- “Rəqəmsal kommunikasiyalar” kursu
- "Mədəniyyət və kreativlik" kursu
-
Kommunikasiya kursu
-
Mühazirə 1. Strateji kommunikasiya prosesinin əsas prinsipləri
-
Mühazirə 2. Strateji kommunikasiya prosesinin mərhələləri
-
Mühazirə 3. Strateji kommunikasiya prosesinin əsas prinsipləri
-
Mühazirə 4. Strateji kommunikasiya prosesinin əsas elementləri
-
Mühazirə 5. Kütləvi informasiya vasitələri ilə kommunikasiya prosesləri: müvəffəqiyyət üçün tövsiyyələr
-
Əlavə resurslar
-
Test və sertifikat
-
- Təklifin hazırlanması kursu
- “Mədəniyyət strategiyası” kursu
-
-
Mühazirə 1. Təşviqat nədir və sizə necə köməklik göstərə bilər?
-
Mühazirə 2. Məsələnin təhlili və müəyyən edilməsi
-
Mühazirə 3. Xarici mühitin xəritə şəklində təsviri
-
Mühazirə 4. Lobbiçilik, təsir göstərmə və səsinizi eşitdirmə
-
Mühazirə 5. Təşviqat kampaniyasının qiymətləndirilməsi
-
TƏŞVİQAT vƏ LOBBİÇİLİK haqqında FAKTİKİ MƏLUMATLAR
-
Təşviqat potensialının qiymətləndirilməsi
-
Mütaliə üçün Əlavə Vəsaitlər
-
Test və sertifikat
-
-
"Yaradıcılıq təşkilatları üçün maliyyə imkanları" kursu
-
Mühazirə 1. Başlamadan əvvəl bilməli olduğunuz məsələlər
-
Mühazirə 2. Büdcənin hazırlanması
-
Mühazirə 3. Büdcənin dəqiqləşdirilməsi
-
Mühazirə 4. Büdcənin nağd pul vəsaitlərinin hərəkətinə çevrilməsi
-
Mühazirə 5. Mövcud layihənin maliyyə idarəetməsi
-
Mühazirə 6. Layihənin maliyyələşdirilməsi ilə əlaqədar hesabatlılıq
-
Misal
-
Faydalı link:
-
Test və sertifikat
-
- "Fandrayzinq" kursu
- Strateji Planlaşdırma Kursu
-
Marketinq haqqında onlayn kurs
-
Mühazirə 1. "Marketinq" nədir?
-
Mühazirə 2. Marketinq strategiyası
-
Mühazirə 3. Müştəriləri dinləmək
-
Mühazirə 4. Müştəri dəyərləri
-
Mühazirə 5. Marketinqin 3 M faktoru
-
Faktiki məlumatlar. Marketinqlə əlaqədar 20 əsas fakt
-
Marketinq strategiyasının səmərəliliyini təmin etmək üçün nəzarət siyahısı
-
Misallarla araşdırma Marketinqin 3 M faktoru
-
Test və sertifikat
-
-
“Yaradıcı iqtisadiyyatda dəyərin yaradılması” kursu
-
Mühazirə 1. Bazarlar və dəyər sistemləri
-
Mühazirə 2. Dəyər zəncirinin təhlil edilməsi
-
Mühazirə 3. Dəyər təklifinin hazırlanması
-
Mühazirə 4. Yüksək effektivliyə malik müəssisə konsepsiyası
-
Mühazirə 5. Layihədən məhsula
-
Mühazirə 6. Rəqəmsal dəyişikliklərə uyğunlaşma
-
Faydalı resurslar
-
Test və sertifikat
-
- "Kreativ Avropa" proqramı üzrə kurs
-
Keçidlər və maliyyə vəsaitlərinin cəlb edilməsi haqqında onlayn kurs
-
Mühazirə 1. Sahibkarlıq və innovasiya: Maliyyə vəsaitlərinin müvəffəqiyyətlə cəlb edilməsi üçün istiqamətverici amillər
-
Mühazirə 2. Yaradıcı startaplar üçün biznes-modellər və xarici maliyyələşdirmə
-
Mühazirə 3. Keçidlər: Effektiv biznes planlaması üçün katalizator
-
Oxumaq üçün əlavə resurslar və onlayn resursların linkləri:
-
Faktiki məlumatlar
-
Misallarla araşdırma
-
Test və sertifikat
-
- "Mədəniyyət jurnalistikası" kursu
Luvr muzeyi Facebook hesabı vasitəsilə 2.3 milyon istifadəçini əhatə edir.
"Google Art Project" internet platforması dünyanın istənilən guşəsindən olan insanlara ən gözəl incəsənət əsərləri ilə tanış olmaq imkanı verir.
