Mədəniyyət üzrə proqram
Mədəniyyət üzrə proqram

İştirak üçün son qeydiyyat tarixləri: https://ec.europa.eu/programmes/creative-europe/calls_en 

Mədəniyyət üzrə proqram 4 əsas maliyyə sxeminə malikdir.

1. Avropa Əməkdaşlıq Layihələri üçün Dəstək

Bu bölmə Mədəniyyət üzrə proqramın büdcəsinin əsas hissəsini təşkil edir və müxtəlif Avropa ölkələrini təmsil edən geniş çeşiddə mədəniyyət təşkilatlarının beynəlmiləl mədəni və bədii layihələr üzrə əməkdaşlıq etməsinə imkan verir. Bu bölmə iki proqrama ayrılır:

1-ci Kateqoriya – Kiçik miqyaslı əməkdaşlıq layihələri 

Layihənin müddəti

Maksimum 48 ay

Təsviri

Beynəlmiləl əməkdaşlıq layihəsi

Tələb olunan tərəfdaşların sayı

Ən az 3 ixtisaslı ölkədən minimum 3 tərəfdaş*

Maliyyələşdirmə

Ümumi məqbul xərclərin maksimum 60%-nə qədər, hər layihə üçün 200000 avroya qədər

*Aİ, AATA (Avropa Azad Ticarət Assosiasiyası) və ya (bir vaxt iştirak hüququna malik) İsveçrədə qanuni şəkildə yerləşmiş ən az bir tərəfdaş 

2-ci Kateqoriya – geniş miqyaslı əməkdaşlıq layihələri

Layihənin müddəti

Maksimum 48 ay

Təsviri

Beynəlmiləl əməkdaşlıq layihəsi

Tələb olunan tərəfdaşların sayı

Minimum 6 ixtisaslı ölkə

Maliyyələşdirmə

Ümumi məqbul xərclərin maksimum 50%-nə qədər, hər layihə üçün 2 milyon avroya qədər təklif olunur

2. Bədii-ədəbi tərcümə layihələri

Bu bölmə bədii-ədəbi əsərlər “paketinin” bir Avropa dilindən digər Avropa dilinə tərcümə olunmasını dəstəkləyir. Əsərlərin nəşri və tanıtımı da mümkündür. Bu istiqamətdə 2 kateqoriya mümkündür:

1-ci Kateqoriya – 2 illik layihələr

Layihənin müddəti

2 ilə qədər

Təsviri

3-10 məqbul bədii əsərlər paketinin bir Avropa dilindən digərinə tərcüməsini dəstəkləyir.

Tələb olunan tərəfdaşların sayı

Qrant təklikdə bir nəşriyyata və ya nəşriyyatlar qrupuna verilə bilər.

Maliyyələşdirmə

Ümumi məqbul xərclərin maksimum 50%-nə qədər, hər layihə üçün 100,000 avroya qədər təklif olunur

2-ci Kateqoriya – Tərəfdaşlıq müqavilələri

Layihənin müddəti

2016-cı ildə 4 illik tərəfaşlıq müqavilələri üçün təkliflərin irəli sürülməsi məqsədilə müsabiqə elan olunacaq.

 

Tələb olunan tərəfdaşların sayı

Qrant təklikdə bir nəşriyyata və ya nəşriyyatlar qrupuna verilə bilər.

Təsviri

İl ərzində 5-10 məqbul bədii əsərlər paketinin bir Avropa dilindən digərinə tərcüməsini dəstəkləyir. Tərəfdaşlıq müqaviləsi üçün təqdim olunan ərizəyə müqavilənin bütöv müddətini əhatə edən fəaliyyət planını özündə əks etdirməlidir.

Maliyyələşdirmə

Ümumi məqbul xərclərin maksimum 50%-nə qədər, il ərzində 100,000 avroya qədər

3. Avropa Şəbəkələrinə dəstək

Bu bölmə sektor daxilində şəbəkələşmə, qarşılıqlı təlim, mübadilələr və s. vasitələrlə peşəkar inkişafın irəliləməsinə kömək edən şəbəkələri birgə maliyyələşdirir. Bu bölmə sektora struktur təsir göstərməyi nəzərdə tutur və bu səbəbdən yalnız geniş əhatə dairəsinə malik və proqramlar üzrə balanslaşdırılmış məhdud sayda şəbəkələrə dəstək veriləcək.

Layihənin müddəti

2016-cı ildə 4 illik tərəfdaşlıq müqavilələri üçün təkliflərin irəli sürülməsi məqsədilə müsabiqə elan olunacaq (2017-ci ildə imzalanacaq).

 

Təsviri

Mədəniyyət və yaradıcılıq sektorlarını təmsil edən strukturlaşdırılmış təşkilatlar (şəbəkələr) qrupunu dəstəkləyir. Avropa şəbəkələrinin tərkibində proqramda iştirak edən ən az 10 müxtəlif ölkədə qanuni şəkildə yerləşmiş minimum 15 üzv təşkilat olmalıdır.

Maliyyələşdirmə

İl ərzində maksimum 250,000 avroya qədər. Aİ tərəfindən maliyyə dəstəyi büdcənin ümumi məqbul xərclərinin 80%-ini ötüb keçə bilməz. Bu səbəbdən, xərclərin 20%-nin qrant alanlar tərəfindən ödənilməsi tələb olunur.

 

4. Avropa platformalarına dəstək

Bu bölmə Avropalı yaradıcılar və rəssamların, xüsusilə həqiqi Avropa miqyaslı proqram vasitəsilə tanınmış istedadlı şəxslərin nümayişi və təqdimatı ilə məşğul olan mədəniyyət və yaradıcı təşkilatları birgə maliyyələşdirir. Bu bölmənin sektora struktur effekti göstərməsi nəzərdə tutulub və bu səbəbdən yalnız məhdud sayda platformalar dəstəklənəcək.

Layihənin müddəti

2015-ci ildə seçilmiş layihələr maksimum 2 il müddətə malik olacaq. 2017-ci ildə seçilmiş ərizələr maksimum 4 il müddətə malik olacaq.

Təsviri

Təşkilatlar qanuni əsasda təşkil edilmiş koordinasiya qurumu formalaşdırır və proqramda iştirak edən ən az 10 müxtəlif ölkədən ən az 10 üzv təşkilata malik platforma təsis edir.

 

Maliyyələşdirmə

İl ərzində maksimum 500 000 avroya qədər. Aİ tərəfindən maliyyə dəstəyi platform layihəsinin məqbul xərclərinin 80%-ini keçə bilməz. Bu səbəbdən, xərclərin 20%-nin qrant alanlar tərəfindən ödənilməsi tələb olunur.

Layihənin hazırlanması

Mədəniyyət üzrə proqram

Əməkdaşlıq layihələrinin işlənib hazırlanmasında ən mühüm addım, müxtəlif Avropa dövlətlərini təmsil edən, mədəniyyət üzrə layihələr istiqamətində birgə əməkdaşlıq etmək istəyən güclü tərəfdaşlar komandasının və ya “həmtəşkilatçıların” formalaşdırılmasıdır. Həmtəşkilatçıların öz aralarında anlaşıqlı müqavilələr imzalamaqla yanaşı yaxşı iş münasibətləri qurmaları zəruridir.

