- “Rəqəmsal kommunikasiyalar” kursu
- "Mədəniyyət və kreativlik" kursu
-
Kommunikasiya kursu
-
Mühazirə 1. Strateji kommunikasiya prosesinin əsas prinsipləri
-
Mühazirə 2. Strateji kommunikasiya prosesinin mərhələləri
-
Mühazirə 3. Strateji kommunikasiya prosesinin əsas prinsipləri
-
Mühazirə 4. Strateji kommunikasiya prosesinin əsas elementləri
-
Mühazirə 5. Kütləvi informasiya vasitələri ilə kommunikasiya prosesləri: müvəffəqiyyət üçün tövsiyyələr
-
Əlavə resurslar
-
Test və sertifikat
-
- Təklifin hazırlanması kursu
- “Mədəniyyət strategiyası” kursu
-
-
Mühazirə 1. Təşviqat nədir və sizə necə köməklik göstərə bilər?
-
Mühazirə 2. Məsələnin təhlili və müəyyən edilməsi
-
Mühazirə 3. Xarici mühitin xəritə şəklində təsviri
-
Mühazirə 4. Lobbiçilik, təsir göstərmə və səsinizi eşitdirmə
-
Mühazirə 5. Təşviqat kampaniyasının qiymətləndirilməsi
-
TƏŞVİQAT vƏ LOBBİÇİLİK haqqında FAKTİKİ MƏLUMATLAR
-
Təşviqat potensialının qiymətləndirilməsi
-
Mütaliə üçün Əlavə Vəsaitlər
-
Test və sertifikat
-
-
"Yaradıcılıq təşkilatları üçün maliyyə imkanları" kursu
-
Mühazirə 1. Başlamadan əvvəl bilməli olduğunuz məsələlər
-
Mühazirə 2. Büdcənin hazırlanması
-
Mühazirə 3. Büdcənin dəqiqləşdirilməsi
-
Mühazirə 4. Büdcənin nağd pul vəsaitlərinin hərəkətinə çevrilməsi
-
Mühazirə 5. Mövcud layihənin maliyyə idarəetməsi
-
Mühazirə 6. Layihənin maliyyələşdirilməsi ilə əlaqədar hesabatlılıq
-
Misal
-
Faydalı link:
-
Test və sertifikat
-
- "Fandrayzinq" kursu
- Strateji Planlaşdırma Kursu
-
Marketinq haqqında onlayn kurs
-
Mühazirə 1. "Marketinq" nədir?
-
Mühazirə 2. Marketinq strategiyası
-
Mühazirə 3. Müştəriləri dinləmək
-
Mühazirə 4. Müştəri dəyərləri
-
Mühazirə 5. Marketinqin 3 M faktoru
-
Faktiki məlumatlar. Marketinqlə əlaqədar 20 əsas fakt
-
Marketinq strategiyasının səmərəliliyini təmin etmək üçün nəzarət siyahısı
-
Misallarla araşdırma Marketinqin 3 M faktoru
-
Test və sertifikat
-
-
“Yaradıcı iqtisadiyyatda dəyərin yaradılması” kursu
-
Mühazirə 1. Bazarlar və dəyər sistemləri
-
Mühazirə 2. Dəyər zəncirinin təhlil edilməsi
-
Mühazirə 3. Dəyər təklifinin hazırlanması
-
Mühazirə 4. Yüksək effektivliyə malik müəssisə konsepsiyası
-
Mühazirə 5. Layihədən məhsula
-
Mühazirə 6. Rəqəmsal dəyişikliklərə uyğunlaşma
-
Faydalı resurslar
-
Test və sertifikat
-
- "Kreativ Avropa" proqramı üzrə kurs
-
Keçidlər və maliyyə vəsaitlərinin cəlb edilməsi haqqında onlayn kurs
-
Mühazirə 1. Sahibkarlıq və innovasiya: Maliyyə vəsaitlərinin müvəffəqiyyətlə cəlb edilməsi üçün istiqamətverici amillər
-
Mühazirə 2. Yaradıcı startaplar üçün biznes-modellər və xarici maliyyələşdirmə
-
Mühazirə 3. Keçidlər: Effektiv biznes planlaması üçün katalizator
-
Oxumaq üçün əlavə resurslar və onlayn resursların linkləri:
-
Faktiki məlumatlar
-
Misallarla araşdırma
-
Test və sertifikat
-
- "Mədəniyyət jurnalistikası" kursu
Sahibkarlıq nəzəriyyələri: qısa xülasə
Sahibkarlığın nə, sahibkarların kim olduğunu aşkar etmək üçün əsrlər boyu çox sayda tədqiqat aparılıb və nəzəriyyələr yaradılıb. Sahibkarlıq sözünün etimologiyası Fransız və Alman dillərinə əsaslanır və öhdəyə götürmək deməkdir. Bu mürəkkəb fenomen üçün razılaşdırılmış tərif mövcud deyil. Mən mövcud nəzəriyyələri bir neçə qrupa ayıracağam:
-
Sahibkarlar risk edən kimi: Riçard Kentillon (1680-1734) sahibkarları gələcəkdə gəlir əldə etmək üçün risk etməyə hazır olan şəxslər kimi təyin edən ilk müəllifdir.
-
Sahibkarlar: İqtisadi inkişaf üçün aparıcı faktor Jan-Batist Se (1767-1832) sahibkarları iqtisadi resursları daha yüksək məhsuldarlığa malik sahələrə yönləndirən və müxtəlif istehsal faktorlarını informasiya və təcrübə ilə birləşdirməklə istehsal prosesini təşkil edən şəxslər adlandırıb.
-
Sahibkar: İnnovator və dəyişiklik yaradan: Cozef Şumpeter (1883-1950) sahibkarı “yaradıcı dağıtma” prosesinin lideri və iştirakçısı kimi təyin edib.
-
Sahibkar: Şəxsiyyətin müəyyən cizgiləri və xüsusiyyətləri vasitəsilə formalaşır: yüksək nailiyyət qazanmaq ehtiyacı, üstün olmaq motivasiyası, güclü özünə inam, nikbin, innovativ, yaradıcı, təxəyyüllü, həyəcanlı və profilaktik olmaq.
-
Sahibkar: Xarici mühit vasitəsilə formalaşır: Xarici faktorlara ailə keçmişi, məşğulluq tarixçəsi, təhsil, sosial şəbəkələr, mədəniyyət və keçmiş idarəetmə təcrübəsi daxildir.
-
Sahibkar lider və menecer kimi: Hər bir müəssisə zaman keçdikcə inkişaf etdiyi üçün sahibkar təşkilati inkişafın müəyyən mərhələsində liderə və menecerə çevrilir və buna görə də, sahibkarın idarəetmə bilik və bacarıqlarına sahib olması çox vacib məsələdir.
İncəsənət sahəsində sahibkarlıq: tərifi
"İncəsənət sahəsində sahibkarlıq iqtisadi, eləcə də sosial-mədəni fəaliyyət növüdür. O, aşağıdakılara əsaslanır:
-
İncəsənəti həddindən artıq çox sevmək;
-
Biznesin stabil inkişafı ilə əlaqədar strateji nöqteyi-nəzərə sahib olmaq və
-
İncəsənətin fəaliyyət göstərdiyi müasir konteksti yaxşı anlamaq".
"İncəsənət sahəsində fəaliyyət göstərən sahibkarlar yaradıcı və innovativ bədii ideyalardan istifadə edirlər və bu ideyaları onların satışından kənar resurslar axtarmaq və təşkil etməklə, eyni zamanda müəyyən qədər risk edərək (yalnız maliyyə baxımından deyil, həm də nüfuz baxımından) müxtəlif innovativ yanaşmaları tətbiq etməklə stabil biznesə çevirirlər. Onlar xarici imkan və trendləri - yalnız bazar yönümlü olanları deyil, eyni zamanda sosial, insan və mədəni yönümlü olanları - aşkarlayır və istifadə edirlər". (Mənbə Lidiya Varbanova (2016), İncəsənət sahəsində beynəlxalq sahibkarlıq, Routledge)
İncəsənət sahəsində fəaliyyət göstərən sahibkarlar: tipləri və xüsusiyyətləri
-
Mədəniyyət üzrə sahibkar incəsənət üzrə sahibkarla müqayisədə daha geniş termindir və mədəniyyət sektorunda tək və ya təşkilatlanmış şəkildə incəsənət və mədəniyyət sahəsinin çox sayda istiqaməti üzrə fəaliyyət göstərən sahibkarlara deyilir.
-
İncəsənət üzrə sahibkar incəsənət icra edən, ancaq işini bazara çıxarmaq üçün maliyyə vəsaitlərinin cəlb edilməsi, müştərilərlə əlaqələrin yaradılması, reklam, maliyyə idarəetməsi və s. kimi bütün əlaqədar funksiyaları da yerinə yetirən sənətkarlara deyilir.
-
Yaradıcı sahibkar: yaradıcılıq sahəsinin müxtəlif qolları üzrə fəaliyyət göstərən sahibkarlara deyilir. Bu sahibkarlar yaradıcılıq elementlərinə malik biznes müəssisələri, qeyri-kommersiya təşkilatları və ya sosial müəssisələr yaradır və idarə edirlər.
-
İncəsənət üzrə biznes sahibkarları: biznes təşkilatlarının yaradıcıları və sahiblərinə deyilir.
-
Sosial sahibkarlar sosial problemlərlə məşğul olur və insanları, qrupları və icmaları dəstəkləməklə cəmiyyətə təsir edirlər.
-
İctimai sahibkar: cəmiyyətdə iqtisadi fəaliyyətlərə təkan verən və kütləvi səviyyədə iş imkanları təmin etməklə region və ya şəhərin problemlərinin həll edilməsinə kömək edən şəxslərə deyilir.
-
İncəsənət üzrə rəqəmli sahibkar: Beynəlxalq səviyyədə imkanları taparaq onlardan istifadə etmək, yeni biznes yaratmaq, məlumat yaymaq, onlayn rejimdə mal və xidmət satmaq və / və ya müştəriləri və ya partnyorları ilə əməkdaşlıq etmək üçün yeni texnologiyaların və onlayn vasitələrin imkanlarından istifadə edən şəxslərə deyilir.
İnnovasiyalar: uğurlu xarici maliyyələşdirmə vasitəsi
İnnovasiyalar incəsənət sahəsində fəaliyyət göstərən yeni şirkətin fərqliliyini və unikallığını nəzərə çarpdırdığı üçün xarici maliyyənin cəlb edilməsi baxımından vacibdir. Vurğulamaq lazımdır ki, innovasiyalar sadəcə texnologiyalara deyil, eyni zamanda yaratdığı sosial və iqtisadi dəyərlərə əsaslanır.
İnnovasiya tipləri
İnnovasiyalarla əlaqədar ədəbiyyatda innovasiyanın böyüklüyü, nəticədə meydana gələn dəyişikliklərin tipləri, innovasiyanın baş verdiyi sektor, innovasiyanın necə meydana gəlməsi, innovasiya prosesinə təkan verən amillər və s. kimi kriteriyalara əsaslanan müxtəlif tipologiyalardan istifadə edilir.
-
Radikal innovasiya bir çox sahədə - məhsullarda, xidmətlərdə, eləcə də istehsal və ya paylama metodlarında kəskin dəyişikliklərin meydana gəlməsinə deyilir. Bu innovasiya risklidir və xüsusən də, elmi araşdırmalar üçün böyük investisiyalar tələb edir.
-
İnkremental innovasiya mövcud məhsul, xidmət, proses və ya metodlarda ardıcıl və tədrici təkmilləşdirmələrin aparılmasına deyilir. O, biznes-modeli yaxud malın istehsal və ya istehlak edilmə üsulunu ciddi şəkildə dəyişmir.
-
Aşağıdakılar kimi müxtəlif kriteriyalara əsaslanan başqa innovasiya tipləri də mövcuddur:
- Məhsul və proseslər üzrə innovasiyalar
- Sistematik və sporadik innovasiyalar
- Biznes xarakterli və sosial innovasiyalar
İncəsənət sahəsindəki innovasiyalar aşağıdakı aspektlərə malikdir:
- Başqa sektorlara (elm, texnologiya, sosial sahə, təhsil və s.) sektorlararası keçid incəsənət layihəsinə və ya təşkilatına unikallıq gətirən bir aspektdir.
- Əhatə etmə və iştirak - incəsənətdən cəmiyyət daxilindəki sosial, iqtisadi və başqa ehtiyacları ödəmək vasitəsi kimi istifadə etməyə kömək edən aspektdir.
- İkiqat funksiya - yaradıcılıq prosesi ilə yanaşı təşkilati sahələrə də aid olan aspektdir.
- Birgəlik - aspekti fərdi incəsənət təşkilatları və icmalar arasında ideya mübadiləsinə imkan verən aspektdir.
- Ölkəyə xaslıq - bir ölkə, region və ya kontekst üçün innovativ olan məsələ digəri üçün innovativ olmaya bilər.
İncəsənət sahəsində sahibkarlığın nə olduğunu, sahibkarların kimlər olduğunu və innovasiyanın nə üçün olduqca vacib olduğunu bildikdən sonra növbəti videoda biznes-modellərin əsaslarını və incəsənət sahəsində fəaliyyət göstərən startap layihələri üçün daimi maliyyələşdirmə mənbələrini araşdıracağıq. Daha sonra üçüncü videoda keçid, birgəlik və strateji rejimlərdə biznes planlamasının əsaslarını nəzərdən keçirəcəyik.