- “Mədəniyyət strategiyası” kursu
- Təklifin hazırlanması kursu
-
-
Mühazirə 1. Təşviqat nədir və sizə necə köməklik göstərə bilər?
-
Mühazirə 2. Məsələnin təhlili və müəyyən edilməsi
-
Mühazirə 3. Xarici mühitin xəritə şəklində təsviri
-
Mühazirə 4. Lobbiçilik, təsir göstərmə və səsinizi eşitdirmə
-
Mühazirə 5. Təşviqat kampaniyasının qiymətləndirilməsi
-
TƏŞVİQAT vƏ LOBBİÇİLİK haqqında FAKTİKİ MƏLUMATLAR
-
Təşviqat potensialının qiymətləndirilməsi
-
Mütaliə üçün Əlavə Vəsaitlər
-
Test və sertifikat
-
-
"Yaradıcılıq təşkilatları üçün maliyyə imkanları" kursu
-
Mühazirə 1. Başlamadan əvvəl bilməli olduğunuz məsələlər
-
Mühazirə 2. Büdcənin hazırlanması
-
Mühazirə 3. Büdcənin dəqiqləşdirilməsi
-
Mühazirə 4. Büdcənin nağd pul vəsaitlərinin hərəkətinə çevrilməsi
-
Mühazirə 5. Mövcud layihənin maliyyə idarəetməsi
-
Mühazirə 6. Layihənin maliyyələşdirilməsi ilə əlaqədar hesabatlılıq
-
Misal
-
Faydalı link:
-
Test və sertifikat
-
- "Fandrayzinq" kursu
- Strateji Planlaşdırma Kursu
-
Marketinq haqqında onlayn kurs
-
Mühazirə 1. "Marketinq" nədir?
-
Mühazirə 2. Marketinq strategiyası
-
Mühazirə 3. Müştəriləri dinləmək
-
Mühazirə 4. Müştəri dəyərləri
-
Mühazirə 5. Marketinqin 3 M faktoru
-
Faktiki məlumatlar. Marketinqlə əlaqədar 20 əsas fakt
-
Marketinq strategiyasının səmərəliliyini təmin etmək üçün nəzarət siyahısı
-
Misallarla araşdırma Marketinqin 3 M faktoru
-
Test və sertifikat
-
-
“Yaradıcı iqtisadiyyatda dəyərin yaradılması” kursu
-
Mühazirə 1. Bazarlar və dəyər sistemləri
-
Mühazirə 2. Dəyər zəncirinin təhlil edilməsi
-
Mühazirə 3. Dəyər təklifinin hazırlanması
-
Mühazirə 4. Yüksək effektivliyə malik müəssisə konsepsiyası
-
Mühazirə 5. Layihədən məhsula
-
Mühazirə 6. Rəqəmsal dəyişikliklərə uyğunlaşma
-
Faydalı resurslar
-
Test və sertifikat
-
- "Kreativ Avropa" proqramı üzrə kurs
-
Keçidlər və maliyyə vəsaitlərinin cəlb edilməsi haqqında onlayn kurs
-
Mühazirə 1. Sahibkarlıq və innovasiya: Maliyyə vəsaitlərinin müvəffəqiyyətlə cəlb edilməsi üçün istiqamətverici amillər
-
Mühazirə 2. Yaradıcı startaplar üçün biznes-modellər və xarici maliyyələşdirmə
-
Mühazirə 3. Keçidlər: Effektiv biznes planlaması üçün katalizator
-
Oxumaq üçün əlavə resurslar və onlayn resursların linkləri:
-
Faktiki məlumatlar
-
Misallarla araşdırma
-
Test və sertifikat
-
- "Mədəniyyət jurnalistikası" kursu
- “Rəqəmsal kommunikasiyalar” kursu
- "Mədəniyyət və kreativlik" kursu
-
Kommunikasiya kursu
-
Mühazirə 1. Strateji kommunikasiya prosesinin əsas prinsipləri
-
Mühazirə 2. Strateji kommunikasiya prosesinin mərhələləri
-
Mühazirə 3. Strateji kommunikasiya prosesinin əsas prinsipləri
-
Mühazirə 4. Strateji kommunikasiya prosesinin əsas elementləri
-
Mühazirə 5. Kütləvi informasiya vasitələri ilə kommunikasiya prosesləri: müvəffəqiyyət üçün tövsiyyələr
-
Əlavə resurslar
-
Test və sertifikat
-
Gəlin özümüzə belə bir sual verək - insanları düşüncələrini dəyişdirməyə sövq edən səbəb nədir? Bu vacib sualı cavablandırarkən subyektiv nöqteyi-nəzər nümayiş edilməməlidir. Bu suala tam cavab almasaq da, koqnivistika sahəsində aparılan bir sıra tədqiqat işləri bizə görülən tədbirlərin hansı növlərinin effektiv xarakter daşıdığını daha yaxşı anlamağa kömək edir.
Tərəfdarı olduğumuz inamları təkzib edən məlumatlara rast gəldikdə biz onların qəbulunu rədd etməyə yaxud onları inamlarımıza sadiq qalmaq imkanı verəcək şəkildə şərh etməyə meyl göstəririk. İnamın perseverasiyası üzrə koqnitiv mexanizmlər o dərəcədə güclü xarakter daşıyır ki, baxışlarımıza qəti və ya təmkinli şəkildə qarşı çıxan insanları inandırmaq üçün seçə biləcəyimiz real hədəf olmasa da, "tədbirlərin görülməsinin zəruriliyi haqqında baxışlarımızı bölüşən şəxsləri məlumatlandırmaq və tamamilə qərarsız olan insanlara təsir göstərmək" baxımından xüsusi əhəmiyyət kəsb edir.
Bir sözlə, tərəfdarların sürətli və kütləvi şəkildə cəlb edilməsi üçün aşağıdakı tədbirləri həyata keçirmək lazımdır:
-
maarifləndirmə fəaliyyəti vasitəsilə qərarsız insanlarla əlaqə yaratmaq
-
Baxışlarımızı bölüşən insanları məlumatlandırmaq
-
ilk növbədə, arqumentlərimizə fəal şəkildə qarşı çıxan şəxslərlə əlaqə saxlamaqdan çəkinmək və ya ən azından onlarla danışarkən ehtiyatlı davranmaq lazımdır. Çünki onlara təqdim edilmiş istənilən arqument nə dərəcədə əsaslandırılmış və mükəmməl şəkildə irəli sürülmüş olmasına baxmayaraq, onların əleyhdarlığını gücləndirə bilər.
-
sosial şəbəkələrdə ictimai cəhətdən dəyərli olan və mərkəzi fiqurlar hesab olunan şəxslərlə əlaqə yaratmaq
-
Arqumenti təqdim etmək üçün etibar edilən, tanınan bir şəxsin olması (belə ki, tanımadığımız insanlardan alınmış məlumatlara etibar etməmək üçün əsaslı və keçmişə aid səbəblərimiz ola bilər); bəlkə də məşhurları ismarıcı yaymağa inandırarkən biz də bunu edirik
Yuxarıda qeyd olunmuş bütün tədbirlərin kommunikasiya prosesi əsasında formalaşdırıldığını nəzərə alın. Effektiv Kommunikasiya prosesi qavrayışların dəyişdirilməsi və istənilən sosial dəyişikliyə nail olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. İndi isə təşviqat kampaniyasında kommunikasiya əlaqələrinin qurulması və onlara bu dərəcədə yüksək əhəmiyyət qazandıran səbəblər barəsində danışaq.
Təşviqat fəaliyyətində istifadə olunan kommunikasiya vasitələri dedikdə, qəzetlərin və ya maliyyə vəsaitlərinin cəlb edilməsi üzrə materialların yaxud işiniz haqqında əsas məlumatların daxil olduğu daha ümumi xarakterli kommunikasiya vasitələri nəzərdə tutulmur. Bu prosesdəki kommunikasiya vasitələrini xarakterizə edən xüsusiyyət ondan ibarətdir ki, onlar konkret auditoriyalara təsir göstərilməsinə və siyasət və ya təcrübədə dəyişikliklərin tətbiqi məqsədilə müəyyən ismarıclardan istifadə olunmasına məqsədli şəkildə yönəldilir. Ümumiyyətlə, təşviqat fəaliyyətində kommunikasiya vasitələrindən uğurlu istifadəni təmin etmək üçün aydın məqsədlərin, seçilmiş auditoriya haqqında biliklərin, həmin auditoriyaya uyğunlaşdırılmış dilin və qısa, konkret və dəqiq məzmunun olması tələb edilir.
Məsələn, aşağıdakı sənədləri tərtib edə bilərik:
-
daim məşğul olan qərar qəbuledicilərin diqqətini cəlb etmək üçün bir səhifə həcmində markerlənmiş siyahının punktları
-
gənc maraqlı tərəflər üçün markerlənmiş siyahının punktlarından və şəkillərdən ibarət qeyri-ciddi, rəngli, A5 formatında vərəqələr
-
maraqlı tərəflər və ali vəzifəli şəxslər üçün daha ətraflı məlumatın yer aldığı üç səhifə həcmində icra xülasəsi və ya qısa analitik icmal
-
vəzifəli şəxslər, inzibatçılar, mütəxəssis-praktiklər və törəmə təşkilatlar üçün əsas tədqiqat nəticələrinizi, təhlil və siyasətinizi əhatə edən iyirmi səhifə həcmində siyasət hesabatı
-
KİV-in xəbərlər xidmətinin diqqətini cəlb etmək üçün məsələ - önəmli gün haqqında bir səhifə həcmində press-reliz
Kommunikasiya məsələlərinə digər bir kursumuzda geniş yer verəcəyik, indi isə icazənizlə effektiv təşviqat kampaniyası baxımından kommunikasiya üçün lazımi alətlər dəstinin komponentlərini sadalayım. Məlumat üçün qeyd edim ki, sözügedən alətlər dəsti geniş auditoriyaların cəlb edilməsi və onların icra prosesi üçün səfərbər edilməsi məqsədilə istifadə olunan ən faydalı vasitələrdən ibarətdir. Kommunikasiya üçün lazımi alətlər dəsti adətən aşağıdakılardan ibarət olur:
-
Məlumatların ictimaiyyətə ötürülməsi üçün nəzərdə tutulmuş vərəqələr və digər materiallar
-
Plakatlar və elanlar
-
İctimai toplantılar
-
KİV - qəzetlər, radio və televiziya
-
KİV-in diqqətini cəlb etmək üçün təşkil olunan fleşmoblar və ya digər tədbirlər
-
İdeyanızı dəstəkləmək üçün məşhurların köməyindən istifadə edilməsi
-
Məktub kampaniyaları
-
Ərizələr
-
Müsabiqələr
-
Aktiv veb sayt və sosial media hesabları
İndi isə "Lobbiçilik" adlanan digər təsir vasitəsi barədə qısaca məlumat verək.
"Lobbiçilik" termini fərdi müsahibələr və inandırma vasitəsilə siyasəti formalaşdıran şəxslərə, dövlət qulluqçularına və digər qərar qəbuledicilərə təsir göstərilməsinə yönələn birbaşa cəhdləri nəzərdə tutur. Lobbi - konkret səbəbə görə qanunvericilərə və ya digər dövlət qulluqçularına təsir göstərməyə cəhd etməklə məşğul olan qrup, təşkilat yaxud assosiasiyadır. Yeni təşviqat təşəbbüsünün üzərində işləyərkən, tanımadığınız şəxs və ya müəssisə ilə lobbi qrupunun iclasını təşkil etməyə ehtiyac duyduğunuz məqam hər zaman yaşanacaqdır. Onlara yaxud inzibatçılarına/katiblərinə zəng edərək kim olduğunuz, təşkilatınızın fəaliyyəti və qərar qəbuledici şəxs ilə nə üçün görüşmək istədiyiniz haqqında qısaca məlumat verin, əgər görüş barədə dərhal razılığa gəlsəniz, o zaman özünüzü təbrik edə və görüşə hazırlaşa bilərsiniz. Danışıqlar apararkən və fikrinizi təqdim edərkən aydın danışmağa çalışın, nə istədiyinizi bilin və təsir göstəriləcək insanların fikirlərini öyrənin.