- “Rəqəmsal kommunikasiyalar” kursu
- "Mədəniyyət və kreativlik" kursu
-
Kommunikasiya kursu
-
Mühazirə 1. Strateji kommunikasiya prosesinin əsas prinsipləri
-
Mühazirə 2. Strateji kommunikasiya prosesinin mərhələləri
-
Mühazirə 3. Strateji kommunikasiya prosesinin əsas prinsipləri
-
Mühazirə 4. Strateji kommunikasiya prosesinin əsas elementləri
-
Mühazirə 5. Kütləvi informasiya vasitələri ilə kommunikasiya prosesləri: müvəffəqiyyət üçün tövsiyyələr
-
Əlavə resurslar
-
Test və sertifikat
-
- “Mədəniyyət strategiyası” kursu
- Təklifin hazırlanması kursu
-
-
Mühazirə 1. Təşviqat nədir və sizə necə köməklik göstərə bilər?
-
Mühazirə 2. Məsələnin təhlili və müəyyən edilməsi
-
Mühazirə 3. Xarici mühitin xəritə şəklində təsviri
-
Mühazirə 4. Lobbiçilik, təsir göstərmə və səsinizi eşitdirmə
-
Mühazirə 5. Təşviqat kampaniyasının qiymətləndirilməsi
-
TƏŞVİQAT vƏ LOBBİÇİLİK haqqında FAKTİKİ MƏLUMATLAR
-
Təşviqat potensialının qiymətləndirilməsi
-
Mütaliə üçün Əlavə Vəsaitlər
-
Test və sertifikat
-
-
"Yaradıcılıq təşkilatları üçün maliyyə imkanları" kursu
-
Mühazirə 1. Başlamadan əvvəl bilməli olduğunuz məsələlər
-
Mühazirə 2. Büdcənin hazırlanması
-
Mühazirə 3. Büdcənin dəqiqləşdirilməsi
-
Mühazirə 4. Büdcənin nağd pul vəsaitlərinin hərəkətinə çevrilməsi
-
Mühazirə 5. Mövcud layihənin maliyyə idarəetməsi
-
Mühazirə 6. Layihənin maliyyələşdirilməsi ilə əlaqədar hesabatlılıq
-
Misal
-
Faydalı link:
-
Test və sertifikat
-
- "Fandrayzinq" kursu
- Strateji Planlaşdırma Kursu
-
Marketinq haqqında onlayn kurs
-
Mühazirə 1. "Marketinq" nədir?
-
Mühazirə 2. Marketinq strategiyası
-
Mühazirə 3. Müştəriləri dinləmək
-
Mühazirə 4. Müştəri dəyərləri
-
Mühazirə 5. Marketinqin 3 M faktoru
-
Faktiki məlumatlar. Marketinqlə əlaqədar 20 əsas fakt
-
Marketinq strategiyasının səmərəliliyini təmin etmək üçün nəzarət siyahısı
-
Misallarla araşdırma Marketinqin 3 M faktoru
-
Test və sertifikat
-
-
“Yaradıcı iqtisadiyyatda dəyərin yaradılması” kursu
-
Mühazirə 1. Bazarlar və dəyər sistemləri
-
Mühazirə 2. Dəyər zəncirinin təhlil edilməsi
-
Mühazirə 3. Dəyər təklifinin hazırlanması
-
Mühazirə 4. Yüksək effektivliyə malik müəssisə konsepsiyası
-
Mühazirə 5. Layihədən məhsula
-
Mühazirə 6. Rəqəmsal dəyişikliklərə uyğunlaşma
-
Faydalı resurslar
-
Test və sertifikat
-
-
Keçidlər və maliyyə vəsaitlərinin cəlb edilməsi haqqında onlayn kurs
-
Mühazirə 1. Sahibkarlıq və innovasiya: Maliyyə vəsaitlərinin müvəffəqiyyətlə cəlb edilməsi üçün istiqamətverici amillər
-
Mühazirə 2. Yaradıcı startaplar üçün biznes-modellər və xarici maliyyələşdirmə
-
Mühazirə 3. Keçidlər: Effektiv biznes planlaması üçün katalizator
-
Oxumaq üçün əlavə resurslar və onlayn resursların linkləri:
-
Faktiki məlumatlar
-
Misallarla araşdırma
-
Test və sertifikat
-
- "Mədəniyyət jurnalistikası" kursu
- "Kreativ Avropa" proqramı üzrə kurs
Bu sahədə özünüzü sınamağa tərəddüd edirsinizsə, aşağıda qeyd olunan arqumentlər qərar qəbul etməyinizə kömək edəcəkdir:
-
Layihə təklifinin hazırlanması mərhələsi, adətən, konkret layihənin həyata keçirilməsi məqsədilə maliyyə vəsaitlərinin ayrılması üçün müraciət etməyinizi nəzərdə tutur. Bu isə o deməkdir ki, uğurlu təklif sizə peşəkar ideya və arzularınızı reallaşdırmaq imkanı verəcəkdir.
-
İşləyib hazırlamaq niyyətində olduğunuz layihə təkliflərinin əksəriyyəti tərəfdaşlıq komponentini özündə ehtiva edəcəkdir. Məhz bu səbəbdən müəssisənizin xarici əlaqələrinin sayını və keyfiyyətini artırmalısınız. Siz əlaqələr şəbəkəsini inkişaf etdirəcək, şöhrət və nüfuz qazanacaqsınız.
-
Layihə təklifi yalnız dahiyanə konsepsiyalarınızın məcmusu ilə kifayətlənmir. Əgər onun tərkibinə əməkdaşlıq elementi daxildirsə, o zaman o, birgə işin, vəziyyətin/mühitin dərin təhlilinin və hər bir iştirakçı ölkənin/təşkilatın prioritetlərinin nəticəsi olmalıdır. Bu səbəbdən də üzərində işləyəcəyiniz layihə daha hərtərəfli və innovativ xarakter daşıyacaq və qəbuledici tərəflərin ehtiyaclarına daha çox uyğunlaşdırılacaqdır.
BU OLDUQCA YAXŞI HALDIR.
Uğurlu layihə təklifini necə hazırlamalı?
Bir neçə mərhələdən ibarət olan prosesi diqqətinizə təqdim etmək istəyirəm.
1. ÖZÜNÜ TƏHLİL HİSSƏSİ
Özünü təhlil hissəsi real ehtiyaclarınızı, indiyə qədərki təcrübənizi, gələcəyə dair gözləntilərinizi müəyyən etməkdə sizə kömək edəcək peşəkar mühitinizin diaqnozudur.
Buna görə də özünüzə aşağıdakı sualları ünvanlamağınızı təkidlə tövsiyə edirəm:
-
Sərəncamınızda olan imkanlar hansılardır?
-
Açıq-aydın müşahidə olunan çatışmazlıq nədən ibarətdir?
-
Hansı məqamda potensial olaraq problem meydana gələ bilər?
-
Qazanc əldə etmək imkanı olacaqmı?
Bu suallar müəssisəniz, orada çalışan əməkdaşlar, yaxın tərəfdaşlarınız, əsas benefisiarlarınız və hədəf auditoriyası baxımından cavablandırılmalıdır.
2. TƏRƏFDAŞIN AXTARIŞI HİSSƏSİ
Layihənizə davamlı, səmərəli və cəlbedici xarakter qazandırmaq üçün uğurlu tərəfdaşlıq əlaqəsi yaratmalısınız. Müxtəlif sektorların (dövlət, özəl, QHT) nümayəndələri ilə əməkdaşlıq nəticəsində meydana gələcək potensial təhlükələr və üstünlüklər barədə düşünün.
Layihənizin mədəniyyətlərarası aspektini və mühitiniz üzərindəki təsirini nəzərə alın.
Uğurlu tərəfdaş tapmaq üçün hansı tərkib hissələrin təhlili zəruridir?
-
Fəaliyyət profili, əvvəlki təcrübə və cari fəaliyyətlər - məzmun haqqında məlumat
-
Ölçü, infrastruktur, maliyyə imkanları - potensial haqqında məlumat
-
Personalın səriştə və bacarıqları - peşəkarlıq səviyyəsi haqqında məlumat
-
Tərəfdaşlıq münasibətləri və əlaqələr - əməkdaşlıq bacarığı haqqında məlumat
-
İƏ və fikirlər - həyata keçirilmiş tədbirlərin keyfiyyəti haqqında məlumat
Konkret ölkə üçün xarakterik olan aşağıdakı amillərin nəzərə alınması daha məqsədəuyğun hesab olunur:
-
Əmək mədəniyyəti
-
İdarəetmə üslubu: iyerarxiya, bürokratiya və formallaşdırma
-
İnam yoxsa inamsızlıq?
-
Aşkarlıq və çeviklik
3. MÜRACİƏT FORMASI ÜZƏRİNDƏ BİRGƏ İŞ
Fərz edək ki, artıq tərəfdaş müəssisəni tapmışıq. Bəs bundan sonra nə etməliyik?
-
Təcrübəmizi, təşəbbüslərimizin miqyasını və “know-how” tipli biliklərimizi nümayiş etdirən cəlbedici layihə tərtib etməliyik. Layihənin ideyası və maliyyələşdirmə imkanları haqqında bir neçə cümlə qeyd olunmalıdır.
"Hə" cavabı alsaq, nə etməliyik?
-
Biz mümkün olduğu qədər çox sayda görüşlər və söhbətlər təşkil etməliyik.
-
Eyni dəyərləri və strateji prioritetləri bölüşməyə xüsusi diqqət yetirməliyik.
-
Təklifin hazırlanması prosesində onların iştirakını təmin etməliyik.
-
Müraciət mərhələsi ərzində və həmin mərhələ başa çatdıqdan sonra tapşırıq və vəzifələri tənzimləyən müqavilə imzalamalıyıq.