30 ən yaxşı yenidənqurma nümunəsini əks etdirən vəsait Şərq Tərəfdaşlığının dillərinə tərcümə olunub

"Mədəniyyət mərkəzlərinin layihələndirilməsi" kitabı Aİ və "Şərq Tərəfdaşlığı"nın "Mədəniyyət və Yaradıcılıq" Proqramı çərçivəsində altı ölkənin (Azərbaycan, Belorus, Ermənistan, Gürcüstan, Rumıniya, Ukrayna) dilinə tərcümə edilib. Kitabda şəhər mühitinin yenilənməsi təşəbbüsləri və mədəniyyət fəallarının layihələrinə nümunə olaraq əksəriyyəti Avropada olmaqla, 30 mədəniyyət məkanına nəzər salınır.

Kitabın müəllifi Peter Leniy (Peter Lényi) öz araşdırmalarına 2011-ci ildə Budapeştdə başlayıb və həmin andan etibarən 123 mədəni mərkəzin yaradılması haqqında məlumat toplayıb. Kitabdakı məqalələr yerli sakinlərin yararlana biləcəyi bu cür yerlərin təmiri və yenilənməsi ilə bağlı çətinliklərə, habelə onların üstünlüklərinə həsr olunub.  Kitabda həm memarlar, həm də digər mütəxəssislər üçün faydalı olacaq müsahibələr, rəsmlər və diaqramlar yer alır.

Nəşr forması aydın və anlaşılandır və müəllif oxuculara kitab haqqında öz fikirlərini formalaşdırmaq imkanı verir. Peter ön sözdə yazır: "Məlumat ehtiyatla, hətta demək olar ki, danışıq dili ilə  verilir. Kitabda artıq heç bir məlumat verilmir. Başa düşmək üçün bəzən rəsm, bəzən də mətn əhəmiyyət daşıyır. Kitabı yazarkən qarşıma qoyduğum məqsəd dünyanı gördüyüm kimi –  mətni hansısa üslubun çərçivəsinə salmadan və öz fikrimi bildirmədən – mümkün təfsir və tətbiq sahələrini daraltmadan təsvir etmək idi".

Kitabda maliyyələşmə üsullarına, dəyərinə, müddətinə və yerinə görə bir-birindən fərqlənən nümunələrə rast gələcəksiniz. Məsələn, Lodzda yerləşən "Art Factory" mərkəzi biznes-model qurulması təcrübəsini bölüşüb. Layihə müəllifləri mədəniyyətlə əlaqəsi olmayan sektorlardan iqtisadi və inzibati iş prinsiplərini götürüblər. Onların məqsədi iqtisadi və sosial dəyər yaratmaqdan, habelə "qrantyeyənlər" arasına düşməməkdən ibarət idi. Siz həmçinin bir çox mədəni mərkəzlər üçün nadir yerlərdən istifadə edilməsinə nümunələrə rast gələcəksiniz. Məsələn, hələ də bir başa təyinatını yerinə yetirsə də, rəssamlıq mərkəzi kimi fəaliyyət göstərən Slovakiya dəmiryolu stansiyası haqqında və ya Budapeştdə gəmidə yerləşən konsert zalı haqqında hekayə.

"Mədəniyyət mərkəzlərinin layihələndirilməsi" kitabını saytımızdan yükləyə və ya yaxın gələcəkdə əlaqələndiricilərimizə çap nüsxəsini sifariş verə bilərsiniz.

design-handbook (EN)

design-handbook (GE)

design-handbook (AM) 

design-handbook (UA)

design-handbook (AZ)

design-handbook (RO)

design-handbook (BY)

 

Other interesting stories: