AZƏRBAYCANDA İNNOVASİYA VƏ İNKİŞAF ÜÇÜN MƏDƏNİYYƏT VƏ YARADICILIQ FORUMU
Forumda Avropa İttifaqından uğurlu nümunələr gətiriləcək, habelə Azərbaycandan olan ən yaxşı təcrübələr və misallar vurğulanacaq. Aİ-Şərq Tərəfdaşlığının Mədəniyyət və Yaradıcılıq Proqramı çərçivəsində təşkil edilən Milli Mədəniyyət Forumlarından sonuncusu olan bu forum eyni zamanda Proqramın həyata keçirildiyi müddətdə əldə edilən əsas nəticələrin təqdim edilməsi üçün platforma rolu oynayacaq.
Qeydiyyat: Zəhmət olmasa, 18 oktyabr tarixinədək http://bit.ly/FORUM_AZ saytında qeydiyyatdan keçin. 23 oktyabr tarixinə qədər iştirak etməyiniz haqqında məlumat verəcəyik.
Forumun əsas məqsədləri:
• Mədəniyyət və yaradıcılıq sahələri haqqında məlumatlılığı artırmaq və onların Azərbaycanın inkişafına töhfə vermək potensialını yüksəltmək;
• Azərbaycanda yaradıcılıq sahələrinin qarşılıqlı əlaqə sistemini inkişaf etdirməyin yollarını müzakirə etmək və əsas maraqlı tərəflərə tövsiyələr vermək;
• Mədəniyyət və Yaradıcılıq Proqramının fəaliyyəti, elmi-tədqiqat layihələri və sxemləri üzrə əsas nəticələri təqdim etmək və nəticələri daha geniş auditoriya ilə bölüşmək;
• Müxtəlif bilik sahələrindən olan tələbələrə mentorların və yaradıcılıq sahəsinin mütəxəssislərinin köməyilə yaradıcı ideyalarını inkişaf etdirmək və yaradıcı biznes modellərini işləyib hazırlamaq baxımından praktik təcrübə qazandırmaq;
• Sahibkarlıq yönümlü düşüncə tərzini təbliğ etmək və yeni layihələrə start verməkdə və ya kiçik bizneslə məşğul olmaqda yaradıcılıq sahəsinin mütəxəssislərinə yardımçı olmaq məqsədilə metod və vasitələr təqdim etmək;
Tədbir iki hissədən ibarətdir:
• 25 oktyabr: Tələbələr üçün yaradıcı biznesin inkişafı üzrə çoxsahəli seminar – "Teamlab Azərbaycan". Bu tədbir müxtəlif sahələrdə təhsil alan 50-dək tələbəyə səriştəli mentorların köməyilə yaradıcı biznes planlarının işləyib hazırlanması baxımından şəxsi təcrübə qazandıracaq.
• 26 oktyabr: "İnnovasiya və inkişaf üçün mədəniyyət və yaradıcılıq" forumu Forumda Azərbaycanda yaradıcılıq sahələrinin dayanıqlı qarşılıqlı əlaqə sisteminin inkişaf etdirilməsi və Avropa İttifaqı ölkələrinin qabaqcıl təcrübəsinin mübadiləsi üzrə əsas prinsiplər vurğulanacaq.
TeamLab təşkilatçıları yaradıcı komandalar yaratmaq və investorlar üçün biznes ideyaları təqdim etməklə tələbələr üçün biznesin inkişafına dair bir günlük seminar təşkil edəcək, ətraflı format təklif edəcək, tələbə komandalarını tövsiyə və mentorluqla, iştirakçıları biznes modellərin yaradılması ilə əlaqədar biliklərlə təmin edəcək. Forumun məruzəçiləri yaradıcılıq sahələri və yaradıcı sahibkarlıq sahəsindəki son tendensiya və inkişafları təqdim edəcək və Avropa İttifaqı ölkələrinin faydalı təcrübələrini paylaşacaq. Mütəxəssislər mədəniyyət, yaradıcılıq, sahibkarlıq və innovasiya arasında əlaqə yaratmağın müxtəlif yolları haqqında danışacaq.
Son versiya: https://goo.gl/hUVV7i
Azərbaycan Yaradıcılıq Sahələrinin İnkişafı Forumu |
|
İnnovasiya və İnkişaf üçün Mədəniyyət və Yaradıcılıq |
|
Tarix: |
25-26 oktyabr 2017-ci il |
Yer: |
Daş salnamə muzeyi, Bakı, Azərbaycan (http://thestonemuseum.com) |
Təşkilatçı: |
Avropa İttifaqı və Şərq Tərəfdaşlığının Mədəniyyət və Yaradıcılıq Proqramı |
1-ci gün |
CREATIVE TEAMLAB AZERBAIJAN |
İncəsənət və dizayn, biznes, İT, mühəndislik və başqa ixtisaslar üzrə təhsil alan tələbələr üçün biznesin inkişafına dair çoxsahəli seminar. 50-yə qədər iştirakçı |
|
09:30-10:00 |
Qeydiyyat və səhər qəhvəsi |
10:00-10:20 |
TeamLab seminarına giriş |
10:20-10:40 |
Yaradıcı sahibkar tərəfindən ruhlandırıcı nitq |
10:40-12:00 |
İdeyaların təqdim edilməsi və komandaların yaradılması (qəhvə fasiləsi daxil olmaqla) |
12:00-14:00 |
İdeyaların yaradılması üçün komandalar şəklində işləmək |
14:00-15:00 |
Nahar |
15:00-15:30 |
Biznes modelinə giriş |
15:30-16:30 |
Biznes modelinin yaradılması (qəhvə fasiləsi daxil olmaqla) |
16:30-17:30 |
Təqdimat üçün hazırlaşmaq |
17:30-19:00 |
Münsiflər Heyətinə təqdim etmə və mükafatlandırma mərasimi |
19:00-20:00 |
Nahar |
2-ci gün |
YARADICILIQ SAHƏLƏRİNİN İNKİŞAFI FORUMU |
İqtisadiyyatda yeniliyə nail olmaq baxımından mədəniyyət və yaradıcılığın dəyişdiricilik gücünü işıqlandırmaq məqsədilə keçirilən Azərbaycan Milli Mədəniyyət Forumu istedadları cəlb edir və yerli, eləcə də regional inkişafa təkan verir. 120-yə qədər iştirakçı |
|
09:00-09:30 |
Qeydiyyat və salamlama qəhvəsi |
09:30-10:10 |
AÇILIŞ SESSİYASI |
Tim Uilyams, Mədəniyyət və Yaradıcılıq Proqramının komanda rəhbəri |
|
Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndəsi (dəqiqləşdirilməlidir) |
|
Avropa İttifaqının Azərbaycandakı Nümayəndə Heyətinin nümayəndəsi (dəqiqləşdirilməlidir) |
|
British Council Ukraynanın direktoru Simon Uilyams və British Council Azərbaycanın direktoru Elizabet Vayt |
|
SABAH proqramının direktoru Şahin Seyidzadə |
|
10:10-11:00 |
Azərbaycanda Mədəniyyət və Yaradıcılıq Sahələri - mədəniyyət və yaradıcılığın təsiri və inkişaf üçün tövsiyələr Sual-cavab |
10:10-10:30 |
Azərbaycanda mədəniyyətin təsiri haqqında nə bilirik? UNESCO-nun Azərbaycanda İnkişaf Göstəriciləri üçün Mədəniyyət Araşdırmasının nəticələri. Mədəniyyət və Yaradıcılıq Proqramının UNESCO-nun mədəniyyət göstəriciləri təşəbbüsü (Kanada) üzrə beynəlxalq eksperti Simon Ellis |
10:30-11:00 |
Azərbaycanda yaradıcılıq sahələrinin yaradılması üçün tövsiyələr - imkanlar və çətinliklər. Mədəniyyət və Yaradıcılıq Proqramı (Portuqaliya) çərçivəsində Azərbaycanda Yaradıcılıq Sahələri üzrə Araşdırmanın müəllifi Kristina Farinha |
11:00-11:30 |
Qəhvə fasiləsi |
11:30-13:00 |
