- “Rəqəmsal kommunikasiyalar” kursu
- "Mədəniyyət və kreativlik" kursu
-
Kommunikasiya kursu
-
Mühazirə 1. Strateji kommunikasiya prosesinin əsas prinsipləri
-
Mühazirə 2. Strateji kommunikasiya prosesinin mərhələləri
-
Mühazirə 3. Strateji kommunikasiya prosesinin əsas prinsipləri
-
Mühazirə 4. Strateji kommunikasiya prosesinin əsas elementləri
-
Mühazirə 5. Kütləvi informasiya vasitələri ilə kommunikasiya prosesləri: müvəffəqiyyət üçün tövsiyyələr
-
Əlavə resurslar
-
Test və sertifikat
-
- Təklifin hazırlanması kursu
- “Mədəniyyət strategiyası” kursu
-
-
Mühazirə 1. Təşviqat nədir və sizə necə köməklik göstərə bilər?
-
Mühazirə 2. Məsələnin təhlili və müəyyən edilməsi
-
Mühazirə 3. Xarici mühitin xəritə şəklində təsviri
-
Mühazirə 4. Lobbiçilik, təsir göstərmə və səsinizi eşitdirmə
-
Mühazirə 5. Təşviqat kampaniyasının qiymətləndirilməsi
-
TƏŞVİQAT vƏ LOBBİÇİLİK haqqında FAKTİKİ MƏLUMATLAR
-
Təşviqat potensialının qiymətləndirilməsi
-
Mütaliə üçün Əlavə Vəsaitlər
-
Test və sertifikat
-
-
"Yaradıcılıq təşkilatları üçün maliyyə imkanları" kursu
-
Mühazirə 1. Başlamadan əvvəl bilməli olduğunuz məsələlər
-
Mühazirə 2. Büdcənin hazırlanması
-
Mühazirə 3. Büdcənin dəqiqləşdirilməsi
-
Mühazirə 4. Büdcənin nağd pul vəsaitlərinin hərəkətinə çevrilməsi
-
Mühazirə 5. Mövcud layihənin maliyyə idarəetməsi
-
Mühazirə 6. Layihənin maliyyələşdirilməsi ilə əlaqədar hesabatlılıq
-
Misal
-
Faydalı link:
-
Test və sertifikat
-
- "Fandrayzinq" kursu
- Strateji Planlaşdırma Kursu
-
Marketinq haqqında onlayn kurs
-
Mühazirə 1. "Marketinq" nədir?
-
Mühazirə 2. Marketinq strategiyası
-
Mühazirə 3. Müştəriləri dinləmək
-
Mühazirə 4. Müştəri dəyərləri
-
Mühazirə 5. Marketinqin 3 M faktoru
-
Faktiki məlumatlar. Marketinqlə əlaqədar 20 əsas fakt
-
Marketinq strategiyasının səmərəliliyini təmin etmək üçün nəzarət siyahısı
-
Misallarla araşdırma Marketinqin 3 M faktoru
-
Test və sertifikat
-
-
“Yaradıcı iqtisadiyyatda dəyərin yaradılması” kursu
-
Mühazirə 1. Bazarlar və dəyər sistemləri
-
Mühazirə 2. Dəyər zəncirinin təhlil edilməsi
-
Mühazirə 3. Dəyər təklifinin hazırlanması
-
Mühazirə 4. Yüksək effektivliyə malik müəssisə konsepsiyası
-
Mühazirə 5. Layihədən məhsula
-
Mühazirə 6. Rəqəmsal dəyişikliklərə uyğunlaşma
-
Faydalı resurslar
-
Test və sertifikat
-
- "Kreativ Avropa" proqramı üzrə kurs
-
Keçidlər və maliyyə vəsaitlərinin cəlb edilməsi haqqında onlayn kurs
-
Mühazirə 1. Sahibkarlıq və innovasiya: Maliyyə vəsaitlərinin müvəffəqiyyətlə cəlb edilməsi üçün istiqamətverici amillər
-
Mühazirə 2. Yaradıcı startaplar üçün biznes-modellər və xarici maliyyələşdirmə
-
Mühazirə 3. Keçidlər: Effektiv biznes planlaması üçün katalizator
-
Oxumaq üçün əlavə resurslar və onlayn resursların linkləri:
-
Faktiki məlumatlar
-
Misallarla araşdırma
-
Test və sertifikat
-
- "Mədəniyyət jurnalistikası" kursu
1. Başlanğıcda nə qədər qəti hədəflər təyin edə bilərsiniz?
Başlanğıcda nə qədər qəti hədəflər təyin edilərsə, sürpriz imkanları o qədər az olar. Bu isə öz növbəsində tədarükçülərlə qənaətbəxş müqavilə bağlamaq və layihənin yüksək və eyni zamanda reallığa uyğun əvvəlcədən satış səviyyəsinə malik qazanılan gəlir elementləri haqqında aydın plan hazırlamaq deməkdir.
1.1 Xərclərin idarə edilməsi
Tədarükçülərlə şəffaf müqavilələrin bağlanmasının üstünlüyü onların nə edəcəklərini və nə qədər xərcin meydana çıxacağını bilməkdən ibarətdir, belə ki, xərclərin sadəcə meydana çıxdıqca qeydə alınması yerinə müqavilədə nəzərdə tutulmuş istənilən element üçün xərcləyəcəyiniz məbləği effektiv şəkildə məhdudlaşdıra bilirsiniz.
Büdcənizin dəyişən elementlərini nəzarətdə saxlamağın bir yolu onlar üçün rəng kodları təyin etməkdir - müqaviləyə daxil edilmiş və əvvəlcədən razılaşdırılmış elementlər üçün yaşıl və səyahət, qida və məkan xərcləri kimi dəyişmə ehtimalı olan xərc sahələri üçün isə narıncı rəngdən istifadə edilir.
Bu elementlər üçün büdcədə göstərilən məbləğ maksimal xərc məbləğidir. Sizin işiniz xərcləri meydana çıxdıqca izləmək və normadan artıq olmamalarını təmin etməkdən ibarətdir. Bunu etmək üçün layihənin icrasına cəlb edilən şəxslərin qəbzlərlə birlikdə xərc formalarını (Template 4 - expenses claim form) göndərəcəkləri prosesi təşkil etməlisiniz. Xərclərin həqiqətən meydana çıxdığını sübut etmək üçün qəbzlərə ehtiyac olacaq. Xərclərin meydana çıxdığını ya daxili qaydada, ya da qrant verən investora sübut etməlisiniz. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihələr üçün tələb olunduğu halda tam nəzarət jurnalı təşkil edə bilmənizi təmin etmək üçün istifadə etməli olduğunuz qəbul edilmiş şablonlar mövcuddur. Hansı xərclərin "yolverilən" olması ilə əlaqədar qayda və tənzimləmələr də ola bilər - məsələn, qrant vəsaitini naharda alkoqoldan istifadə etmək üçün sərf etmək olarmı? Ofisianta verdiyiniz bəxşiş üçün vəsait tələb edə bilərsinizmi? Adətən təşkilat və ya investor öz standart yanaşmalarını qərarlaşdırmış olurlar. Siz sadəcə bunu öyrənməli və layihə büdcəsindən tələb edilməsi planlaşdırılan pulu xərcləyən şəxslərə çatdırmalısınız.
Xərcləri kim razılaşdırır? Qayimələri təsdiq etmək və onların ödənilə biləcəyini razılaşdırmaq üçün bir nəfər məsuliyyət daşımalıdır. Bu şəxsin layihə rəhbəri olaraq siz, yoxsa maliyyə departamentinin rəhbəri olacağını daxili qaydada razılaşdırmalısınız. Çox zaman təşkilatınızda bunun üçün artıq təşkil edilmiş proses olacaq, siz sadəcə bunu öyrənməli və istifadə etməlisiniz!
Digər faydalı tövsiyyə çox sayda layihə üzərində işləyən tədarükçülərdən qayimələrinin (və ya lazım gələrsə, qayimədəki ayrıca bir sətirin) hansı layihəyə aid olduğunu göstərmələrini xahiş etməkdən ibarətdir. Bu, qayimənin yalnız bir hissəsinin sizin layihəyə aid olduğunu və qalan hissəsini ödəmənizə ehtiyac olmadığını anlamanıza kömək edəcək!
Nəticədə sizə aşağıdakıları eləməyə imkan verən prosesə ehtiyacınız var:
-
Xərc sahəsi üçün maksimal xərci təyin edin və bu büdcə sətrinin hansı məsələləri əhatə etdiyini öyrənin (büdcənizdə qeyd olunmalıdır)
-
Layihə çərçivəsində görülməsi planlaşdırılan işləri və əlaqədar xərcləri layihənin başlanğıcında bağlanmış müqavilələr və layihənin yerinə yetirilməsi prosesində meydana çıxacaq dəyişkən elementlər üçün təqdim edilən qayimələr əsasında yoxlayın.
-
Səyahət, məkan və qida xərcləri kimi dəyişkən xərclər üçün xərclər siyahısının alınması və maliyyə departamenti tərəfindən ödənilmədən əvvəl təsdiq edilməsi prosesi sizi gözləmədiyiniz və ya razılaşdırılmamış xərclərin meydana çıxmasından sığortalayır.
-
Ay başa çatdıqdan sonra dəyişkən xərclər haqqında hansı tezliklə məlumat verildiyini dəqiqləşdirin - komanda üzvlərinin bir neçə ay üzrə xərcləri göndərmədiyi, nəzərdə tutulan məbləğdən az xərclədiyinizi düşünərək maliyyə vəsaitlərini yenidən bölüşdürdüyünüz və sonradan hələ ödənilməli olan hesabların qaldığından xəbər tutduğunuz vəziyyətlərin qarşısını almaq lazımdır.
-
Oteldə qalmaq, kənarda nahar etmək və s. məsələlərlə əlaqədar meydana çıxan maksimal xərclər üçün razılaşdırılmış protokollardan kənara çıxmayın.
Layihənin icrası zamanı vaxt keçdikcə gözlənilən xərcləmələri faktiki xərcləmələrə uyğunlaşdırmalısınız. Buna görə də, büdcə ilə yanaşı nağd pul vəsaitlərinin hərəkətinə də ehtiyac olur.
Gözlənilən xərcləmələri faktiki xərclərə çevirmək və işlərin real mövcud vəziyyəti haqqında təsəvvürə malik olmaq üçün nağd pul vəsaitlərinin hərəkətini nə qədər tezliklə yeniləməli olmağınız haqqında sual meydana çıxır. Kifayət qədər az sürətli və proqnozlaşdırıla bilən fəaliyyətləri əhatə edən uzunmüddətli layihə zamanı nağd pul vəsaitlərinin hərəkətini ayda bir dəfə proqnozlaşdırılmış statusundan faktiki statusa yeniləmək kifayətdir. Fəaliyyətlərin olduqca intensiv periodunun tam ortasındasınızsa, nağd pul vəsaitlərinin hərəkətini həftədə bir və ya hətta iki dəfə yeniləmək istəyə bilərsiniz.
Proqnozlaşdırılan vəziyyətlə faktiki vəziyyət arasındakı fərqləri izləmək ehtiyacının yaranma səbəbi Template 1 - budget and cashflow-dəki nağd pul vəsaitlərinin hərəkəti vərəqində fərq sütununun olmasıdır. Bu sütun vasitəsilə hər bir sətir üzrə nəzərdə tutulan məbləğdən artıq və ya əksik xərclədiyinizi öyrənə biləcəksiniz. Belə ki, əgər yanvar ayında sığorta üçün 200 £ xərcləyəcəyinizi proqnozlaşdırdığınız halda yanvar ayının sonunda müvafiq qayimənin ödənilmədiyini aşkar edirsinizsə, yanvar ayı üçün faktiki xərc 0 £-dır, onda nağd pul vəsaitlərinin hərəkətini qayimənin ödənilməli olduğu fevral ayında 200 £ məbləğin ödənilməsi vəziyyətinə uyğunlaşdırmalısınız. Bu halda pul sadəcə proqnozlaşdırılmış ayda ödənilməyəcək və sadəcə xərci yanvar ayından fevral ayına keçirsəniz, ümumi fərq sıfır olacaq.
Ancaq əgər yanvar ayında otellərə 500 £ xərcləməyi planlaşdırırsınızsa və layihə üzərində bir yerdə çalışdığınız komanda üzvlərindən gələn xərc tələblərinə əsaslanan faktiki xərcləmələrə baxdıqda faktiki olaraq sadəcə 471 £ xərcləndiyini görürsünüzsə, fərq sütununda yanvar ayında nəzərdə tutulan məbləğdən 29 £ az xərcləndiyi əks olunacaq. Əgər bu cür aşağı xərclərlə lazım olan bütün fəaliyyətləri icra etmisinizsə, onda bu iqtisadi effektivliyə nail olduğunuza görə afərin.
Layihənizlə əlaqədar xərcləri izləməyi asanlaşdırmağın bir yolu bu işin təşkilatınızın istifadə etdiyi mühasibat sistemində təşkil edilməsidir. Əgər böyük təşkilatda işləyirsinizsə, təşkilatınızın maliyyə direktoru bu işi təşkil edə bilər. Əgər kiçik təşkilatda işləyirsinizsə, direktorunuzla layihənin maliyyə vəsaitlərinin izlənməsini və mühasibat proqram təminatınızın sizə bu işi görməkdə kömək edə bilib-bilməyəcəyini yoxlaya bilərsiniz. www.mycake.org (xüsusi olaraq kiçik yaradıcı təşkilatların ehtiyaclarını ödəmək üçün yaradılıb) kimi bir çox onlayn mühasibat sistemləri standart olaraq bu imkana malikdirlər.
1.2 Qazanılan gəlirlərin izlənməsi və maksimallaşdırılması
Mədəniyyət sahəsində fəaliyyət göstərən mütəxəssislərin əksəriyyəti qazanılan gəlirləri dəqiqliklə proqnozlaşdırmağın layihənin xərcləri əsasında büdcə hazırlamaqla müqayisədə çətin olduğunu düşünür. Bu iş, həqiqətən, tamamilə fərqli bacarıq tələb edir, ancaq bu bacarığı xüsusi olaraq əldə etməyə yalnız daha böyük layihələri yerinə yetirən zaman və daha böyük səlahiyyətlərə sahib olduğunuz zaman ehtiyac olur.
Marketinqlə əlaqədar qədim aforizmlərdən birinin "Marketinqin yalnız yarısı işə yarayır (satışların həyata keçirilməsi zamanı)... Sadəcə bunun hansı yarısı olduğunu bilmək istərdim!" şəklində olması faktı sizin üçün təsəlli rolunu oynaya bilər.
Ancaq bu, o demək deyil ki, marketinq fərziyyələrə əsaslanır, qətiyyən! Sadəcə marketinq xərclərinin bilet satışlarına və başqa gəlir əldə etmə formalarına çevrilməsini proqnozlaşdırmaq və izləmək üçün marketinq komandanızla / agentliklə / ştatdankənar əməkdaşlarla işləmənizə ehtiyac ola bilər. Bu baxımdan marketinq və satışlar bu elektron tədris kursunun əhatə dairəsinə daxil deyil, ancaq bu məsələlərlə əlaqədar bacarıqlar ya özünüzün öyrənməli olduğunuz, ya da öyrənə biləcəyiniz müvafiq mənbə tapmalı olduğunuz vacib bacarıqlardır.
Bu kurs çərçivəsində marketinq məsələsinə nəzər salmırıq, ancaq xüsusi halda biletlər satışa çıxarıldıqdan sonra ilk bir neçə gün satışları izləmək istəyə bilərsiniz, belə ki, biletlərinizi ilk olaraq ən həvəsli müştəriləriniz alacaq. Əgər onların alış səviyyəsi gözlənilən kimi olmasa, satış ümidlərinizi və ya marketinq büdcənizi dəyişməlisiniz, belə ki, satışların sonradan daha yaxşı olacağını gözləyə bilməzsiniz!
1.3 Nəzakətlə pozuntu hallarına yol verməyə dəvət
Əgər kifayət qədər uzun müddətdir bu sahədə çalışırsınızsa, böyük ehtimalla, müntəzəm şəkildə sizdən bu və ya digər formada pozuntu hallarına yol vermək tələb olunacaq. Bəs layihənizin icra edilməsi prosesinin davam etməsini təmin edərkən və büdcənizi həyata keçirmək istədiyiniz fəaliyyətlər üçün qoruyub saxlamağa çalışarkən bu cür hərəkətlərdən necə yayına bilərsiniz?
Həddindən artıq bəsit (heç vaxt belə deyil) səslənməsi riskinə baxmayaraq yerinə yetirmək istədiyiniz fəaliyyətləri mümkün qədər ciddi şəkildə razılaşdırmaq və yalnız müqaviləyə daxil edilmiş və əlaqədar (və razılaşdırılmış) xərclərlə yerinə yetirilmiş fəaliyyətlər üçün təqdim edilən qayimələr əsasında ödəniş etmək strategiyasından istifadə etməyi məsləhət görürəm. Bu, o deməkdir ki, hətta oteldə qalmaqla əlaqədar maksimal xərcləri və ya yemək və səyahət xərclərini də razılaşdırmalı; yaxud da biznes-klas biletlərdən yox, ekonom-klas biletlərdən istifadə etməli ola bilərsiniz. Bu, demək olar ki, istənilən müqavilədəki hər xırda məsələni tədarükçü ilə razılaşdırmaq deməkdir və əgər söhbət maddi məhsullardan (vaxtın razılaşdırılmasından fərqli olaraq) gedərsə, çatdırılan və pulu ödənilən obyektin spesifikasiyalarını müqayisə edə bilmək üçün aldığınız malın keyfiyyət səviyyəsini göstərməli ola bilərsiniz.
İşin yaxşı tərəfi ondan ibarətdir ki, vasvası və pozuntu hallarına yol verməyən təşkilat kimi nüfuz qazandıqdan sonra müvafiq pozuntu halları ilə əlaqədar sorğu və dəvətlərin sayının azaldığına şahid olacaqsınız. Əksinə, bu cür pozuntu hallarının həyata keçirilməsində iştirak etməniz və ya idarə etdiyiniz layihələrin icrası zamanı bu cür halların baş verməsinə imkan verməniz sizdən həmişə bu cür davranmanızın gözlənməsinə və pozuntu hallarının miqyasının get-gedə artmasına gətirib çıxaracaq.
Odur ki, aşağıdakıları edə bilərsiniz:
-
Layihənin başlanğıcında mümkün qədər çox məsələni dəqiqləşdirin.
-
Nağd pul vəsaitlərinin hərəkətini müntəzəm şəkildə (fəaliyyətin səviyyəsindən asılı olaraq ayda və ya həftədə bir dəfə) yeniləyin.
-
Qazanılan gəliri izləyin, onu ilkin planlarınızla müqayisə edin və layihənin icrasının davam etdiyi müddətdə marketinq büdcəsini və ya satış planlarınızı qaydaya salın.
-
Ay ərzində xərclənən vəsaitlərlə əlaqədar yenilikləri maliyyə komandasından əldə edin.
-
Müvafiq tip xərcləri ehtiyatla idarə edə bilməniz üçün layihə komandasının xərc formalarını göndərməsini təmin edin.
-
Nəzakətlə pozuntu hallarında iştirak etməyə dəvət