birgə prodakşnları dəstəkləyən prodakşn fondlarına dəstək verir. O, Yaradıcı Avropa proqramında iştirak etməyən ölkələrlə əməkdaşlığa imkan yaradır.

Bu plan proqramda iştirak edən ölkələrdən olan və qeyri-iştirakçı ölkələrlə birgə istehsal edilmiş layihələrə sərmayə qoyan və ya tanıdan birgə prodakşn fondlarını dəstəkləyir. Fondların siyahısı ilə aşağıda tanış ola bilərsiniz: http://eacea.ec.europa.eu/creative-europe/actions/media_en

Mədəniyyət proqramında iştirak etmək üçün müəyyən olunmuş standart şərtlərlə MEDİA proqram dəvətlərinin texniki spesifikasiyaları arasında ciddi fərqlər var. Hər plan üçün fərdi təlimatlara baxın.

Layihənin hazırlanması

MEDIA proqramı

Qeydiyyat

Müraciət edənlər öz şirkələrini Təhsil, Audiovizual, Mədəniyyət, Vətəndaşlıq və Könüllü İştirakçı Portalında qeydiyyatdan keçirməlidirlər: http://ec.europa.eu/education/participants/portal 

Həmçinin, iştirakçılar öz təşkilatları ilə əlaqədar müxtəlif sənədləri yükləyə bilərlər. Bu sənədlər bir dəfə yüklənilir və növbəti dəfə eyni təşkilatın müraciətləri üçün tələb edilməyəcək. Buraya aşağıdakılar daxildir:

1. Müraciət edənin adından hüquqi öhdəlik qəbul etmək səlahiyyəti olan şəxs tərəfindən imzalanan təyinedici blank

http://ec.europa.eu/budget/contracts_grants/info_contracts/legal_entities/legal_entities_en.cfm 

Özəl şirkətlər üçün: rəsmi nəşriyyat orqanından/ticari reestrdən çıxarış və ƏDV şəhadətnaməsi. Bəzi ölkələrdə ticari reestrin nömrəsi və ƏDV nömrəsi eyni olur.

Dövlət müəssisələri üçün: Təşkilatın yaradılması haqda hüquqi qərar və ya qətnamə, yaxud da başqa bir rəsmi sənəd.

Avropa ortaqlığı qurmağa icazə verən nizamnamənin surəti.

2. Bank Identifikasiya Forması http://ec.europa.eu/budget/contracts_grants/info_contracts/financial_id/financial_id_en.cfm

3. Əgər potensial fondun məbləği 60.000€-dan artıqdırsa: Maliyyə durumuna dair blank (müvafiq hüquqi mühasibat rəqəmlərinə əsasən doldurulur)

Kommersiya şirkətləri üçün: son 2 il üçün tamamlanmış və təsdiqlənmiş illik hesablar (balans, mənfəət və zərər hesabı və əlavələr).

Qeyri-kommersiya şirkətləri üçün: son il üçün tamamlanmış və təsdiqlənmiş illik hesablar (balans, mənfəət və zərər hesabı və əlavələr).

Qeydiyyat bitdikdə sizə İştirakçı Identifikasiya Kodu (PIC KODU) göndəriləcək. Bu kod hər şirkət üçün ayrıdır və müraciət formasında qeyd edilməlidir.

Şirkətinizdə dəyişiklik olarsa, portalda bu məlumatlar yenilənməli və müvafiq yeni sənədlər yüklənilməlidir.

Ərizələr elektron blank (eForm) vasitəsilə təqdim edilir: https://eacea.ec.europa.eu/PPMT/ 

Ərizələrin onlayn təqdim edilməsi

Sizə Adobe Reader 8.1.5 və ya daha yeni versiyası lazım olacaq. Müraciət veb səhifəsində siz həmçinin elektron blank testi barədə məlumat əldə edəcək və Adobe təhlükəsizlik şərtlərinə dair məsləhət alacaqsınız. Elektron blankı doldurmazdan əvvəl o, sizin kompüterin yaddaşında (və ya lokal şəbəkə məlumat daşıyıcıda) saxlanılmalıdır.

Əgər texniki problemlər olarsa, "Yardım" səhifəsinə müraciət edin: https://eacea.ec.europa.eu/creative-europe/funding/distribution-support-sales-agents-2015_en

Həmçinin, texniki problemlər barədə vaxtında məlumat verin.

Ərizəni təqdim etməzdən əvvəl əlaqədar şəxsin elektron poçt ünvanının düzgün olduğunu yoxlayın, belə ki, ərizənin uğurla çatdırıldığını təsdiq edən bildiriş həmin ünvana göndəriləcək.

Dostlara bildirmək