Yaradıcılıq sahələri - Avropa və Azərbaycanda tendensiya və inkişaflar Sual-cavab |
11:30-12:00 |
Yaradıcı iqtisadiyyat sahəsində insan kapitalının inkişaf etdirilməsi Yaradıcı Dialoq Assosiasiyası (İspaniya), təsisçi və direktor Samer Yamani |
12:00-12:30 |
Yaradıcılıq sahələrinin innovasiya və iqtisadi inkişaf baxımından oynadığı rol Yaradıcı Leypsiq (Almaniya), Kristian Rost |
12:30-13:00 |
Mədəni irsin yaradıcılıq sahələri ilə əlaqələndirilməsi: İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi örnəyi. İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi (Azərbaycan), Baş Menecer Əsmər Abdullayeva |
13:00-14:00 |
Nahar fasiləsi |
14:00-14:40 |
Azərbaycan audiovizual məhsullar üçün regional mərkəz kimi - sahənin inkişafı üçün tövsiyələr Sual-cavab |
14:00-14:20 |
Mədəniyyət və Yaradıcılıq Proqramı (Slovakiya) çərçivəsində Azərbaycanda Film Sahəsi üzrə Araşdırmanın müəllifi Zora Jaurova |
14:20-14:40 |
Mədəniyyət və Yaradıcılıq Proqramı (Azərbaycan) çərçivəsində Azərbaycanda Film Komissiyasının Yaradılması ilə əlaqədar konseptual sənədin müəllifi Fikrin Bektaşi |
14:40-15:45 |
Azərbaycanda yaradıcı iqtisadiyyat ekosistemi - lokal perspektiv Müzakirə. |
"RED Communications" şirkətinin (Azərbaycan) təsisçisi Tatyana Mikayılova |
|
"M Group Production" şirkətinin (Azərbaycan) təsisçisi Murad Dadaşov |
|
Azərbaycanla əlaqədar faydalı təcrübə (dəqiqləşdirilməlidir) |
|
15:45-16:00 |
Qəhvə fasiləsi |
16:00-17:00 |
Yaradıcılıq sahələri və yerləri. Sual-cavab |
16:00-16:20 |
Yaradıcı cəmiyyətlərdə yaradıcılıq klasterlərin yaradılması - "Poligon"un təcrübəsi. Poligon Yaradıcılıq Mərkəzinin həmtəsisçisi və meneceri Luka Piskoriç, Lyüblyana (Sloveniya) |
16:20-16:40 |
Mədəniyyət və yaradıcılıq mərkəzlərinin yaradılması - Mədəniyyət Mərkəzlərinin Yaradılması Təlimatının təqdimatı. Memar Piter Lenyi; Mədəniyyət Mərkəzlərinin Yaradılması Təlimatının müəllifi və redaktoru (Slovakiya) |
16:40-17:00 |
Mədəniyyət və yaradıcılıq kiçik və orta ölçülü şəhər və rayonların inkişaf etdirilməsi vasitəsi kimi - Şəmkir misalı. Mədəniyyət və yaradıcılıq proqramı çərçivəsində Yaradıcı Şəhər və Rayonlar Təşəbbüsünün yerli mütəxəssisi Cahangir Səlimxanov. |
17:00-17:15 |
"Creative TeamLab Azerbaijan" seminarının ilk üç yeri tutan komandalarının təqdimatı |
17:15-17:30 |
YEKUN QEYDLƏR |
18:00-20:00 |
Ünsiyyət məqsədli nahar və mədəniyyət proqramı |
CRISTINA FARINHA: THE CREATIVE COMMUNITY MAY HAVE A PIVOTAL ROLE FOR AZERBAIJAN´S ECONOMY
«TEAMLAB» – ОТ ИДЕИ К РЕАЛИЗАЦИИ КРЕАТИВНЫХ ПРОЕКТОВ!
ТВОРЧЕСТВО КАК ДОХОДНЫЙ БИЗНЕС: СДЕЛАЕМ АЗЕРБАЙДЖАН КРЕАТИВНОЙ ЭКОНОМИКОЙ!
ВСПЛЕСК КРЕАТИВНОЙ ЭНЕРГИИ МЕНЯЕТ ГОРОДА: ГЛАВНЫЕ ВЫВОДЫ НАЦИОНАЛЬНОГО КУЛЬТУРНОГО ФОРУМА В БАКУ