Onlayn kraudfandinq (xalq maliyyələşdirməsi) kampaniyaları tarix və mədəniyyət abidələrinin bərpasından başlamış mükafata layiq görülən sənədli filmlərin çəkilişinə qədər bütün işlərin maliyyələşdirilməsi üçün istifadə olunmuşdur.
İfaçılar da konsertləri üçün sosial mediadan istifadə edir. Instagramın ilk ən görkəmli rəssamı hesab olunan Amaliya Ulman qadınların stereotip təsəvvürlərindən söhbət açmaq üçün sosial şəbəkə hesabında saxta həyatına aid şəkillər paylaşmışdır (https://www.instagram.com/amaliaulman/).
Layihənizin rəqəmsal kommunikasiyadan necə faydalana biləcəyini araşdıraq.
Kurs üç mövzudan ibarətdir
• Rəqəmsal strategiya
• İnternet səhifəsinin idarə edilməsi
• Sosial mediadan səmərəli istifadə
Kommunikasiya sahəsindəki cəhdlərinizdən maksimal dərəcədə faydalanmaq üçün nail olmaq istədiyiniz məqsədi və bu yolda istifadə edəcəyiniz alətləri dəqiq şəkildə müəyyən etməlisiniz.
Məhz bu səbəbdən işə rəqəmsal kommunikasiya strategiyasının işlənib hazırlanmasından başlamağınızı təkidlə tövsiyə edirəm. İlk növbədə, siz vəziyyəti təhlil etməli, məqsədləri müəyyən etməli və auditoriyanızı seçməlisiniz. Təyin etdiyiniz auditoriyanın köməyilə lazımi metod və alətləri müəyyən edə bilərsiniz.
Rəqəmsal strategiyanız sizə yardımçı olacaqdır.
• Kommunikasiya sahəsindəki cəhdlərinizin təşkilatın amal və məqsədlərinə töhfə verdiyindən əmin olun.
• Resursları planlaşdırın və bölüşdürün.
• Məlumatların ötürülməsi üzrə lazımi metodların köməyilə müvafiq auditoriyaya çatmaqla onları məlumatlandırmaq, davranış və münasibətlərini dəyişdirmək üçün kommunikasiya sahəsindəki məqsədlərinizə nail olun.
Videonun aşağısında strategiyanız üçün baza yaratmaqda sizə yardımçı olacaq bir neçə şablon tapa bilərsiniz.
Rəqəmsal strategiyanız təşkilatınızın kommunikasiya strategiyasının tərkib hissəsi olmalıdır. Strategiya mövcud deyilsə, siz onu işləyib hazırlamaq məsələsini nəzərdən keçirməlisiniz.
Təşkilatınızın işçi heyətini prosesə cəlb etməyi tövsiyə edirəm. Məsələn, həmkarlarınızın kreativ ideyalarını bölüşə bilməsi, rəhbərliyin isə onların gözləntilərini aşkar edə bilməsi üçün "beyin həmləsi" təşkil edin. Həmkarlarınızın töhfələrinə güvənməlisiniz, yalnız bu halda onlar özlərini məhsulun hazırlanması prosesinin iştirakçısı hesab edə bilər.
Strategiyanı necə işləyib hazırlamalı?
- Vəziyyəti təhlil edin: qarşılaşdığınız əsas problemlər nədən ibarətdir?
- Kommunikasiya prosesinin məqsədlərini müəyyən edin: bu proses problemləri həll etməkdə sizə necə yardımçı ola bilər?
- Hədəf auditoriyaları haqqında düşünün: hansı qrup insanlar probleminiz üçün həll yolu təklif edəcək?
- Mesajınızı və yanaşmanızı işləyib hazırlayın: insanlara hansı məlumatı ötürmək istəyirsiniz və bunu necə etməyi planlaşdırırsınız?
- Məlumatları ötürmək üçün istifadə edəcəyiniz metodu seçin: hədəf auditoriyanız məlumatlardan necə istifadə edir və ona çatmağın ən yaxşı yolu nədir?
- Yanaşmanızı sınaqdan keçirin: mesajlarınızı və ya vizual resurslarınızı real həyatda sınaqdan keçirmədən onların işə yarayıb-yaramayacağından əmin ola bilməzsiniz.
- Lazımi resursları və vaxt qrafikini özündə əks etdirən planı işləyib hazırlayın.
- Nailiyyət göstəricilərindən ibarət qiymətləndirmə mexanizmi yaradın: cədvəlin bir sütununda məqsədlər, digər sütunlarında isə hədəf auditoriyası, mesajlar, metodlar, fəaliyyətlər, vaxt qrafiki və resurslar göstərilə bilər.
- Nəticələri təhlil edin və planınıza müvafiq qaydada düzəliş edin: onlayn sorğular və statistik məlumatların təhlili sizi doğru istiqamətə yönəldəcək.