YARADICI BİZNESƏ SƏYAHƏT: DEVİD PERRİŞİN MÜƏLLİFİ OLDUĞU KİTAB AZƏRBAYCAN DİLİNDƏ NƏŞR OLUNACAQ

Azərbaycanlı mədəniyyət menecerləri və sahibkarlar beynəlxalq ekspert Devid Perrişin müəllifi olduğu məşhur "Futbolka və Kostyum: Yaradıcı Biznesə Səyahət" kitabını tam şəkildə qiymətləndirə biləcəklər: Avropa İttifaqının Şərq Tərəfdaşlığı Mədəniyyət və Yaradıcılıq Proqramının dəstəyilə kitab azərbaycan dilinə tərcümə olunacaq.

Devid Perriş mədəniyyət və yaradıcılıq sahələri, marketinq və biznes strategiyası üzrə ekspertdir, bir neçə kitabın müəllifidir və təlimatçıdır. O, yaradıcı iqtisadiyyatda qazandığı 20 illik təcrübəyə istinad edərək "Futbolka və Kostyum: Yaradıcı Biznesə Səyahət" kitabını qələmə almışdır.

Bu kitabda müəllif iddia edir ki, yaradıcılıq sektorunda işləyən peşəkarlar yaradıcılıq (futbolka) və biznes (kostyum) arasında seçim etmək əvəzinə gəlir gətirəcək və yaradıcılığa əlverişli təsir göstərəcək unikal biznes strategiyaları işləyib hazırlaya bilərlər. Devid Perrişin müəllifi olduğu kitabda çoxsaylı praktik tövsiyələr, onun şəxsi təcrübəsinə aid uğurlu nümunələr və müxtəlif biznes modellər öz əksini tapır.

Siz bu kitabı oxumaqla marketinq strategiyasını tərtib etməyin, biznes modelini və bazar seqmentini seçməyin, bazarı, rəqabət mühitini və təşkilatınızı təhlil etməyin və tətbiq edəcəyiniz liderlik tipini müəyyən etməyin qaydasını öyrənəcəksiniz. Bundan əlavə, müəlliflik hüququ ilə bağlı məsələlər, layihələrin idarə edilməsi və fərdi inkişaf üzrə praktik məsləhətlər ala biləcəksiniz.

Bu kitab sahibkarlar, xüsusən yaradıcılıq sahələrində çalışanlar, mədəniyyət menecerləri, təşkilatların rəhbərləri və yeni təşəbbüslə bazara çıxmağı planlaşdıran şəxslər üçün faydalıdır.

Avropa İttifaqının Şərq Tərəfdaşlığı Mədəniyyət və Yaradıcılıq Proqramının portalında Devid Perrişin intensiv onlayn kurslarından ikisini dinləmək imkanınız var: Strateji PlanlaşdırmaMarketinq. Hər bir kursun davametmə müddəti 30 dəqiqədir. Siz real hadisələri araşdırmaqla daxil olduğunuz bazarı, o cümlədən, təşkilatınızın güclü və zəif tərəflərini təhlil etməyin qaydasını, habelə, bazar seqmentinizi tapmağın yolunu öyrənəcəksiniz. Qısa testin sonunda sertifikat verilir.

Devid Perrişin kitabından götürülmüş tövsiyələr

1. Müştərilərinizi dinləyin. Müştərilərin ünvanladığı suallara cavab verməyə çalışın: "Bu, mənə nə qazandıracaq?" Başlıca vəzifəniz istehlakçınızın ehtiyaclarını müəyyən etməkdən və lazımi məhsulu hazırlamaqdan ibarətdir.

2. Məhsulunuzu bütün müştərilərə eyni anda sata bilməzsiniz. Konkret məhsul ilə əlaqədar müştəri qrupunu seçmək üçün yaradıcılıq potensialınızdan istifadə edin.

3. Təşkilatlarınızın əhəmiyyətini müəyyən edin. Bu kitab uğura aparan yolda sizə bələdçilik edəcək.

Devid Perrişin tövsiyələri: https://www.culturepartnership.eu/en/article/balancing-creativity-and-business

Devid Perriş ilə müsahibə: https://www.culturepartnership.eu/en/article/devid-parrish-platforma

"Futbolka və Kostyum: Yaradıcı Biznesə Səyahət" (AZ)

Other interesting stories: