- “Rəqəmsal kommunikasiyalar” kursu
- "Mədəniyyət və kreativlik" kursu
-
Kommunikasiya kursu
-
Mühazirə 1. Strateji kommunikasiya prosesinin əsas prinsipləri
-
Mühazirə 2. Strateji kommunikasiya prosesinin mərhələləri
-
Mühazirə 3. Strateji kommunikasiya prosesinin əsas prinsipləri
-
Mühazirə 4. Strateji kommunikasiya prosesinin əsas elementləri
-
Mühazirə 5. Kütləvi informasiya vasitələri ilə kommunikasiya prosesləri: müvəffəqiyyət üçün tövsiyyələr
-
Əlavə resurslar
-
Test və sertifikat
-
- Təklifin hazırlanması kursu
- “Mədəniyyət strategiyası” kursu
-
-
Mühazirə 1. Təşviqat nədir və sizə necə köməklik göstərə bilər?
-
Mühazirə 2. Məsələnin təhlili və müəyyən edilməsi
-
Mühazirə 3. Xarici mühitin xəritə şəklində təsviri
-
Mühazirə 4. Lobbiçilik, təsir göstərmə və səsinizi eşitdirmə
-
Mühazirə 5. Təşviqat kampaniyasının qiymətləndirilməsi
-
TƏŞVİQAT vƏ LOBBİÇİLİK haqqında FAKTİKİ MƏLUMATLAR
-
Təşviqat potensialının qiymətləndirilməsi
-
Mütaliə üçün Əlavə Vəsaitlər
-
Test və sertifikat
-
-
"Yaradıcılıq təşkilatları üçün maliyyə imkanları" kursu
-
Mühazirə 1. Başlamadan əvvəl bilməli olduğunuz məsələlər
-
Mühazirə 2. Büdcənin hazırlanması
-
Mühazirə 3. Büdcənin dəqiqləşdirilməsi
-
Mühazirə 4. Büdcənin nağd pul vəsaitlərinin hərəkətinə çevrilməsi
-
Mühazirə 5. Mövcud layihənin maliyyə idarəetməsi
-
Mühazirə 6. Layihənin maliyyələşdirilməsi ilə əlaqədar hesabatlılıq
-
Misal
-
Faydalı link:
-
Test və sertifikat
-
- "Fandrayzinq" kursu
- Strateji Planlaşdırma Kursu
-
Marketinq haqqında onlayn kurs
-
Mühazirə 1. "Marketinq" nədir?
-
Mühazirə 2. Marketinq strategiyası
-
Mühazirə 3. Müştəriləri dinləmək
-
Mühazirə 4. Müştəri dəyərləri
-
Mühazirə 5. Marketinqin 3 M faktoru
-
Faktiki məlumatlar. Marketinqlə əlaqədar 20 əsas fakt
-
Marketinq strategiyasının səmərəliliyini təmin etmək üçün nəzarət siyahısı
-
Misallarla araşdırma Marketinqin 3 M faktoru
-
Test və sertifikat
-
-
“Yaradıcı iqtisadiyyatda dəyərin yaradılması” kursu
-
Mühazirə 1. Bazarlar və dəyər sistemləri
-
Mühazirə 2. Dəyər zəncirinin təhlil edilməsi
-
Mühazirə 3. Dəyər təklifinin hazırlanması
-
Mühazirə 4. Yüksək effektivliyə malik müəssisə konsepsiyası
-
Mühazirə 5. Layihədən məhsula
-
Mühazirə 6. Rəqəmsal dəyişikliklərə uyğunlaşma
-
Faydalı resurslar
-
Test və sertifikat
-
- "Kreativ Avropa" proqramı üzrə kurs
-
Keçidlər və maliyyə vəsaitlərinin cəlb edilməsi haqqında onlayn kurs
-
Mühazirə 1. Sahibkarlıq və innovasiya: Maliyyə vəsaitlərinin müvəffəqiyyətlə cəlb edilməsi üçün istiqamətverici amillər
-
Mühazirə 2. Yaradıcı startaplar üçün biznes-modellər və xarici maliyyələşdirmə
-
Mühazirə 3. Keçidlər: Effektiv biznes planlaması üçün katalizator
-
Oxumaq üçün əlavə resurslar və onlayn resursların linkləri:
-
Faktiki məlumatlar
-
Misallarla araşdırma
-
Test və sertifikat
-
- "Mədəniyyət jurnalistikası" kursu
