Mədəniyyət sahəsində fəaliyyət göstərən Azərbaycan təşkilatları “Kreativ Avropa” ilə əməkdaşlıq üçün nadir imkana malikdirlər

2015-ci ildən etibarən Azərbaycan təşkilatları Avropanın mədəniyyət sektorunun, kreativ və audiovizual sektorlarının dəstəklənməsinə yönəlmiş “Kreativ Avropa” proqramında iştirak etmək imkanı əldə ediblər.

Proqram geniş inkişaf və əməkdaşlıq imkanları yaratsa da, təəssüf ki, bu təşkilatlar xüsusi fəallıq nümayiş etdirmir. Amma hələ ki, vaxt var: proqram 2020-ci ilə qədər davam edəcək, “Kreativ Avropa”nın büdcəsi isə 1,46 mlrd. dollar təşkil edir. Proqramda 38 dövlətdən təşkilatlar və Azərbaycanın da “Şərq tərəfdaşı” kimi aid olduğu “üçüncü ölkələrin” nümayəndələri iştirak edə bilər.

İstiqamət seçimi: “Mədəniyyət” və “MEDİA”

“Kreativ Avropa” iki alt proqramdan ibarətdir:

  • “Mədəniyyət” – bu alt proqram çərçivəsində kreativ və mədəniyyət sektorlarının təşviqi nəzərdə tutulub;

  • “MEDİA” audiovizual əsərlərin inkişafına və yayılmasına dəstəyi təmin edir.

Büdcənin ən az 56%-i “MEDİA” alt proqramının payına düşür, təxminən 31%-ni “Mədəniyyət” alt proqramına ayırmaq planlaşdırılır, daha 13%-i 2016-cı ildə həyata keçirilməsi planlaşdırılan yeni istiqamətə - sektorlararası fəaliyyətə ayrılıb. Bu istiqamət “Kreativ Avropa” proqramının nümayəndəliklərinin maliyyə təminatını (CreativeEuropeDesks) və maliyyə zəmanəti mexanizminin həyata keçirilməsini əhatə edir.

Hal-hazırda “Kreativ Avropa” çərçivəsində maliyyələşdirilmə imkanı verilən 18-ə yaxın kanal (çox vaxt “sxem” və ya “istiqamət adlandırılır) mövcuddur. Onarın hər biri ayrıca bir sektoru və ya fəaliyyət növünü əhatə edir.

“Kreativ Avropa” yalnız onun qarşısına qoyulmuş vəzifələri yerinə yetirən layihələrə maliyyə dəstəyi göstərəcək. Bu vəzifələr aşağıdakılardır-:

  • Sektorun möhkəmləndirilməsi və potensialın artırılması;

  • Auditoriya formalaşdırılması;

  • Yeni biznes modellərinin işlənib hazırlanması;

  • Virtual layihələrin yaradılması və dəstəklənməsi.

Bu vəzifələrə uyğun olan layihələr həmçinin “Kreativ Avropa”nın prioritet məqsədlərinə nail olmağa şərait yaratmalıdır. Bu məqsədlər aşağıdakılardır:

  • Millətlərarası səviyyədə fəaliyyət nöqteyi-nəzərdən sektorun potensialının möhkəmləndirilməsi;

  • Sənaye əsərlərinin və operatorlarının millətlərarası yayılmasının stimullaşdırılması, habelə həm Avropada, həm də onun hüdudlarından kənarda yeni auditoriyaların cəlb edilməsi;

  • İnnovativ və yaradıcı yanaşmalardan istifadənin təşviqi;

  • Sektorun maliyyə potensialının möhkəmləndirilməsi;

  • Qərarların qəbulu mexanizmlərinin möhkəmləndirilməsi.

Kimlər iştirakçı ola bilər?

“Kreativ Avropa” proqramı çərçivəsində həyata keçirilən “Mədəniyyət” alt proqramında iştirak üçün aşağıdakı Şərq Tərəfdaşlığı ölkələrindən təşkilatlar ərizə verə bilər – Gürcüstan, Moldova və Ukrayna. Üçüncü ölkələrin “MEDİA” alt proqramında tamhüquqlu iştirakı onların audiovizuallaşdırma sahəsindəki qanunvericiklərinin həmin sahədə Avropa qanunları ilə uyğunlaşdırılmasından asılıdır. Əks halda onlar alt proqramın ayrı-ayrı layihələrində iştirak edə biləcəklər.

Proqramda iştirak üçün yalnız iki il ərzində hüquqi şəxs statusu olan təşkilatlar ərizə verə bilər.

Azərbaycan, Ermənistan və Belarusdan “Mədəniyyət” alt proqramında iştirak etmək istəyən tərəfdaş təşkilatlar tərkibi iştirak hüququ olan tərəfdaşların tələb olunan minimum sayından ibarət olan istənilən Konsorsiuma daxil ola bilər. Avropa Tərəfdaşlığı ölkələrindən olan təşkilatların iştirakını təmin etmək üçün layihə üçün nəzərdə tutulmuş ümumi büdcənin maksimum 30%-i ayrıla bilər.