Mədəniyyət üzrə əməkdaşlıq layihəsinin həyata keçirilməsi üçün məsləhətlər

  • Hər bir tərəfin layihənin planlaşdırılmasında bərabər şəkildə iştirakını və layihə çərçivəsində vəzifələrindən agah olmasını təmin etmək üçün gələcək həmtəşkilatçılarla güclü münasibətlər qurmaq zəruridir.
  • Layihə üçün ayrılacaq pul və maliyyə vəsaiti məsələləri lap əvvəldən müzakirə edilməlidir. Hər bir tərəf, hər bir həmtəşkilatçının layihə üçün ayrılmış pulu təmin etməyə qadir olduğuna əmin olmalıdır.
  • Bütün həmtəşkilatçıların hazırlıqlarda iştirak etmək imkanını təmin etmək üçün, layihənin fəaliyyət planı və şərhi ilkin mərhələdə təqdim olunmalıdır. Həmtəşkilatçılar aşağıda sadalanan meyarları müəyyən etmək üçün birgə çalışmalıdırlar:
  1. Birgə layihənizin konkret məqsədini;
  2. Layihənin hədəf iştirakçılarını;
  3. Hədəf auditoriyanı və publikanı;
  4. Layihəyə daxil olan bütün tədbirlər və fəaliyyətlərin təqvimini;
  5. Layihənin bütün xərcləri və gəlirlərini.
  • Hal-hazırda smetada nəzərdə tutulmuş xərclərin və smetada nəzərdə tutulmuş gəlirlərin planı müntəzəm olaraq həmtəşkilatçılar arasında dövr etməlidir. Bu, əməkdaşlara büdcə istiqamətində işləməyə və ya büdcə barədə bütövlükdə xəbərdar olmağa imkan verir.
  • Tərəfdaşlığa qoşulmazdan əvvəl, həmtəşkilatçılar üz-üzə görüşərək fikir mübadiləsi aparmalıdırlar. Layihəyə dair təklifləri yekunlaşdırmaq üçün, həmtəşkilatçılar ən az bir dəfə də üz-üzə görüşməlidirlər.
  • Layihəniz üçün zəruri olacaq digər insanlar və təşkilatlarla şərti razılaşmalar müəyyən edin (məsələn, müəyyən rəssamlar; mədəni irs üzrə müəyyən mütəxəssislər; mümkün subpodratçılar, məs., veb-dizayn şirkəti və ya layihəni yerlə və ya digər vəsaitlə təmin edən tərəfdaş;)
  • Həmtəşkilatçılardan əlavə layihənin işinə nəzarət edən və layihəni dəyərləndirən təşkilatları işə cəlb edin.
  • Bütün rollar və onlarla əlaqədar vəzifələri əvvəlcədən aydınlaşdırmaq üçün bütün həmtəşkilatçılar arasında qanuni müqavilə tərtib olunmalıdır. Çünki, onlar layihə çərçivəsində bütün həmtəşkilatçılara aiddir.
  • Layihə üzrə xərclərin və layihə başa çatdıqdan sonra layihənin gedişatı ərzində hazırlanmış rəsm əsərləri və ya mədəni sərvətlərin aqibətinin necə olacağı ilə əlaqəli razılaşdırılmış üsulları nəzərə alın.
  • Layihənin irəliləyişini təhlil etmək və layihənin gedişatı boyunca meydana gələn hər hansı çətinliklərin aradan qaldırılması üçün bütün tərəflərin birgə çalışdığına əmin olmaq üçün, layihə təqvimininin bir hissəsi kimi həmtəşkilatçılar arasında görüşlər təyin edin.

Birgə tərəfdaşlar

Əgər birgə maliyyələşdirmə mümkün deyilsə, təşkilat “birgə tərəfdaş” rolunda çıxış edə bilər. Birgə tərəfdaş, fəalliyətlərdə iştirak edən, lakin həmtəşkilatçının iştirak səviyyəsi və dərəcəsi qədər iştirak hüququna malik olmayan, iştirak hüququna malik ölkəni və ya 3-cü ölkəni təmsil edən mədəniyyət üzrə operatordur.

Birgə tərəfdaşların üzərlərinə götürdükləri xərclər koordinator və/və ya tərəfdaşlar tərəfindən bilavasitə ödənmədikcə və ya geri ödənilmədikcə məqbul hesab olunmur.

Müraciət

Ərizə formaları birbaşa Brüsseldə yerləşən Mədəniyyət, Təhsil və Audiovizual İcra Agentliyinə (EACEA) yönləndirilməlidir.

