Avropa İttifaqının Şərq Tərəfdaşlığı Ölkələri üçün Yaratdığı Mədəniyyət və Yaradıcılıq Sahələlərini Əhatə Edən Yeni Proqram
Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə Proqram Meneceri, Renate Utzşmid qeyd edib ki: ‘Proqram regionun hökumət təşkilatları və mədəniyyət sahəsində fəaliyyət göstərən əsas tərəfdaşlar arasında mövcud olan 21-ci əsr mədəniyyət konsepsiyasına dair müzakirələri yenidən formalaşdıracaq, eyni zamanda yaradıcı sənayenin məşğulluq, kiçik və orta biznesə və bu sahədə bələdiyyələrin roluna və sosial məşğulluğa olan öz müsbət təsirini təbliğ edəcək.
Regional olmasına baxmayaraq işçi heyətimizin aparıcı qüvvələri olan peşəkar ölkə kordinatorları tərəfindən idarə edilməklə proqram icra edildiyi ölkələr üzrə yerli yönümlü olan bir proqramdır. Üç il davam edəcək proqramın ümumi büdcəsi € 4,2 milyon təşkil edir.
Proqram tədqiqatların inkişafı, potensialın artırılması, maarifləndirmə və beynəlxalq mədəni əməkdaşlıq imkanlarının təmin olunması kimi dörd əsas sahəyə nəzər yetirəcək. Proqramın əhatə edəcəyi mövzulara layihə dövrünün idarəedilməsi, mədəni liderlik, mədəni və statistik tədqiqat, vəkillik, maddi resursların artırılması, mədəni jurnalistika və kommunikasiya imkanlarını daxildir.
Proqram çərçivəsində nəzərdə tutulmuş fəaliyyətlər ictimai və özəl, hökumət və vətəndaş cəmiyyəti təmsilçilərini bir araya gətirərək, seminarlar, intensiv məşğələlər, onlayn təlim platformaları, təlim səfərləri və əməkdaşlıq yarmarkaları vasitəsilə həyata keçiriləcək.
Proqramın rəhbəri, Teri Sandel qeyd edib ki, "Dövlət qurumları, vətəndaş cəmiyyəti və mədəniyyət sahəsi üzrə kommersiya təşkilatları arasında tərəfdaşlıq ehtiyacı hər bir müasir dövlət üçün vacibdir. Bu başlanğıc nöqtəsi mədəniyyətin islahata və müsbət dəyişikliyə olan təsirini anlayan birgə hazırlanmış milli siyasət təşəbbüsləri vasitəsilə əldə edilə bilər.’
Mədəniyyət və yaradıcı alt-bölmələrə memarlıq, arxiv, kitabxanalar və muzeylər, bədii sənətkarlıq, audiovizual (film, televiziya, video oyunlar və multimedia), maddi və qeyri-maddi mədəni irs, dizayn, festivallar, musiqi, ədəbiyyat, təsviri incəsənət, nəşriyyat, radio və vizual incəsənət daxildir. Avropa İttifaqında 8,3 milyon insanı iş yerləri ilə təmin edən bu sahə € 558 milyard dəyərində qiymətləndirilir. Həmçinin mədəniyyət və yaradıcı sənaye istehsal və xidmət sahələri ilə müqayisədə daha yüksək templə inkişaf edir.
Rəqabətli tender prosesinə əsasən Proqram Soros Fondu Moldova, Polşa Mədəniyyət Milli Mərkəzi və Goethe-Institut ilə əməkdaşlığı çərçivəsində British Council təşkilatının başçılıq etdiyi konsorsium tərəfindən idarə olunacaq. Proqram texniki yardım və qrant tərəfindən maliyyələşdirilən layihələrdən olan Şərq Tərəfdaşlığı Mədəniyyət Proqramı I (2011-2014) üzərində qurulur.