Cahangir Səlimxanov: "Bizim layihələrdə ən əsası azadlıq və yaradıcılıq ab-havasıdır. Bunlarsız mədəniyyət sahəsini bir istehsalat kimi təsəvvür etmək mümkün deyil".

Azərbaycan Milli Konservatoriyasının xarici əlaqələr şöbəsinin müdiri, Azərbaycan Mədəniyyət Nazirliyinin qeyri-maddi mədəni irsi üzrə eksperti Cahangir Səlimxanovun Mədəniyyətlərarası Dialoq üzrə Forumundan uğurlu layihə resepti.

Artıq neçənci ildir ki, hər bahar fəslində Bakıda Mədəniyyətlərarası Dialoq üzrə Forum - şəhərimizin və ölkəmizin mədəni həyatına xüsusi lətafət verən bir tədbir keçirilir. Bu, müasir texnologiyalar və innovasiyalardan istifadə olunmaqla quruluş verilmiş bir layihədir. Onu da deyim ki, bu, müasir işıq elementlərindən, səhnə mizanı və qurğularından istifadə etməklə hazırlanan simfonik konsertdir. Biz qarşıdakı forum – BMT-nin Sivilizasiya Alyansı üçün də buna bənzər maraqlı bir şey düşünüb tapmağa hazırlaşırıq. Bütün bu layihələrdə ən əsası azadlıq və yaradıcılıq ab-havasıdır. Bunlarsız mədəniyyəti bir istehsalat sahəsi kimi təsəvvür etmək mümkün deyil.

 

Məndən tez-tez mədəni və yaradıcı istehsalat sahələrindəki layihələrin uğurlu olması üçün əsas təminatın nə olduğunu soruşurlar. Buna belə cavab verirəm – bu, şübhəsiz ki, ideyaya mübtəlalıqdır. Avropa muzey forumunda bütün dünya üzrə hər bir muzeyin tədqiq edilməsi ilə sıx bağlı olan fəaliyyətimdən çıxış edərək yalnız bunu deyə bilərəm ki, hər hansı bir layihəni ancaq öz ideyasına mübtəla olan insan reallaşdıra bilər. Bu, ona çətinlikləri dəf etməyə yardım edəcək, çətinliklərə isə həmişə hazır olmaq lazımdır. Məsələn, bu yaxınlarda İsveçrədə İkinci Dünya Müharibəsi vaxtından qalmış artilleriya istehkamında sözün əsl mənasında qayadan yonulmuş bir muzey yaradılıb. Bu fikrin müəllifi onu həyata keçirmək üçün uzun illər səbir etməli, zəhmət çəkməli olmuşdu. 

İştirak etdiyim bir çox layihələr mədəni təhsil səviyyəsinin artırılmasına və yaradıcı düşüncə tərzinin stimullaşdırılmasına yönəlirdi, digər tərəfdən isə həmin layihələr bizi məcbur edirdi ki, bu təhsilin əhali arasında yayılması ilə bağlı aşkarlanan problemli sahələrə daha çox diqqət ayıraq. Əsas problemlərdən biri uşaqların tərbiyə edilməsi prosesində kitaba sevgi aşılanmasının ya zəif olması, ya da yerli-dibli olmamasından xəbər verən passiv mütaliə sindromudur. Məhz kitab oxumağa, o cümlədən bədii, elmi, həmçinin publisistik ədəbiyyata həvəs uşaqlarda tənqidi düşüncənin formalaşmasına yardım edir. Daha sonra bu bacarıq mədəni və yaradıcı istehsalın gənc və yetkin nəsillər tərəfindən şüurlu şəkildə dərk olunmasına gətirib çıxarır. Bu, çox vacibdir.

Other interesting stories: