Abdullayeva Əsmər: "Gənc nəslin incəsənətdə və sənətdə milli, ənənəvi mənbələrə olan sevgisini və həvəsini qoruyub saxlamaq çox vacibdir"

Art-tənqidçi və Azərbaycanın Bədii Akademiyasının pedaqoqu Abdullayeva Əsmər - "Sabah" proqramının müstəsnalığı və yaradıcı istehsalın inkişafında "İçəri Şəhər" Ənənəvi İncəsənət Mərkəzinin rolu haqqında.

Gənclər arasında yeni klasterin aşkar edilməsi

"Sabah" layihəsi 13 institusional müəssisədəki tələbələr arasında yeni klasterin inkişaf etdirilməsi məqsədilə Azərbaycanın Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilir. Layihə artıq 2 ildir fəaliyyət göstərir, lakin biz Bədii Akademiya kimi bu layihədə ancaq 2015-ci ildən etibarən iştirak edirik. Nəticədə, bizim 20-yə yaxın tələbəmiz xüsusi proqram üzrə peşəkarlardan, çox vaxt da xarici pedaqoqlardan təhsil almaq, eləcə də həm Azərbaycanda, həm də xaricdə yüksək ixtisaslı treninqlər və seminarlarda iştirak etmək imkanına sahibdir.

"Sabah" tələbələrinin içərisindən müxtəlif sahələrdə, o cümlədən mədəni və yaradıcı istehsalda zəruri boşluqları çox yaxın gələcəkdə doldura biləcək yüksək səviyyəli mütəxəssislər hazırlanır. Hesab edirəm ki, bu layihə yaradıcı düşüncə tərzinin formalaşdırılması və incəsənətdə yeni nəfəsin yaranması istiqamətlərinin stimullaşdırılmasında müstəsna rol oynayacaq.

İncəsənət ideyaları laboratoriyası

Üzərində paralel olaraq işləməyə davam etdiyim digər layihə dövlət dəstəyi ilə həyata keçirilən "İçəri Şəhər" Ənənəvi İncəsənət Mərkəzidir. Mərkəzin ofisi Bakının düz göbəyində - köhnə şəhərdə yerləşir, mərkəzin adı da buradan götürülüb. Mərkəzdə, doğrudan da, insanı ilhama gətirən və yaradıcılığa həvəs oyadan, köhnə Bakının tarixi və mədəniyyəti hopmuş yaradıcı ab-hava hökm sürür. Bura bir növ incəsənətə və mədəniyyətə yeni yanaşmaların doğulduğu ideyalar laboratoriyasıdır. Biz Londonda yerləşən Ənənəvi Mərkəzin simasında ingilis tərəfdaşlarımızla çox sıx əməkdaşlıq edirik. Aramızda təcrübə, yaradıcı baxışlar və ideyaların daimi mübadiləsi baş verir. Çox xoşbəxtəm ki, mərkəzimizin fəaliyyəti sayəsində biz gənc nəsildə incəsənətin və sənətin milli, ənənəvi irsinə sevgisini və həvəsini qoruyub saxlaya bilmişik.

Yaradıcı istehsal imkanlarının aşkar edilməsi üçün platforma 

Mədəniyyətin inkişafının hər bir mərhələsi müəyyən çətinliklərlə bağlıdır. Başlanğıcda bizim üçün də çətin idi. Lakin indi, illər keçdikdən sonra Azərbaycanda yaradıcı və mədəni istehsalatın potensialının aşkar edilməsi üçün artıq kifayət qədər güclü platforma formalaşdığını anlayıram. Bununla belə, burada söhbət iqtisadi komponentdən də gedir - bizdə kreativ məhsulun satış sistemi də qurulmuşdur. Satışlar az da olsa, hər halda mövcuddur. Beləliklə, mərkəzdə artıq incəsənətin və sənətin ənənəvi növlərinin daşıyıcısı olan, buradan maaş alan, öyrənmək və sənətlərinin incəliklərini mənimsəmək imkanı yaradılmış 20 gənc tələbə çalışır. 

Other interesting stories: