
AZƏRBAYCANDA İNTERAKTİV VƏ ƏLÇATAN ƏDƏBİYYAT
Ədəbiyyata qarşı marağın artması ilə Azərbaycanın ədəbiyyat səhnəsində çox sayda həvəskar yazıçı və şairlər meydana gəlir. Ədəbiyyat hələ də yalnız universitetlərdə tədris edildiyindən onların yazı bacarıqlarının sonrakı inkişafı üçün imkanlar məhduddur. Əsas maneə ondan ibarətdir ki, ərizəçi müəyyən bilik bazasına malik olmalı və qəbul imtahanlarını müvəffəqiyyətlə verib müvafiq fakultəyə qəbul edilmək üçün müəyyən qədər bal toplamalıdır. Bundan əlavə, ədəbiyyat ixtisası Azərbaycanın sadəcə dörd şəhərində tədris edilir.
Azərbaycan dilində geniş kütlə üçün açıq olan onlayn kurs (MOOC) və ya seminarların olmaması gənc həvəskar yazıçıların bu işdən uzaqlaşması riskini meydana gətirir və bu da öz növbəsində potensial istedadların itirilməsi ilə nəticələnə bilər. Eyni zamanda ədəbiyyatın tədrisində interaktiv elementin çatışmaması inkişaf və təkmilləşmə prosesinin ləngiməsinə gətirib çıxara bilər.
Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu ədəbi tədqiqatları həyata keçirən əsas elmi mərkəzdir, ancaq onların bütün tədqiqatları kağız üzərində qalır.
Geniş kütlə üçün açıq olan onlayn kurslara asan daxil olmaq imkanı və onların sürətli inkişafı Azərbaycanda ədəbiyyatın tədrisi sahəsində yeniliyin dəstəklənməsi və ölkənin MDB ölkələri arasında aparıcı mövqeyə malik olması üçün münasib şərait yaradır.
Təhsil Nazirliyinin onlayn kurslar və ya seminarlar yaratmaq məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu ilə “Coursera” kimi ən böyük elmi texnologiya şirkətlərindən biri (geniş kütlə üçün açıq olan onlayn kurslar təklif edən) arasında əməkdaşlığın əsasını qoyması tövsiyyə edilir.
Geniş kütlə üçün açıq olan onlayn kurslarla tərəfdaşlıq eyni zamanda kursların ingilis və rus dili kimi xarici dillərə tərcüməsi nəzərdə tutulduğu halda Azərbaycan ədəbiyyatını dünyada təbliğ etmək üçün mükəmməl imkanlar yaradacaq.
---
Hesabat Avropa İttifaqının Şərq Tərəfdaşlığı Mədəniyyət və Yaradıcılıq Proqramının dəstəyi ilə tərtib olunur. Sözügedən hesabatın məzmunu Avropa ittifaqının rəsmi nöqteyi-nəzərini əks etdirmir. Hesabat sənədində öz əksini tapmış məlumatlara və fikirlərə görə məsuliyyət tamamilə müəllifin üzərinə düşür.