Azərbaycanın müasir mədəniyyəti: 90-cı illərin tələbəlik təşəbbüsündən Venesiya biennalesinə qədər
İlk təşəbbüslər
90-cı illərdə, biz hələ tələbə olarkən Azərbaycanda Rəssamlar İttifaqı və əsasən incəsənətə öz baxışları olan böyük nəsil rəssamlardan ibarət daha bir neçə birlik mövcud idi. Biz isə birlikdə mədəniyyət tədbirləri və müasir incəsənət sərgiləri təşəbbüsü irəli sürmək üçün həmfikirlərimizi və gənc rəssamları birləşdirmək istəyirdik.
1996-cı ildə təşkil etdiyimiz ilk sərgi “İncəsənətdə avanqardlıq və modernlik” adlanırdı. Bu sərgi həmkarım və yaxın dostum Fərid Abdullayevin təşəbbüsü ilə təşkil olunmuşdu. O vaxt mənim hələ 20 yaşım, Fərid Abdullayevin isə 17 yaşı belə tamam olmamışdı. Həmin sərgidə Azərbaycan tamaşaçıları üçün ənənəvi olmayan və yeni performans forması nümayiş olundu. Biz dəb nümayişi və bu gün çox məşhur olan müəlliflərin qrafik işlərinin sərgisini də keçirdik.
İncəsənət evi
Corc Soros fondunun maliyyələşdirdiyi bu təşkilat məndən, Fərid Abdullayevdən və artıq məşhur olan rəssamlar Orxan Hüseynov və Rəşad Ələkbərovdan ibarət təşəbbüs qrupumuzun görüş yerinə çevrildi. Sənətşünas, İncəsənət Universitetində kafedra müdiri olan Leyla Axundzadə bizim məsləhətçimiz oldu. Komandamızın ilk məyusluqları və ilk ciddi addımları bu təşkilatla bağlıdır. İlkin layihəmizi hazırladıqda uzun müddət hər hansı cavab gözlədik, amma bizə heç nə verilməyəcəyini anladıqda, idarəetməni Leyla Axundzadəyə verməyi qərara aldıq. Elə həmin vaxt qrant alıb “Zamanın qanadlarında” layihəmizi həyata keçirdik. Bu layihədə biz video-art, performanslar, çox sayda installyasiya və Azərbaycanda ilk dəfə olaraq strit-art nümayiş etdirdik. Bundan sonra təşkilatımız ilk uğurlu layihəmizin şərəfinə “Zamanın qanadlarında” adlanmağa başladı.
Həmin vaxt Leyla Axundzadə sayəsində biz böyük, möhkəm bünövrə qoyduq.
Populizmdən uzaq olaraq, gənclərə demək istəyirəm ki, döydüyünüz qapı bağlıdırsa, öz ideyalarınızı başqa yolla həyata keçirmək üçün həmişə metod və imkanlar tapa bilərsiniz.
Bir neçə ay sonra elə həmin təşkilat bizi “Ötən əsrdən yeni musiqi” adlı musiqi festivalı çərçivəsində “Cosmopolitica” adlı yeni layihənin həyata keçirilməsinə cəlb etdi. Bu layihə çərçivəsində bizim rəssamlarımıza bir sıra performans aksiyaları keçirmək təklif olundu.
Beynəlxalq əməkdaşlıq
Bu layihələrdən sonra bizi ilk dəfə xaricə dəvət etməyə başladılar. Amma bundan başqa, biz ölkəmizdə beynəlxalq layihələr yaratmaq istəyirdik. Və 2002-ci ildə biz “Orientalizm: xaricdən və daxildən baxış” simpozium və sərgisini təşkil etdik. Tədbirdə 6 ölkədən rəssamlar iştirak edirdi, sponsorlar sırasını isə yerli diplomatik missiyalar doldurdu. Sərgi həmçinin onlayn yayımlandı.
Digər layihələrdən fərqli keçirməyi və texnologiyalara həsr etməyi qərara aldığımız növbəti beynəlxalq layihə - bu dəfə Biennale, “Aluminium” – incəsənət üstəgəl texnologiyalar festival oldu. Bu günə qədər sayca 5-ci “Aluminium” keçirilib. Və ilk “Aluminium”a üç qalereya cəlb olunmuşdusa və iştirakçılar 10 ölkənin rəssamları idisə, beşinci festivalda qalereyaların sayı 15-ə, iştirakçı ölkələrin sayı isə 17-yə bərabər oldu və 60 xarici qonaq arasında təkcə rəssamlar deyil, həm də Bakı biennalesinə maraq göstərən bir sıra Avropa qalereyalarının kuratorları da var idi.
Daha bir mövzuya həsr olunmuş beynəlxalq festival – “Kişi və Qadın” 2005-ci ildə əsasən Fransanın Azərbaycandakı səfirliyinin yardımı ilə keçirilmişdi. Bu festivalın iştirakçıları 22 ölkədən 124 rəssam oldu.
Komanda işi
“Zamanın qanadlarında”nın əsas heyətinə təkcə menecerlər deyil, həm də yaradıcılıq fəaliyyətinin təşkilatçılıq fəaliyyəti ilə uğurlu şəkildə bir araya sığdıran rəssamlar var idi. Təşkilatın əsasında Orxan Hüseynov, Fəxriyyə Məmmədova, Rəşad Ələkbərov, Faiq Əhməd, Ceyhun Höcətov dururdu. Komanda işindən çıxardığım ən böyük dərs ondan ibarətdir ki, layihənin həyata keçirilməsi üçün hər bir iştirakçı öz rolunu dərk etməli və bəzən öz ambisiyalarını ikinci plana keçirməlidir.
Biennale
Əlbəttə, təşkilatımız üçün ən mühüm mərhələlərdən biri 2007-ci ildə 52-ci Venesiya Biennalesində Azərbaycan pavilyonunda iştirak oldu. Azərbaycan ilk dəfə olaraq bu qədər geniş və bu dərəcədə yüksək səviyyədə təmsil olunmuşdu - 12 rəssam iştirak etdi, birinci pavilyonun kuratorları isə Leyla Axundzadə və Səbinə Şıxlinskaya oldu. 2009-cu ildə Azərbaycan pavilyonu təşkilatımızın bilavasitə iştirakı ilə yığıldı.
Ustadımız
Təşkilatımızın fəaliyyəti əksərən ilk növbədə 2010-cu ildə faciəvi şəkildə dünyadan köçən rəhbərimiz Leyla Axundzadənin adı ilə bağlıdır. Təşkilatımızın adı və fəaliyyəti də onunla birlikdə getdi. Amma onun yetişdirdiyi rəssamlar və hətta tamaşaçılar komandası indi də çox sayda eskpozisiyada uğurla iştirak edir.
Təşkilatımızın mirası olan “Aluminium” festivalının keçirilməsi davam edir, sonradan onu Azərbaycan Mədəniyyət Nazirliyi idarə etməyə başladı. Venesiya Biennalesinə “cığır” da bizim təşkilatımız tərəfindən açılmışdı. Və əlbəttə ki, təşkilatımızın tərkibi; dostum və həmkarım Fərid Abdullayev Azərbaycanda ən böyük yaradıcı təşkilat olan YARAT-ın icraçı direktoru oldu. Onun əvvəlki iş təcrübəsi bu təşkilatın rəhbərliyində özünü göstərir, təşkilatın 5 illik fəaliyyəti ərzində işçilərin sayı 3-dən 53-ə qədər çoxalıb, həyata keçirilən layihələr isə artıq 500-dən çoxdur. Mənim təmsil etdiyim ArtsCouncilAzerbaijan təşkilatı 300-dən çox layihə həyata keçirib.
Bizim keçirdiyimiz sərgilər əsasında özünü kəşf etmiş və yetişmiş rəssamlar: Rəşad Ələkbərov, Orxan Hüseynov, Faiq Əhməd, Fərid Rəsulov, Əli Həsənov, Fəxriyyə Məmmədova, Ceyhun Höcətov, Törə Ağabəyova, Niyaz Nəcəfov, mən və bir çox başqaları indi ölkədə və bütün dünyada məşhurdurlar.
Elşən İbrahimov http://www.yarat.az/en/discover/artists/elshan-ibrahimov/biography
Orxan Hüseynov http://www.yarat.az/en/discover/artists/orkhan-huseynov/works
Rəşad Ələkbərov http://www.yarat.az/en/discover/artists/rashad-alakbarov/overview
Faiq Əhməd http://www.yarat.az/en/discover/artists/faig-ahmed/overview
Fəxriyyə Məmmədova http://www.yarat.az/en/discover/artists/fakhriyya-mammadova/overview
Fərid Rəsulov http://www.yarat.az/en/discover/artists/farid-rasulov/overview
Əli Həsənov http://www.yarat.az/en/discover/artists/ali-hasanov/overview
Niyaz Nəcəfov http://www.yarat.az/en/discover/artists/niyaz-najafov/works
Törə Ağabəyova http://boutique.az/view/3353