YARADICI AVROPA SEMİNARINA DƏVƏT

"Azərbaycandan olan mədəniyyət işçiləri Yaradıcı Avropa Proqramından necə faydalana bilərlər?"

Tarix və saat: 20 sentyabr 2016-cı il, saat 10:00-dan 15:00-dək

Məkan: Azərbaycan Xalça Muzeyi (Bakı ş., Mikayıl Hüseynov pr-ti. 28, Dənizkənarı Milli Park, Azərbaycan)

Avropa İttifaqı və Şərq Tərəfdaşlığının Mədəniyyət və Yaradıcılıq Proqramı çərçivəsində Yaradıcı Avropa Proqramının təqdim edilməsi və Azərbaycandan olan mədəniyyət işçilərinin bu proqramdan necə faydalanmasına dair seminar təşkil edilir.  Avropa İttifaqının təşəbbüsü ilə keçirilən bu proqram mədəniyyət, yaradıcılıq və audiovizual sektorlarının dəstəklənməsinə istiqamətlənmişdir. Səyahət etmək, yeni auditoriyalar qazanmaq və bacarıqların paylaşılması və inkişafını həvəsləndirmək potensialına malik Avropa layihələrinin dəstəklənməsi üçün 2014-cü ildən 2020-ci ilədək 1,46 milyard avro vəsait ayrılmışdır.

Biz Azərbaycanın beynəlxalq şəbəkələrini gücləndirmək və Avropanın sərhədlərarası əməkdaşlıq layihələrində iştirak etmək arzusunda olan mədəniyyət və yaradıcılıq təşkilatları və assosiasiyalarını bu seminara dəvət edirik. Seminar təşkilatlara mövcud layihə konsepsiyaları və ya ilkin layihə ideyası ilə bağlı yardım etmək məqsədi daşıyır. Seminar Litvanın Yaradıcı Avropa Bürosunun Rəhbəri Eglė Deltuvaitė tərəfindən aparılacaq. O, eyni zamanda layihələrin idarəedilməsi və beynəlxalq mədəni əməkdaşlıq üzrə ekspertdir.

Əsas mövzular:

Yaradıcı Avropa Proqramı nədir və o, Azərbaycandan olan mədəniyyət işçilərinə necə kömək edə bilər?

Yaradıcı Avropa Proqramında iştirak şərtləri hansılardır?

Mədəniyyətlə bağlı hansı mövzular hazırda Avropada diqqət mərkəzindədir?

Beynəlxalq şəbəkələrin inkişafına və güclü layihələrin hazırlanmasına necə nail olmaq olar? 

Seminarda iştirak etmək üçün 15 sentyabr 2016-cı il tarixinədək azerbaijan@culturepartnership.eu ünvanına elektron məktub göndərməlisiniz. Xahiş edirik, məktubda iştirakçıların adlarını və əlaqə məlumatlarını göstərin, habelə layihə ideyanızı qısa şəkildə təsvir edin. 

Seminarda iştirak pulsuzdur. Azərbaycan dilinə sinxron tərcümə təmin edilir. 

Əlaqə məlumatları:

Sevinc Ağazadə

Proqramın Koordinatoru

+99 412 4971593/ 4972013

azerbaijan@culturepartnership.eu

Other interesting stories: