- “Rəqəmsal kommunikasiyalar” kursu
- "Mədəniyyət və kreativlik" kursu
-
Kommunikasiya kursu
-
Mühazirə 1. Strateji kommunikasiya prosesinin əsas prinsipləri
-
Mühazirə 2. Strateji kommunikasiya prosesinin mərhələləri
-
Mühazirə 3. Strateji kommunikasiya prosesinin əsas prinsipləri
-
Mühazirə 4. Strateji kommunikasiya prosesinin əsas elementləri
-
Mühazirə 5. Kütləvi informasiya vasitələri ilə kommunikasiya prosesləri: müvəffəqiyyət üçün tövsiyyələr
-
Əlavə resurslar
-
Test və sertifikat
-
- Təklifin hazırlanması kursu
- “Mədəniyyət strategiyası” kursu
-
-
Mühazirə 1. Təşviqat nədir və sizə necə köməklik göstərə bilər?
-
Mühazirə 2. Məsələnin təhlili və müəyyən edilməsi
-
Mühazirə 3. Xarici mühitin xəritə şəklində təsviri
-
Mühazirə 4. Lobbiçilik, təsir göstərmə və səsinizi eşitdirmə
-
Mühazirə 5. Təşviqat kampaniyasının qiymətləndirilməsi
-
TƏŞVİQAT vƏ LOBBİÇİLİK haqqında FAKTİKİ MƏLUMATLAR
-
Təşviqat potensialının qiymətləndirilməsi
-
Mütaliə üçün Əlavə Vəsaitlər
-
Test və sertifikat
-
-
"Yaradıcılıq təşkilatları üçün maliyyə imkanları" kursu
-
Mühazirə 1. Başlamadan əvvəl bilməli olduğunuz məsələlər
-
Mühazirə 2. Büdcənin hazırlanması
-
Mühazirə 3. Büdcənin dəqiqləşdirilməsi
-
Mühazirə 4. Büdcənin nağd pul vəsaitlərinin hərəkətinə çevrilməsi
-
Mühazirə 5. Mövcud layihənin maliyyə idarəetməsi
-
Mühazirə 6. Layihənin maliyyələşdirilməsi ilə əlaqədar hesabatlılıq
-
Misal
-
Faydalı link:
-
Test və sertifikat
-
- "Fandrayzinq" kursu
- Strateji Planlaşdırma Kursu
-
Marketinq haqqında onlayn kurs
-
Mühazirə 1. "Marketinq" nədir?
-
Mühazirə 2. Marketinq strategiyası
-
Mühazirə 3. Müştəriləri dinləmək
-
Mühazirə 4. Müştəri dəyərləri
-
Mühazirə 5. Marketinqin 3 M faktoru
-
Faktiki məlumatlar. Marketinqlə əlaqədar 20 əsas fakt
-
Marketinq strategiyasının səmərəliliyini təmin etmək üçün nəzarət siyahısı
-
Misallarla araşdırma Marketinqin 3 M faktoru
-
Test və sertifikat
-
-
“Yaradıcı iqtisadiyyatda dəyərin yaradılması” kursu
-
Mühazirə 1. Bazarlar və dəyər sistemləri
-
Mühazirə 2. Dəyər zəncirinin təhlil edilməsi
-
Mühazirə 3. Dəyər təklifinin hazırlanması
-
Mühazirə 4. Yüksək effektivliyə malik müəssisə konsepsiyası
-
Mühazirə 5. Layihədən məhsula
-
Mühazirə 6. Rəqəmsal dəyişikliklərə uyğunlaşma
-
Faydalı resurslar
-
Test və sertifikat
-
- "Kreativ Avropa" proqramı üzrə kurs
-
Keçidlər və maliyyə vəsaitlərinin cəlb edilməsi haqqında onlayn kurs
-
Mühazirə 1. Sahibkarlıq və innovasiya: Maliyyə vəsaitlərinin müvəffəqiyyətlə cəlb edilməsi üçün istiqamətverici amillər
-
Mühazirə 2. Yaradıcı startaplar üçün biznes-modellər və xarici maliyyələşdirmə
-
Mühazirə 3. Keçidlər: Effektiv biznes planlaması üçün katalizator
-
Oxumaq üçün əlavə resurslar və onlayn resursların linkləri:
-
Faktiki məlumatlar
-
Misallarla araşdırma
-
Test və sertifikat
-
- "Mədəniyyət jurnalistikası" kursu
Yüksək effektivlik konsepsiyasının doqquz elementi var. Yəni o, İv Pinyer və Aleks Ostervalderin hazırladığı biznes konsepsiyasının sadələşdirilmiş versiyasıdır. Yüksək effektivlik konsepsiyası problemlərlə başlayır. Problemlər sizin dəyər təklifi konsepsiyasında olan müştəri ehtiyaclarıdır.
İkincisi siz müştəri seqmentlərinə nəzər salırsınız. Yenə də qeyd etməliyəm ki, siz bu çalışmanı artıq dəyər təklifi konsepsiyasında etmisiniz.
Üçüncüsü – ortaya baxırsınız – orada unikal dəyər təklifi görünür. Burada siz dəyərinizin əslində nə olduğunu müəyyən etməlisiniz. Daha sonra aşağıda yüksək səviyyə (yüksək effektivlik) konsepsiyası durur. Burada siz kim olduğunuzu düşündüyünüzü deməlisiniz. Deyək ki, siz festivalsınız, lakin necə festival? Deyək ki, bu Adamları-heyran-qoymaq-Konsepsiyası Festivalıdır (bunu indicə kəşf etdim). Lakin siz bunu adamların məhsulunuzu, təklif etdiyiniz dəyəri dərhal başa düşməsi üçün sadə sözlərlə ifadə etmək istəyə bilərsiniz.
Daha sonra siz plan, həll yolu təklif etməlisiniz – bunun üçün xüsusi hissə var. Sonra isə kanalları verməlisiniz. Kanallar sizin unikal dəyər təklifinizi müştəri seqmentlərinə necə çatdırmağınızı ifadə edir. Burada, əlbəttə ki, gəlir axınları da var: gəliri necə əldə edirsiniz, qiymətqoyma modeliniz nədir. Gəliri necə formalaşdırırsınız? Bunun müxtəlif üsulları var. Daha sonra siz xərc strukturunu seçirsiniz. Sizin dəyəri təqdim etmək üçün çəkdiyiniz xərclər nə qədər olacaq? Bütün bunları bildikdən və bunlara nəzər saldıqdan sonra siz dəyərinizin çatdırılması üçün, bəlkə də gəlirləriniz üçün, ya da xərcləriniz üçün əsas göstəricilərinizin nə olduğunu başa düşəcəksiniz – çünki siz böyük ehtimalla xərcləri azaltmaq, gəlirləri isə artırmaq istəyəcəksiniz. Bu zaman siz əmin olmalısınız ki, müştərilərin məmnun qaldığını necə ölçmək lazım gəldiyini bilirsiniz. Sizin dəyər təklifi üçün göstəriciləriniz hansılardır?
Və son olaraq, əlbəttə ki, çox maraqlı məqam var – bu ədalətsiz üstünlükdür. Ədalətsiz üstünlük nədir? Biznes modelində sizin yamsılanması çətin olan hansısa üstünlüyünüz ola bilər. Bu o deməkdir ki, sizin ya eksklüziv ifaçınız var, yaxud sizin ticarət nişanınız, ya da buna bənzər başqa brendiniz var və ya siz musiqi festivalınızda çıxış edən musiqi qrupunu elə təşkil etmisiniz ki, bunu heç kəs təkrarlaya bilməz. Ya da siz musiqi təqvimində hər kəsin bildiyi bir tarixi götürürsünüz... misal üçün, Lvovda, bu, böyük Alfa Jazz festivalıdır. Hər kəs bilir ki, iyun ayında müəyyən istirahət günündə Lvovda böyük jazz festivalı keçirilir. Və bu, sözün hansısa mənasında ədalətsiz üstünlükdür, çünki kimsə eyni vaxtda jazz festivalı təşkil etməyə çalışsa, bu, onun üçün ədalətsizlik olacaq. Axı adamların çoxu onun təşkil etdiyi festivala yox, Alfa Jazz Festivalına gedəcək. Bu üstünlük ədalətsiz olsa da, əslində bu ədalətsiz üstünlüyə sahib olmaq ədalətlidir.
Beləcə, sizin gözləriniz önündə dəyər təklifi konsepsiyanız biznes modeli konsepsiyasına və ya yüksək effektivlik konsepsiyasına çevrilir. Müəssisənizin, ya təşkilatınızın yaratdığı dəyərin faktiki əməliyyat modelinə, biznes modelinə və qiymətqoyma modelinə necə çevrildiyini başa düşmək üçün bu çalışmanı edin.