content
Mühazirə 4. Birinci müqaviləyə nail olmaq
Axırıncı mərhələ hədəf təşkilatınızla görüşməkdən ibarətdir.

Nəzərə alın ki, donor təşkilatlar hər gün müraciət bombardmanı ilə üzləşir. Bir Şərq Tərəfdaşlığı ölkəsində bir qrant fonduna gündə 20 ərizə göndərilir (hətta elan edilmiş layihə müsabiqəsi olmadıqda da). Bu, sizin fəaliyyət göstərdiyiniz bazardır.

Ən yaxşı yanaşma donor təşkilatla şəxsi əlaqənin yaradılmasıdır. Bunun üçün bir qədər vaxt və bir neçə görüşün keçirilməsi tələb olunur, odur ki, birinci gündən maliyyə əldə edəcəyinizi gözləməyin. Əlaqənin yaradılması olduqca çətin ola bilər. Bunu etmək üçün yalnız konkret bir yol mövcud deyil, bir qədər davamlılıq, yaradıcılıq və şans tələb olunur.

Buna baxmayaraq, sizi hədəfə çatdıracaq bir neçə tövsiyə mövcuddur.

Bütün ideyalar çərçivəsində sizin üçün görüşün təşkil edilməsini istədiyiniz ölkədən olan vasitəçilərin xidmətindən istifadə etməyə çalışın. Bu insanlar görüşmək istədiyiniz şəxslə asan əlaqə yaratmaq imkanına malik olmalıdır. Tanışlıq qapıların açılması üçün yaxşı vasitədir.

Gəlin, başqa ölkədən olan beynəlxalq donor təşkilatdan kapital almağa çalışmaq misalına nəzər salaq.

Kəşfiyyat xarakterli səfərlə həmin ölkəyə gedərək görüş istəmək donor təşkilatla görüşməyin birbaşa üsuludur, ancaq əvvəl izah etdiyimiz səbəblərdən bir çox fond və böyük donor təşkilatla görüşmək baxımından bu üsul olduqca çətin üsuldur. Bu birinci birbaşa ilkin əlaqənin təşkilatın direktoru, yaradıcısı, sədri və ya qəyyumu tərəfindən yaradılması ən yaxşı haldır.

Bir alternativ variant da hədəf ölkədə dəyirmi masa və ya tədbirin keçirilməsidir. Bu tədbir həmin ölkədən olan konsultant və ya tərəfdaş təşkilat tərəfindən sizin adınızdan təşkil edilə bilər. Kütləni cəlb etmək üçün yüksək səviyyəli natiqdən istifadə edin. Səyahət büdcələrinin azalması və onlayn iclasların artması göstərir ki, London və ya Vaşinqtonda donor təşkilatlarda çalışan insanlar getdikcə daha az səyahət edir. Odur ki, maliyyələşdirdikləri yerlərdən gəlmiş insanlarla görüşmək onlar üçün cəlbedici haldır.

Daha ucuz variant səfər etmək yerinə potensial hədəfiniz üçün münasib vaxtda donor təşkilatın dilində canlı yayım tədbiri təşkil etmək və bunu sosial mediada elan etməkdən ibarətdir.

Bu variantlardan istənilən birindən istifadə etmək üçün donor təşkilatın hansı xüsusi məsələlərə diqqət yetirəcəyi ilə əlaqədar aydın təsəvvürə malik olmalısınız. Müzakirəniz donor təşkilatın problem olaraq gördüyü məsələlər üçün bir sıra həllər təklif etməlidir.

Yeni donor təşkilatlarla əlaqə yaratmağın digər bir yolu onların da iştirak edəcəyi konfrans və ya tədbirlərdə iştirak etməkdir. Sizin natiq olmağınıza ehtiyac yoxdur - sadəcə nümayəndə olaraq da iştirak edə bilərsiniz. Əgər nümayəndə olaraq iştirak edirsinizsə, sual-cavab hissəsində birinci sualı siz verməyə çalışın. Bu, yadda qalmaq üçün olduqca yaxşı üsuldur.

Sessiyadan sonra donor təşkilatın nümayəndələrinə yaxınlaşın, əvvəlcə haqqında danışdığı bir məsələ haqqında sual verin, yaxud da başqa bir mövzuda məsləhət istəyin. Daha sonra kartınızı və kim olduğunuzu, nə ilə məşğul olduğunuzu, eləcə də əlaqə məlumatlarınızı əks etdirən sadə bir sənəd təqdim edin. Sadə bir mesaj hazırlayın. Sizinlə ayrılıqda görüşmələrini xahiş edin. Birinci dəfə müvəffəqiyyət əldə etməyə bilərsiniz, ancaq doğru adamı tapana qədər prosesi təşkilatın müxtəlif nümayəndələri ilə təkrar edin.

Digər bir variant sizi təmsil edəcək şəxsin işə götürülməsindən ibarətdir. Bu, yarımştat iş ola bilər. Böyük paytaxtlarda (London, Vaşinqton və Brüssel) müəyyən agentlik üçün işləmiş və hələ də sizin adınızdan donor təşkilatlara yaxınlaşa biləcəkləri tədbirlərdə iştirak etmək imkanına malik olan şəxslər ola bilər. Əgər böyük məbləğdə maliyyə dəstəyi istəyirsinizsə, bu yanaşma çox sərfəlidir.

Nəhayət Avropa şəbəkəsinə qoşulub fəal üzv ola bilərsiniz. Mədəniyyət və yaradıcılıq sahəsində fəaliyyət göstərən 50-dən artıq insan var və odur ki, təşkilatınız üçün bir nəfər tapa bilərsiniz. Bunu etməklə donor təşkilatınızın fəaliyyət göstərdiyi ölkədə onun tərəfindən maliyyələşdirilmiş oxşar təşkilatla tərəfdaş olmağa və birgə layihə üzrə tərəfdaşlıq etməklə həmin donor təşkilatın maliyyələşdirməni necə həyata keçirdiyini öyrənməyə nail ola bilərsiniz.

Uğurlar! 

Dostlara bildirmək