İstəsək də, istəməsək də, xoşumuza gəlsə də, gəlməsə də, mümkün qədər çox şəxsə özümüzlə əlaqədar informasiya çatdırmaq üçün KİV-ə müraciət etməliyik. Öz xəbərimizi, rəyimizi, yaxud sadəcə təşəbbüsümüz haqqında informasiyanı jurnalistlərin gündəliyinə necə daxil edə bilərik? Bu suala cavab vermək üçün ilk növbədə "Jurnalistlərə nə lazımdır?" (təbii ki, şöhrət və puldan başqa) sualına cavab axtarmalıyıq. Jurnalistlərə auditoriyaları üçün maraqlı və / və ya faydalı olacaq xəbər lazımdır. İnsanlar adətən həyatlarının daha yaxşı və ya asan olmasını təmin edəcək, ən azı onları əyləndirəcək xəbərləri oxuyur və ya izləyirlər. Əgər müxbirlərin xəbərlərimizi yayınlamağını istəyiriksə, işlərinin mümkün qədər çox hissəsini görməliyik. Soruşa bilərsiniz ki, bunu nə üçün etməliyik? Çünki, KİV işçiləri daim vaxt baxımından təzyiq altındadır. Eyni zamanda onlar daim yeni və qeyri-adi xəbər axtarışındadır. Odur ki, gəlin, onların həyatlarını asanlaşdıraq.
KİV nümayəndələrinə hansı məlumatları təqdim etməliyik? Onlara effektiv xəbər hazırlamaq məqsədilə istifadə edə biləcəkləri informasiya təqdim edin. Onlara fakt və ya xəbər, dəlil, qonaqlar, ekspertlər və tarixçə (problemin tarixçəsinin və nə üçün vacib olduğunun izahatı) təqdim edin.
Başlanğıc üçün xəbərlərin olduğu müxtəlif media qütblərini, KİV nümayəndəsinin və ya redaktorun diqqətini cəlb edə bilməsi üçün xəbərlərin nə haqqında olmalı olduğunu anlamalıyıq. Daha əvvəl qeyd etmişdik ki, informasiya faydalı və ya maraqlı və əyləncəli olmalıdır. Əgər faydalı informasiyanı seçsək, xəbər, demək olar ki, seçilmiş ərazidə yaşayan hər kəs üçün maraqlı olacaq, indi və burada baş verəcək və gündəlik həyata dair məsələlərlə əlaqədar olacaq. Məsələn, hökumət qaz tariflərini artırıb. Bu xəbər bütün insanları maraqlandırır və ümumi mövzudadır. Hər bir orta statistik vətəndaş aylıq xərclərini planlaşdırmaq istədiyi üçün bu, mühüm və faydalı informasiyadır. Ancaq digər növ xəbərlər də mövcuddur. Bunlar ulduzlar, görkəmli və tanınmış simalar və yaxud, qeyri-ənənəvi və qeyri-adi, yaxud da uzun illər əvvəl çox uzaqda baş vermiş, hətta bu gün də stereotipləri darmadağın edən hadisələr haqqında məlumatlardır. Məsələn, bu yaxınlarda, demək olar ki, dünyanın bütün mətbuat orqanları Polşada tərk edilmiş tuneldə tapılmış nasistlərin xəzinəsi ilə dolu qatar haqqında məlumat verirdi. Bu məlumatın gündəlik məsələlərlə heç bir əlaqəsi olmasa da, o, qeyri-adidir, keçmişimizlə əlaqədardır və nasistlərin qızıllarının itdiyini iddia edən stereotipi darmadağın edir.
Xoşunuza gəlsə də, gəlməsə də, KİV bir neçə prinsipə əsaslanır: Sensasiya, gülüş, göz yaşı, seks və qalmaqal. Mətbuat səbəblərdən deyil, emosiyalardan istifadə edir. Mətbuat üçün emosional təsir çox vacib məsələdir. KİV ilk növbədə insan əlaqələrinə əsaslanır. İnsan əlaqələri isə əsasən faktlara deyil, emosiyalara əsaslanır. Növbəti olaraq, məsələn, xəbər redaktoruna, onun gördüyü işə nəzər salaq. O, çox sayda informasiyanı, ölkənin və dünyanın hər tərəfindən toplanmış yüzlərlə xəbəri nəzərdən keçirir. Və o, sadəcə adi bir insandır. O, bu məlumatların arasından nəyi seçəcəyini, xəbərin mövzusunun nə olacağını, xəbər bülleteninə nəyin daxil edilməli olduğunu necə qərarlaşdırır? Düşünməyi və anlamağı tələb edən faktların ilk baxışdan redaktorun diqqətini cəlb etməsi inandırıcı deyil. Odur ki, əgər informasiyanızı emosional şəkildə ifadə etsəniz, redaktorun diqqətini cəlb etmə ehtimalınız yüksək olacaq.