Onlayn ərizə formaları

Ərizəçilər ərizələrin təqdim olunması üçün müəyyən olunmuş son qeydiyyat tarixindən əvvəl öz ərizələrini dolduraraq təqdim etməlidirlər. Ərizələrin təqdim olunması üçün müəyyən olunmuş son qeydiyyat tarixinə ciddi şəkildə riayət olunur.

Elektron ərizəni yollamazdan əvvəl, ərizəçilər (Layihənin rəhbəri və tərəfdaşlar) öz təşkilatlarını İştirak Portalında qeydiyyatdan keçirməli və İştirak üçün İdentifikasiya Kodunu (PIC) əldə etməlidirlər. İştirak üçün İdentifikasiya Kodu ərizə formasının doldurulması zamanı tələb olunur. Qeydiyyatdan keçmə qaydası barədə məlumatı buradan əldə etmək olar.

Onlayn ərizə formalarını və müraciətlə əlaqəli elektron sorğu kitabçasını EACEA-nın internet səhifəsində müvafiq maliyyə bölməsinə daxil olaraq əldə etmək olar.

Onlayn ərizə formasını yükləmək və doldurmaq üçün kompüterinizə Adobe Reader proqramının 9-cu və daha yeni versiyasını yükləməyiniz tələb olunur. Əgər bu proqram kompüterinizə yüklənməyibsə, http://get.adobe.com/reader/ saytına daxil olun və proqramı yükləyin.

Ərizələrin göndərilməsi üçün ünvan

Daha sonra, doldurulmuş ərizə forması çap edilməli və tələb olunan əlavələrlə birgə poçt vasitəsilə EACEA-nın poçt ünvanına göndərilməlidir (və ya şəxsən çatdırılmalıdır):

Mədəniyyət, Təhsil və Audiovizual İcra Agentliyi,

Yaradıcı Avropa Proqramı (2014-2020)

Mədəniyyət üzrə Proqram – Bölmə x

Avenue du Bourget 1 (BOUR 04/02)

B - 1049 Brüssel

Belçika

Önəmli qeyd: EACEA-da müəyyən edilmiş müraciət üçün onlayn qeydiyyat tarixləri Mərkəzi Avropa Vaxtı (CET) ilə nəzərdə tutulub. Müəyyən edilmiş son qeydiyyat tarixindən gec göndərilmiş ərizələr qəbul edilməyəcək.

Birgə maliyyələşdirmə

Layihənin tərəfdaşlarından heç bir konkret minimal maliyyə qatqısı tələb olunmur. Lakin, tərəfdaşlığın keyfiyyəti qrantın udulması üçün meyarlardan biridir və hər bir tərəfdaşın maliyyə öhdəçiliklərinə aiddir.

Birgə maliyyələşdirmə aşağıda sadalanan vasitələrlə həyata keçirilə bilər:

  • Digər təşkilatlardan (yerli, regional və ya milli hökumət orqanları, fondlar və s.) qrant tələb etməklə
  • Maliyyə toplanılması fəaliyyətləri ilə
  • Sponsorluqla
  • Öz vəsaitləri hesabına

Mədəniyyət üzrə Proqram və ya təklif olunan hər hansı digər proqram çərçivəsində Aİ tərəfindən iştirakçılara ikiqat maliyyə dəstəyi mövcud deyildir.

Hüquqi məsuliyyət

Layihə tərəfdaşları mandat imzalamalıdır. Bu mandatın imzalanması ilə, imzalayan tərəflər koordinatora layihənin həyata keçirilməsi zamanı onun adından və onun hesabına fəaliyyət göstərmə hüququ verir və layihəni müəyyən maliyyə dəstəyi ilə təmin etməyi öz öhdəçiliyinə götürür. Bütün tərəfdaşlar tərəfindən imzalanmış mandatlar ərizəyə əlavə edilir.

Dostlara bildirmək