content
Mühazirə 2. Mədəniyyətin rolu
Mühazirə 2. Mədəniyyətin rolu
Mədəniyyət cəmiyyətdə bir çox funksiyalara və təzahürlərə malikdir. Bəzilərini nəzərdən keçirək.

Mədəniyyət bilikləri qoruyur və ötürür

XIX əsrin birinci yarısında Cənubi İngiltərədəki cəmiyyət həyatı haqqında bilikləri –hansı rəqslərin populyar olmasından tutmuş ənənəvi gündəlik həyata qədər məlumatları – təkcə tarix kitablarından deyil, o cümlədən Ceyn Ostinin romanlarından da əldə etmək olar. Əsrin sonundakı Londonun məişət detallarını isə Şerlok Holms haqqında kitablar seriyasında axtarmaq lazımdır.

Mədəniyyət dəyərlər və rəmzlər yaradır

Hətta saqqal da dəyər və rəmz ola bilər. Onun olmaması da. Məsələn, 1705-ci ildə öz qarşısına Rusiyanı müasirləşdirmək və Avropaya yaxınlaşdırmaq məqsədi qoymuş I Pyotr saqqal və bığ saxlamağa vergi tətbiq elədi. Üstündən demək olar ki, üç yüz il keçəndən sonra, 1999-cu ildə isə prostat vəzinin xərçəngi probleminə iictimaiyyətin diqqətini çəkmək və xeyriyyə fondu üçün vəsait toplamaq məqsədi ilə  kişilərin noyabr ayı ərzində bunun tam əksi olaraq saqqal və bığ saxladığı birinci Movember aksiyası keçirildi.  Hər iki halda bu rəmzlər mədəniyyətin sonrakı inkişafına təsir elədilər.

Mədəniyyət inkişaf elətdirir

Mədəniyyətə cəld olunma və yaradıcılıq potensialı İntibah dövrünün "universal insanı" üçün çox əhəmiyyətli idi. Bunun ən məşhur münunəsi – Leonardo da Vinçi – elmi və yazıçı fəaliyyəti ilə birlikdə incəsənətlə də məşğul olurdu.

Mədəniyyət sosial münasibətləri möhkəmlədir 

"Країна мрій" festivalı hər il 40 minə yaxın  tamaşaçı toplayır. Ukrayna mədəniyyətinin – musiqidən tutmuş dulusçuluq sənətinə qədər – ənənəvi formaları ilə tanışlıq ümummilli özünüdərkin formalaşmasına xidmət edir.

Mədəniyyət yeni tələbatlar yaradır

Enerjiyə qənaət və təbii resursların rasional istifadəsi mədəniyyəti tullantıların çeşidlənməsi və utilizasiyası infrastrukturunun yaradılması, evlərin üstündə günəş batareyalarının quraşdırılması və qənaətli elektrik nəqliyyatından istifadə olunması kimi tələbatlar yaradır. Məsələn, Tesla Motors şirkəti artıq 2017-ci ildə alıcılara 35 min dollar qiymətində elektrokar modeli təqdim edəcək, halbuki, hal-hazırda bu maşınların qiyməti 100 min dollara yaxındır.

Mədəniyyət iqtisadiyyata sərmayə qoyur

Mədəni və kreativ istehsalatların dövriyyəsi 1,3 trilyon dollar təşkil edir, onun artım sürəti isə sənaye və xidmət sahələrini qabaqlayır. Mədəni turizm dünya turizm sahəsi gəlirlərinin təqribən 40%-ni verir və son on il ərzində stabil artım nümayiş etdirir. Bütün dünya üzrə mədəniyyət məşğuliyyət və gəlirin getdikcə daha vacib mənbəyinə çevrilir. Daha ətraflıhttp://www.culturepartnership.eu/page/culture-matters

 

Mədəniyyət şəhərlərə yardım edir 

1997-ci ildə İspaniyanın şimalındakı Bilbao şəhərində Quqqenhaym muzeyi açıldı. Dizaynın orijinallığı bu yeri əyalət şəhərinə yeni nəfəs verən diqqətəlayiq, parlaq bir məkana çevirdi. Muzeyin birinci üç illik fəaliyyəti ərzində Bilbaonu ziyarət etmiş turistlər burada regional vergi şəklində 100 milyon avro(və ya 110 milyon ABŞ dolları) məbləğində vəsait qoyub getdilər. Şəhər iqtisadiyyatına memarlığın bu cür təsirini indi "Bilbao effekti" adlandırırlar.

Dostlara bildirmək