Eyni qayda müsahibələrə də aiddir. Öz mövzunuz ətrafında danışarkən nə dərəcədə ağıllı və nə qədər çox danışmağınız heç bir əhəmiyyət kəsb etmir, jurnalist danışdıqlarınızın hamısından istifadə etməyəcək. O, yalnız danışdıqlarınızın bir hissəsini götürəcək. O, darıxdırıcı, dərin cümlələrə deyil, emosional və yadda qalan ifadələrə üstünlük verəcək. Odur ki, müsahibələr zamanı, yaxud mətbuat konfranslarında rəy bildirərkən və ya sualları cavablandırarkən əsas ideya bəzəkli ifadələrlə vurğulanmalıdır. Məsələn, necə? Zarafat etmək, gülməli məsəl çəkmək, kitab və ya filmdən tanınmış bir ifadəni sitat gətirmək və ya gözəl bir metafordan istifadə etməklə. Bütün bunlar diqqəti cəlb edə bilər. Və jurnalist dediklərinizin arasından bunları öz mətninə və ya proqramına daxil etməyə üstünlük verəcək. Eyni zamanda yadda saxlayın ki, ölkənin prezidenti və ya baş naziri deyilsinizsə, nitqinizin yalnız 20 saniyəsi xəbərə daxil ediləcək. Bu, texniki tənzimləmə, audio, yaxud təsirli replika olur. Odur ki, qısa danışmağı və superfrazalardan aydın şəkildə istifadə etməyi öyrənmək vacib məsələdir.
Digər qayda sadə dildə danışmaqdır. Albert Eynşteyn deyib: "Hər şey daha sadə olmamaq şərti ilə ola biləcəyi qədər sadə olmalıdır"! KİV nümayəndələri ilə danışarkən bu qaydaya riayət etməliyik. Jurnalistin əsas vəzifəsi məsələləri auditoriyaya izah etməkdən ibarətdir. Bunun üçün o, mürəkkəb məsələləri anlaşılacaq qədər sadələşdirməlidir. Və biz bu işdə ona kömək etməliyik. İlk növbədə onlara çox sayda fakt, rəqəm, sitat, eləcə də əhvalat təqdim etməkdən yayınmalıyıq. Əsas məsələni təyin edərək təkmilləşdirməliyik. Eyni qayda reklamlara da aiddir. Əgər maşının reklamını hazırlayırıqsa, onun dəbdəbəsi, mühərriki, zərifliyi, ətraf mühit üçün faydalılığı haqqında bir reklam çarxında danışa bilmərik. Reklam mütəxəssisləri adətən bir əsas xüsusiyyəti seçib onu bütöv bir reklama çevirir. Eyni qayda mətbuat üçün hazırladığımız məlumata da aiddir. Bir əsas ideyanı irəli sürməli, onunla əlaqədar əsaslar, təsvirlər və misallar formalaşdırmalıyıq. İkinci növbədə qeyd etmək lazımdır ki, həddindən artıq peşəkar dil jurnalist və auditoriyanı sadəcə mövzudan yayındıra bilər. Əsas ideyamızı aydın, asan başa düşülən sözlərlə izah etməliyik. (Təbii ki, xüsusi peşəkar nəşr və ya proqramlar haqqında danışılan hallar istisnadır). Daha bir tövsiyyəni jurnalist ictimaiyyəti adından vermək istəyirəm. Onlar qeyd edir ki, mürəkkəb məsələləri geniş auditoriyaya izah etməyin ən yaxşı yolu nənənizə nəyisə izah etməyə çalışdığınızı təsəvvür etməkdir. Əgər həqiqətən öz sahənizdə mütəxəssissinizsə, məsələn, dünyadakı maliyyə böhranının səbəbləri, populist siyasi liderlərin meydana gəlməsi, hətta Kantian qeyri-adi şüurlu qavrayış kimi məsələləri hətta nənənizə də izah də bilərsiniz. Heç vaxt adi görünməkdən qorxmayın. Darıxdırıcı və anlaşılmaz olmaq daha böyük qəbahətdir.
