AZƏRBAYCANDA DİZAYN VƏ İNNOVASİYA MƏRKƏZİNİN YARADILMASI

Mədəniyyət və yaradıcılıq üçün qısa analitik icmal Aİ - Şərq Tərəfdaşlığı Proqramı.

Son zamanlar Azərbaycanda iqtisadiyyatın dirçəlişini təmin edən sahələrdən biri olan sənaye sektorunun payı artmaqdadır. 

Azərbaycanda sənayenin inkişafının bir nəticəsi də yeni məhsulların dizayn edilməsi ilə əlaqədar tələbin artmasıdır. Bu, dizaynerlər, xüsusən də yaradıcı gənclər üçün iş imkanlarının yaradılmasına gətirib çıxarıb. 

Bu müvəffəqiyyətə baxmayaraq, hazırda Azərbaycanda sənaye sahəsi lə təhsil müəssisələri arasında dizayn ixtisası üzrə məzunlar baxımından təklif və tələb arasında uyğunsuzluq mövcuddur. Ölkədə hər il 200-dən az dizayn üzrə məzun hazırlanır.

Ancaq Azərbaycanda dizayn şirkətləri dizayn sahəsində universiteti yeni bitirmiş işçilərlə müqayisədə iş təcrübəsi olan işçilərə üstünlük verir. 

Azərbaycanda dizayn mərkəzinin olmaması mərkəzləşdirilmiş məlumat bazası sisteminin, eləcə də bu sahədə fəaliyyət göstərən təşkilatlar institutlar, həmkarlar ittifaqları, assosiasiyalar, şirkətlər və s.) arasında əməkdaşlığın olmaması ilə nəticələnə bilər. Dizayn sahəsindəki yenilikləri tədqiq edəcək institutun yaradılması bu problemləri aradan qaldıra bilər. 

Azərbaycanda Dizayn və İnnovasiya Mərkəzi necə yaradıla bilər? Beş mümkün variant mövcuddur. 

• Memarlıq və İncəsənət İnstitutu daxilində dizayn bölməsinin yaradılması. 

• Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar Elmlər Bölməsi daxilində Dizayn və İnnovasiya Mərkəzinin yaradılması.

• Azərbaycan Dizaynerlər İttifaqı (ADİ) qeyri-hökumət təşkilatı kimi yenidən təşkil edilə və təşkilat daxilində Dizayn və İnnovasiya Mərkəzi yaradıla bilər. 

• Azərbaycan Dövlət Rəssamlıq Akademiyası daxilində Dizayn və nnovasiya Mərkəzinin yaradılması.

• Dizayn və İnnovasiya Mərkəzinin müstəqil, özünü maliyyələşdirən təşkilat kimi yaradılması. 

---

Hesabat Avropa İttifaqının Şərq Tərəfdaşlığı Mədəniyyət və Yaradıcılıq Proqramının dəstəyi ilə tərtib olunur. Sözügedən hesabatın məzmunu Avropa ittifaqının rəsmi nöqteyi-nəzərini əks etdirmir. Hesabat sənədində öz əksini tapmış məlumatlara və fikirlərə görə məsuliyyət tamamilə müəllifin üzərinə düşür. 

Policy Brief (AZ)

Policy Brief (EN)

 

Other interesting stories: