content
Marketinq strategiyasının səmərəliliyini təmin etmək üçün nəzarət siyahısı
Marketinq strategiyasının səmərəliliyini təmin etmək üçün nəzarət siyahısı
  1. Marketinqin sadəcə reklamla əlaqədar olmadığını, bütün müəssisənin rəqib və seçilmiş bazarlara nəzərən istiqamətləndirilməsi olduğunu anlayın.

  1. Əməli marketinqdən əvvəl strateji marketinqə (marketinq əlaqələrinə) diqqət yetirin.

  1. Strateji marketinqin "böyük şəkil" olduğunu, eləcə də sahibkar və ya baş menecerlərin öhdəliyi olduğunu hamının anlamasını təmin edin. O, müəssisə üçün hansı məhsulların və hansı bazarların ən çox əhəmiyyət kəsb etməsi ilə əlaqədar qərarları əhatə edir.

  1. Əməli marketinqin (marketinq əlaqələrinin) strateji marketinqdən ayrılmasını təmin edin. Bazarlar seçildikdən sonra onları effektiv şəkildə məlumatlandırmalıyıq.

  1. Nəzərə alın ki, müştərilərlə marketinq kommunikasiyası monoloq deyil, dialoq formasında olmalıdır. Müştəriləri dinləyin və onların əks-əlaqə və ideyalarını paylaşmaları üçün yollar axtarıb tapın.

  1. Rəqabət üstünlüyünüzdən xəbərdar olun. "Hansı iş baxımından ən yaxşıyıq?" sualını deyil, "Rəqiblərimizlə müqayisədə hansı iş baxımından ən yaxşıyıq?" sualına cavab axtarın. Bu, təbii ki, zaman keçdikcə dəyişəcək, odur ki, daim nəzarət etmək lazımdır.

  1. Düzgün mesajlardan istifadə etmək və bu mesajları çatdırmaq üçün yalnız ən münasib vasitəni seçməklə hər bir bazar seqmenti ilə dəqiq əlaqə yaratmaq üçün müntəzəm şəkildə marketinqin 3 M faktorundan istifadə edin.

  1. Əgər sosial media marketinq texnikasının 3 M faktoruna əsasən ən yaxşı mühit olaraq göstərilirsə, xüsusi mesaj və bazarlar üçün yalnız ondan istifadə edin.

  1. Bütün marketinq əlaqələrində məhsulların xüsusiyyətlərinə deyil, müştəri dəyərlərinə əhəmiyyət verin. Bu, yalnız müştərilərin perspektivlərini anladığımız halda mümkündür.

  1. Yalnız "marketinq departamentinin" deyil, hamının marketinq prosesinə cəlb edilməsini təmin edin. Bazarı, rəqibləri və müştərilərin dəyişən ehtiyaclarını anlamaq bötüvlükdə müəssisə üçün vacib məsələdir və odur ki, hər kəs geniş mənada marketinq prosesinə cəlb edilməlidir.

Dostlara bildirmək