Bunu bilməyən insanlar adətən çox sayda fakt təqdim edərək məlumatın yayılmasına mane olur. Onlar, necə deyərlər, meşənin ağaclardan təşkil olunduğunu görə bilmirlər. Əgər bir insan müəyyən bir sahədə məlumatlıdırsa, o, ideyasını formalaşdırıb mövzunun ən əsas məqamına aydınlıq gətirə bilər. Jurnalistlərə də məhz bunu təqdim etməlisiniz. Bundan əlavə, ifadə etdiyiniz fikir sadə və aydındırsa, sözlərinizin təhrif edilmə şansı az olacaq. Sözlərinizin kontekstindən çıxarılıb yanlış təqdim edilmə şansı az olacaq. Eyni zamanda yanlış anlaşıldığınızı və əslində tamamilə başqa bir şey demək istədiyinizi elan etməli olduğunuz vəziyyətə düşmək şansınız da azalacaq.
İndi isə gəlin, fikrimizi qısa şəkildə ifadə etmək haqqında danışaq. Biz nəhəng informasiya mübadiləsi əsrində yaşayırıq. Uzun yazılarının oxunması Pulitzer mükafatı qaliblərinin və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin, ən azı isə iqtisadiyyat və ya fizika sahəsində Nobel mükafatı qazananların üstünlüyüdür. Odur ki, fikrinizi qısa şəkildə ifadə etməyə və yalnız məsələ haqqında danışmağa çalışın. Bu mümkündür. Sadəcə bir qədər səy tələb edir. Ancaq qısa və yığcam mətn mürəkkəb bir məsələni yaxşı təqdim və izah edə bilər. Məsələn, dünya siyasətinin ən məşhur nitqlərindən biri Birləşmiş Ştatların 16-cı prezidenti Abraham Linkolnun Gettisberq Nitqi olub. Sadəcə 10 cümlə, 272 söz. 3 dəqiqədən qısa. Bu nitq Vətəndaş Müharibəsinin müasirlərinin baxışlarını kökündən dəyişib. O, öldürülənlərlə əlaqədar matəm ab-havasını aradan qaldırıb və fəxr hissinin yaranmasına səbəb olub.
Odur ki, gəlin, yuxarıda qeyd edilmiş tövsiyyələri bir daha təkrar edək:a
- Beləliklə, KİV vasitəsilə kommunikasiya zamanı daha effektiv olmaq və uğur qazanmaq üçün hər şeydən əvvəl jurnalistlərə öz işlərini görməkdə kömək etməli - onlara düzgün xəbər materialında istifadə edilmək üçün hazır informasiya təqdim etməliyik (fakt, dəlil, iştirakçıları, ekspertlər və arxa plan);
- KİV-in xəbərləri iki cür olur - faydalı və adi, unikal və yeni; mətbuatın diqqətini cəlb edə bilməsi üçün sizin informasiyanız bu xüsusiyyətlərdən birinə sahib olmalıdır.
- Mətbuat səbəblərdən deyil, emosiyalardan istifadə edir: informasiyanıza emosional don geyindirə bilsəniz, mütləq redaktorun diqqətini cəlb edəcəksiniz;
- Çıxışlarınız zamanı superfrazalardan - 20 saniyəlik aydın, açıq, emosional cümlələrdən istifadə etməyi öyrənin, bunun üçün metaforalardan, sitatlardan və zarafatlardan istifadə edin;
- Fikrinizi sadə və qısa şəkildə ifadə etməyi unutmayın, bu cür ifadələr auditoriya arasında populyar olacaq.
Kommunikasiya prosesində qorxuya yer yoxdur. Heç vaxt sərhədi keçməkdən qorxmayın. Qeyri-standart düşünün. Risk etməkdən qorxmayın. Bu, mesajınızı auditoriyanıza çatdırmağın yeganə yoludur. Daim fərqli kombinasiyalardan istifadə edin. Eynən aşpazlar kimi fərqli mətbəxləri qarışdırıb yeni və ləzzətli yeməklər təqdim edin.
Uğurlar!