content
III Mühazirə. Uğur amilləri 
Uğura aparan yolda bizə nə kömək edə bilər? Oxumaq, oxumaq, yenə də oxumaq...

Yalnız proqram üzrə TƏLİMATI deyil, aşağıdakıları da oxumaq:

  • Avropa 2020 – Güclü, dayanıqlı və hərtərəfli inkişaf üçün Avropa strategiyası

  • Avropanın qloballaşan dünyada mədəniyyətlə bağlı gündəliyi

  • Məlumatların yayılması üzrə platformada təkliflər, təlimatlar, uğur hekayətlərinin elanı

  • Hər kəs üçün açıq olan tədqiqatlar, hesabatlar, metodologiyalardan istifadə

Bütün bunlar sizin Aİ gündəliyini başa düşmənizə yardım edəcək.

Beləliklə, layihələr sadəcə milli maraqlar ilə bağlı olmadığı üçün siz AVROPALI KİMİ DÜŞÜNMƏLİ, AVROPA TƏCRÜBƏSİNİN ƏLAVƏ ÜSTÜNLÜKLƏRİ haqqında Avropa miqyasında düşünərək onu təsvir etməlisiniz.

Proqramın fəaliyyətinin konkret olaraq necə aparılmasını başa düşmək çox vacibdir: maliyyə vəsaitləri Brüsseldə yerləşən agentlikdən gəlir, siz digər iştirakçı ölkələrlə rəqabət aparırsınız; layihələr Aİ səviyyəsində qiymətləndirilir, beləcə, nəticələrdə milli büdcə və milli səviyyədə təsir nəzərə alınır.

Bundan başqa, siz MARAQLI VƏ İNNOVATİV İDEYALAR (innovativ heç də sizin tamamilə yeni bir şey kəşf etməli olduğunuz demək deyil, bu ideya sadəcə mövcud təcrübələrin ideal və yenilikçi vəhdətindən ibarət olmalıdır) irəli sürməlisiniz.

Lakin... Sadəcə yaxşı ideya kifayət etmir... Siz özünüzə sual verməlisiniz "Layihənizin ideyası PROQRAMIN PRİORİTETLƏRİ və istiqamətlərinə uyğundurmu?" Cavab mənfidirsə, ideyanızın mükəmməl olması sizin uğur qazanmanıza səbəb olmayacaq.

Əməkdaşlıq layihələrinin prioritetlərinə MİLLƏTLƏRARASI MOBİLLİK, AUDİTORİYANIN İNKİŞAFI VƏ SƏRİŞTƏNİN ARTIRILMASI daxildir.

Qiymətləndirmə prosesi 6 ay çəkdiyindən və layihələr 4 ilədək davam edə bildiyindən planlaşdırılma çox öncədən aparılmalıdır.

Bəs tərəfdaşlar? Bəzən tanıdığınız və etibar etdiyiniz, peşəkar və aktiv olan tərəfdaşlarla işləmək və real tərəfdaşlığa nail olmaq hər şeydən yaxşı olur. Mümkün olarsa, belə tərəfdaşların sayı tələb ediləndən çox da ola bilər.

Bundan başqa, TƏRƏFDAŞ VƏ FƏALİYYƏTLƏRİN COĞRAFİ BALANSINI təmin etməyə çalışın.

Əvvəl də qeyd etdiyimiz kimi, layihə üzrə fəaliyyətlər proqramın və layihənin vəzifə və məqsədlərinə uyğun olmalıdır. Onlar mürəkkəb, geniş, lazımlı və dəyərli olmalıdır.

Bununla yanaşı LAYİHƏNİN UZUNMÜDDƏTLİ DÖVRDƏ TƏSİRİ haqqında düşünmək və onu təsvir etmək də çox vacibdir. Layihə sona çatdıqdan sonra nə baş verəcək?

Abstrakt fikirlər yazmayın – çalışın fikrinizi mümkün qədər KONKRET VƏ AYDIN dillə ifadə edəsiniz. Xəbərdar olun ki, ekspertlərin ərizənizi nəzərdən keçirərkən tapmadıqları arqumentlər qiymətləndirmədə nəzərə alınmayacaq. Metodoloji yanaşmadan istifadə edin, SÜBUTLARA ƏSASLANAN SİYASƏT VƏ TƏDBİRLƏRDƏN yararlanın.

Məsuliyyətləri və maliyyə xərclərini tərəfdaşlarınızla paylaşın. BÜDCƏ BALANSLAŞDIRILMIŞ VƏ GƏLİRSİZ OLMALIDIR.

Büdcənin balanslaşdırılmasını təmin etmək üçün milli maliyyələşdirmə və müştərək maliyyələşdirmə imkanları axtarın.

Müvafiq xərcləri, Aİ və milli qaydalar arasındakı əlaqəni diqqətlə təhlil edin.

Yaxud kobud dillə desək, VERİN, ALIN, YA DA KƏNARDA QALIN. 

Xahiş olunur, bu kurs üçün təqdim edilən əlavə onlayn materiallara da diqqət yetirəsiniz.

Dostlara bildirmək