Aşağıdakı linkdən öz təşəbbüsünüz üçün necə maliyyə ala biləcəyinizi öyrənə bilərsiniz:

https://www.culturepartnership.eu/publishing/creative-europe-course

“Kreativ Avropa” beynəlxalq mübadilə və əməkdaşlığı dəstəkləyir. “Mədəniyyət” alt proqramı çərçivəsində EuropeanNetworks (“Avropa şəbəkələri”), CooperationProjects (“Əməkdaşlıq sahəsində layihələr”) və European Platforms (“Avropa platformaları”) kanalları üzrə maliyyə almaq məqsədilə ərizə vermək üçün tərəfdaşlarla işləməlisiniz. Yadınızda saxlayın: ən möhkəm tərəfdaşlıq əlaqələri zamanla formalaşır və onlar həm ortaq, həm də tamamilə zidd məqsədlərin və yaradıcılıq təcrübəsinin birləşməsi üçün platformaya çevrilə bilər.

Aşağıdakı linkdən “Kreativ Avropa” proqramına uğurlu ərizə vermək üçün “Şərq Tərəfdaşlığı” ölkələrinin təşkilatları üçün zəruri olan hər şeyi öyrənə bilərsiniz:

https://www.culturepartnership.eu/publishing/creative-europe

Tərəfdaş təşkilatlarla əməkdaşlıq qurmaq üçün onlarla necə görüşə bilərsiniz?

  • İşgüzar əlaqələrin qurulmasına və möhkəmləndirilməsinə həsr olunmuş tədbirlərə, beynəlxalq nümayəndələrin və ya Avropa nümayəndələrinin iştirak etdiyi festivallara və konfranslara getməklə.

  • Avropa təşkilatlarına qoşulmaqla.

  • “Mədəniyyət” alt proqramı üçün dörd maliyyələşdirmə sxemi nəzərdə tutulub.

1. Avropa əməkdaşlığı sahəsində layihələrin dəstəklənməsi

2. Bədii tərcümə sahəsində layihələrin dəstəklənməsi

3. “Avropa əməkdaşlıq şəbəkələri”nin dəstəyi

4. “Avropa platformaları”nın dəstəyi

Ərizələr bilavasitə Brüsseldə yerləşən Təhsil, Audiovizual Vəsaitlər və Mədəniyyət Məsələləri üzrə İcra Agentliyinə təqdim edilir. Alt proqram həmçinin Avropa miqyaslı layihələrin həyata keçirilməsinə yardım edir və yeni texnologiyaların inkişafına şərait yaradır; bu alt proqram sayəsində Avropa filmləri və audiovizual əsərlər, o cümlədən tammetrajlı bədii kinofilmlər, teleseriallar, sənədli filmlər və yeni media milli sərhədlərin və Avropa sərhədlərinin hüdudlarından kənarda yeni bazarlara çıxır; o, həmçinin kinolentlərin yaradılması üzrə təlimi və layihələri maliyyələşdirir.

İmkanları genişləndirin

“Kreativ Avropa” proqramı çərçivəsində həyata keçirilən “MEDİA” alt proqramı “Menecment”, “Yeni texnologiyalar” və “Ssenari işi” kimi istiqamətlər üzrə təlim proqramlarına dəstək həyata keçirir. Bu kurslar Avropa kino prodüsserlərinin, kino nümayişçilərinin, ssenari müəlliflərinin, rejissorların və oyun müəlliflərinin yeni peşəkarlıq səviyyəsinə çıxmasına və beynəlxalq bazarda rəqabətədavamlı olmasına imkan verir.

“MEDİA” alt proqramının prioritetlərindən biri Avropa audiovizual əsərlərinə marağın stimullaşdırılması və onlara çıxışın genişləndirilməsi üçün bir vasitə kimi, xüsusən məqsədyönlü kampaniyaların, tədbirlərin keçirilməsi, kinematoqrafiya savadsızlığının ləğv edilməsi və festivallar vasitəsilə auditoriya formalaşdırılmasına yardım təşkil edir.

Auditoriya formalaşdırılmasına yardım planının iki istiqaməti var:

  • Kino savadlılığı. 

  • Auditoriyanın formalaşdırılmasına yönəlmiş tədbirlər.

“MEDİA” alt proqramı hər il geniş ictimaiyyəti və çox sayda mütəxəssisləri cəlb etməklə, xüsusilə rəngarəng Avropa filmləri proqramı ilə məşhur olan 100-dən çox Avropa festivallarının keçirilməsinə köməklik göstərir.

Tamaşaçılara nümayiş üçün nəzrdə tutulmuş festival proqramının ən az 70%-i və ya minimum 100 tammetrajlı (və ya 400 qısametrajlı) bədii kinofilm “MEDİA” alt proqramında iştirak edən ölkələrdə istehsal olunmalıdır.

“Kreativ Avropa” proqramında iştirak üçün ərizə verilməsi ilə bağlı şərtlər haqqında ətraflı məlumat, habelə ekspertlərin təcrübi məsləhətləri ilə aşağıdakı linklərdən tanış olmaq olar:

https://www.culturepartnership.eu/publishing/creative-europe

https://www.culturepartnership.eu/article/nastanovi-ekspert%D1%96v

Avropalı həmkarlarınızla tərəfdaşlıq fürsətini əldən verməyin.

Other interesting stories: