content
Mühazirə 3: Mədəniyyət xadimlərindən müsahibə necə götürülməlidir?
Mühazirə 3: Mədəniyyət xadimlərindən müsahibə necə götürülməlidir?
Müsahibə tematik məqalələr, Suallar və Cavablar və ya söhbətin qeydiyyatı və onlayn audio podkastlar daxil olmaqla bir çox formalarda götürülür. Müsahibə edilənlər incəsənət xadimləri, müəlliflər və mədəniyyət xadimləri, yaxud nəşriyyatçılar və ya qaleristlər kimi onlarla işləyən adamlar ola bilər.

Mədəniyyət xadimi ilə müsahibə hazırlamaq üçün ən vacib iş onun mümkün qədər çox (və mümkün qədər yeni) əsəri ilə, o cümlədən həyatı ilə tanış olmaqdır. Əvvəlki resenziyaları oxumaq və ona təsir etmiş incəsənət forması haqqında daha ətraflı məlumat almaq da hazırlığa aiddir. Siz onların işinin əsas mövzuları və inkişafı haqqında, habelə həyat və yaradıcılıqlarının xüsusiyyətləri haqqında düşünməlisiniz. Bundan başqa, siz onları tanıyan və onlarla işləmiş başqa adamlarla söhbət edə bilərsiniz.

Müsahibə düşünülmüş struktura malik olmalıdır – ən vacib suallar adətən əvvəldə verilməlidir – lakin siz müsahibinizə diqqət qulaq asmalı və söhbətin necə inkişaf etməsindən asılı olaraq strukturu dəyişməyə hazır olmalısınız. Siz onlara əsərlərinin tənqidinə cavab vermək imkanı verməlisiniz. Müsahibəni ayrıca məqalə kimi qələmə alarkən müsahibin həyat və yaradıcılığının ümumiləşdirilməsi ilə məqaləyə məzmun və tənqidin əlavə edilməsi vacibdir. Məqaləyə şəxsin əhvalını və ya görüşdüyünüz yerin atmosferini və təsvirini, incəsənət forması haqqında məlumatı və çoxlu sitatlar əlavə etməyi unutmayın.

Siz mədəniyyət xadimi ilə müsahibəni daha ətraflı məlumatlar verərək qura, dövr və ya yerin mənzərəsini verə, böyük tarixi və ya siyasi qüvvələri, yaxud incəsənət formasının inkişafını izləyə; jazz və ya "sehrli" realizm kimi sahələri, yaxud müsahibədə işlətdiyiniz arqumenti və ya etdiyiniz müzakirəni əks etdirə bilərsiniz.

 

 

Dostlara bildirmək