BYORN GELDHOF BEYNƏLXALQ İNCƏSƏNƏT İCMASINDA AZ TANINAN RƏSSAMLARIN ƏL İŞLƏRİNƏ NECƏ MARAQ OYANDIRMAQ HAQDA DANIŞDI

2015-ci ildə Pinchuk Art Centre (Ukrayna) qalereyasının baş kuratoru Yarat! Müasir İncəsənət Mərkəzinə dəvət olunmuş və burada bədii və strateji direktor vəzifəsinə təyin olunmuşdu. Vəzifəsini tərk edərkən art-menecer yerli incəsənət bazarının xüsusiyyətlərinə dair üç illik müşahidələri haqda fikirlərini bölüşdü, həmçinin Azərbaycan kontekstində tərtib olunmuş nüfuz riskinin idarə edilməsi texnologiyalarından bəhs etdi.

Bakıya gəlməzdən öncəki peşəkar təcrübəniz haqda biraz danışın.

İxtisasca incəsənət üzrə tarixçiyəm, bir zamanlar Janus beynəlxalq art-jurnala rəhbərlik etmişəm, həmçinin müasir dövrün top rəssamları ilə bir çox kurator layihələr gerçəkləşdirmişəm. 2009-cu ilin noyabr ayından etibarən Kiyevdə Pinchuk Art Centre-də baş kurator vəzifəsini icra etmişəm.

Ukraynada olarkən ölkənin müasir incəsənətinin vəziyyəti haqda heç nə bilmirdim, lakin eyni zamanda Pinchuk Art Centre-in inkişafı və son 10 ildə Ukraynada 35 yaşına kimi olan gənc rəssamlar üçün ən mühüm mükafata çevrilmiş Future Generation Art prize-ın yaradılması kimi şərəfli və mühüm bir vəzifə üzərimə qoyulmuşdu. 

Bu iş Pinchuk Art Centre və ümumilikdə Kiyevin dünyanın art xəritəsində layiqli yerə nail olması üçün ukraynalılar arasında müasir incəsənətin geniş yayılmasına dair kompleks işlərin aparılmasını tələb edirdi.

Necə oldu ki, Bakıya gəlib çıxdız?

Bakıya Kiyevdəki işim zamanı dəvət olunmuşdum. Yarat Müasir İncəsənət Mərkəzinin təsisçisi Aida Mahmudova ilə tanış olanda onun bu istiqaməti Azərbaycanda inkişaf etdirmək istəyi və bu zaman ərzində görülmüş işlərin həcmi mənə böyük təsir bağışladı.

Sizcə son üç ildə Azərbaycanda müasir incəsənətə qarşı münasibət nə dərəcədə dəyişib?

Günbəgün müşahidə etdiyim dəyişikliklər haqda bəhs edə bilər. Bu istiqamətlə maraqlananların, ancaq növbəti sərgini izləmək üçün yox, həmçinin sənət əsərləri ilə qarşılıqlı təmasda olmaq, onlar haqda müzakirə etmək və onları dərk etmək üçün gələnlərin sayı dəfələrlə artmışdır.

Yarat! təşkilatı bugün çox sayda insanları və digər şirkətləri vahid məqsəd – müasir incəsənətin geniş yayılması və onun yeni səviyyəyə ucaldılması naminə birləşdirən platformaya çevrilmişdir. Biz Azərbaycanın gənc nəsil rəssamlarının beyni və qəlbini doyduran həmən o mənəvi qidanın mənbəyinə çevrilmişik. Yarat! onlara əl işlərinin yaradılmasında kömək göstərməklə yanaşı bu əl işlərinin beynəlxalq arenada təqdim olunması prosesində onlara dəstək göstərir.

Əsas öhdəliklərdən biri dünyada müasir incəsənətin vəziyyəti haqda məlumatlı olan və onun ölkə daxilində yayılmasında rol oynayacaq gənc yaradıcı insanların icmasını yaratmaq idi. Hazırda Yarat! dostlarından ibarət bu kimi qrup ən azı 70 nəfərdən ibarətdir.

Həmçinin müasir incəsənətlə tanış olmaq istəyənlər üçün xüsusi akademiya təşkil olunmuş, uşaq və yeniyetmələr üçün isə bir çox sayda müxtəlif maarifləndirici proqramlar fəaliyyət göstərir.

Bakıda həyata keçirilmiş layihələrdən ən çox hansı ilə fəxr edirsiniz?

Özünün gerçəkləşdiyi bütün layihələr kimi elə Yarat! özlüyündə qürur mənbəyidir. Lakin gənc nəslin müasir incəsənətə münasibətinin dəyişməsini xüsusi ilə qeyd etmək istərdim. Mərkəzimizi ziyarət edən məktəbliləri, onların müasir incəsənətlə ilk tanışlığı zamanı heyrət dolu baxışlarını xatırlayıram: bu, şübhəsiz ki, onların həyatları boyunca baxışlarının formalaşmasında böyük rol oynayacaq. Bu möhtəşəmdir! Onların reaksiyası ölkədə bu kimi təşkilatların mövcudluğunun zərurətini aşkar şəkildə əks etdirir. Həmçinin Yarat! mərkəzinin dünyaca məşhur Hind rəssamı Şilpa Qubtanın iri miqyaslı fərdi sərgisini keçirməsi ilə də olduqca qürur hiss duyuram.

11

Yarat! mərkəzinin Azərbaycan və onun mədəniyyətini xaricdə təmsil edən layihələri haqda danışa bilərsinizmi?

Yarat! mərkəzinin əsas öhdəliklərindən biri müasir Azərbaycan rəssamlarının beynəlxalq arenada təqdim olunmağa hazır və layiq olduqlarını bariz şəkildə nümayiş etməkdir. Yarat! hələ mənim gəlişimdən öncə bu hədəfə sadiq qalmışdı və mən də bu başlanğıcı – beynəlxalq ictimaiyyəti Azərbaycan müəllifləri ilə aktiv şəkildə tanış etməyə davam etdirirdim. Gəlişimdən və iqtisadi böhrandan sonra bu məsələyə olan yanaşmamızı dəyişməli olduq. Biz Azərbaycan rəssamlarının əl işlərini beynəlxalq arenalarda sərgiləmək əvəzinə görkəmli incəsənət xadimləri, tənqidçilər və incəsənət sahəsində nüfuzlu digər şəxsləri Azərbaycana gətirirdik.

Məsələn, Aida Mahmudovanın “Təsəvvür edilməyən perspektivlər” (Non-imagined perspectives) və Mikelancelo Pistolettonun “Et bunu” (Do it) fərdi şərgilərini birləşdirdik. Azərbaycanın istedadlı və dünyaca məşhur top rəssamların bu kombinasiyası Azərbaycan müasir incəsənətinə güc və ümumilikdə nüfuz verdi.

Ölkəyə özəlliklə məhz bu sərgi üçün təşrif buyurmuş bütün xarici qonaqlar təsirlənmişdi. Şəxsən sərgidə iştirak edə bilməyənlər isə öz maraqlarını internet vasitəsi ilə bildirmişdilər. Özü də bu maraq başdan ayağa incələnmiş Pistolettonun əl işlərinə qarşı deyildi. İtalyan rəssamın ad və gur statusu publikaya tamamilə yeni adları kəşf etməyə imkan yaratdı. Biz elə hesab edirik ki, hazırda bu, Azərbaycan müasir incəsənətinin geniş yayılmasının ən yaxşı üsuludur.

Pistoletto fondu ilə birgə biz həmçinin İtaliyaya master-klass və təhsil üçün maarifləndirici səfər imkanları təqdim edirik. Bu, yerli rəssamlar və onların yaradıcılığının təbliğatı üzrə aparılmış kompleks işlərdir və bu işlər yalnız bir təşkilatın görə biləcəyi işlər deyil. Əminəm ki, bu proses öz bəhrəsini verəcək və yaxın 3-4 ildə beynəlxalq arenada tanınan Azərbaycan rəssamlarının sayı nəzərəçarpan şəkildə artacaq.

112

İşinizdə gündəlik olaraq rastlaşdığınız əsas problemlər nələrdir?

Yarat! təşkilatının proqramlarının əksəriyyəti Azərbaycan rəssamlarına yaradıcılıqları üçün maksimal şəkildə komfortlu şəraitin yaradılması ilə əlaqədardır. Bunun üçün peşəkarlığı günbəgün artan gözəl komanda yığılıb. Təşkilat və rəssamlar bir biri ilə qarşılıqlı əlaqədədirlər, lakin bu yalnız resursların mövcudluğu şərti ilə mümkündür. Bu səbəbdən, əsas problemlərdən biri məqsədimizin gerçəkləşməsi üçün gərəkən vəsaitinin miqdarı ilə bağlıdır.

Yarat! mərkəzinin yaradılışının ilk günündən aşdığı ikinci maneə - insanları burada keçirilən sərgiləri gəlib görməyə sövq etmək cəhdidir – incəsənət onların düşüncə tərzlərini dəyişə bilər. Əlbəttə ki, bu istiqamətdə müəyyən nailiyyətlər qazanmağa müvəffəq olmuşuq: auditoriya günbəgün artır və Avropa göstəricilərinə yaxınlaşır – ay ərzində mərkəzimizə təxminən 6000 ziyarətçi təşrif buyurur. Lakin bu, tükənməz prosesdir və əlbəttə ki, daha çox insanın müasir incəsənətlə maraqlandığını görmək istərdik. 

Mərkəzə hər gün maksimal dərəcədə daha çox insanı necə cəlb etmək, mərkəzimizi necə daha maraqlı etmək haqda hər gün düşünürdüm. Azərbaycanda vizual incəsənət sahəsində mövcud ənənələr olmadığı üçün, bu, ölkə üçün yeni bir istiqamətdir. Təbii ki, hər bir yenilikdə olduğu kimi, bu istiqamət də uyğunlaşıb özünü doğruldana kimi çox səy göstərmək lazımdır.

Bu yolda yeni addımlamağa başlayan gənc rəssamlar üçün Byorn Geldhofdan 5 məsləhət:

·       Kuratorları dinləməyin! Ciddi sözümdür! Kuratorların fikirlərinə çox da arxalanmağa dəyməz. Öz səsinizi və fikirlərinizi ifadə etmək tərzini özünüz inkişaf etdirməlisiniz. Əgər kurator sizə hər hansısa rəy bildirsə, əlbəttə ki, bu haqda düşünməlisiniz, lakin onu şəxsi baxışlarınıza əsaslanaraq gerçəkləşdirməlisiniz.

·       İdeyalarınızı gerçəkləşdirmək haqda düşünün. İncəsənət – sadəcə ideya və fikir deyil. O, ideyanı ən müxtəlif predmet və vasitələr ilə çatdırma üsuludur. 

·       Mümkün olduğu qədər çox səyahət edin. Şəhər/ölkə hüdudlarından kənara çıxın və gördüyünüz hər şeyi daxilinizə hopdurun, şahidi olduğunuz hər şeyi öyrənin. İnsanlarla ünsiyyət qurun, özünüz haqda danışın və onları dinləyin. Bu, özünüinkişafın ən xoş və asan yoludur.

·       Özünüzə inanın! Rəssamların hər zaman deyəcək sözləri var.

·       Və sonda: incəsənət – pul qazanmaq yolu deyil. Qoyun bu yolda pul heç vaxt sizin ilham mənbəyiniz olmasın! Bürüncdən heykəl düzəldə bilmirsinizsə, o zaman gipsdən istifadə edin, əgər boya tapa bilmirsinizsə, o zaman karandaşla çəkin.

Other interesting stories: