- "Kreativ Avropa" proqramı üzrə kurs
-
Keçidlər və maliyyə vəsaitlərinin cəlb edilməsi haqqında onlayn kurs
-
Mühazirə 1. Sahibkarlıq və innovasiya: Maliyyə vəsaitlərinin müvəffəqiyyətlə cəlb edilməsi üçün istiqamətverici amillər
-
Mühazirə 2. Yaradıcı startaplar üçün biznes-modellər və xarici maliyyələşdirmə
-
Mühazirə 3. Keçidlər: Effektiv biznes planlaması üçün katalizator
-
Oxumaq üçün əlavə resurslar və onlayn resursların linkləri:
-
Faktiki məlumatlar
-
Misallarla araşdırma
-
Test və sertifikat
-
- "Mədəniyyət jurnalistikası" kursu
- “Rəqəmsal kommunikasiyalar” kursu
- "Mədəniyyət və kreativlik" kursu
-
Kommunikasiya kursu
-
Mühazirə 1. Strateji kommunikasiya prosesinin əsas prinsipləri
-
Mühazirə 2. Strateji kommunikasiya prosesinin mərhələləri
-
Mühazirə 3. Strateji kommunikasiya prosesinin əsas prinsipləri
-
Mühazirə 4. Strateji kommunikasiya prosesinin əsas elementləri
-
Mühazirə 5. Kütləvi informasiya vasitələri ilə kommunikasiya prosesləri: müvəffəqiyyət üçün tövsiyyələr
-
Əlavə resurslar
-
Test və sertifikat
-
- Təklifin hazırlanması kursu
- “Mədəniyyət strategiyası” kursu
-
-
Mühazirə 1. Təşviqat nədir və sizə necə köməklik göstərə bilər?
-
Mühazirə 2. Məsələnin təhlili və müəyyən edilməsi
-
Mühazirə 3. Xarici mühitin xəritə şəklində təsviri
-
Mühazirə 4. Lobbiçilik, təsir göstərmə və səsinizi eşitdirmə
-
Mühazirə 5. Təşviqat kampaniyasının qiymətləndirilməsi
-
TƏŞVİQAT vƏ LOBBİÇİLİK haqqında FAKTİKİ MƏLUMATLAR
-
Təşviqat potensialının qiymətləndirilməsi
-
Mütaliə üçün Əlavə Vəsaitlər
-
Test və sertifikat
-
-
"Yaradıcılıq təşkilatları üçün maliyyə imkanları" kursu
-
Mühazirə 1. Başlamadan əvvəl bilməli olduğunuz məsələlər
-
Mühazirə 2. Büdcənin hazırlanması
-
Mühazirə 3. Büdcənin dəqiqləşdirilməsi
-
Mühazirə 4. Büdcənin nağd pul vəsaitlərinin hərəkətinə çevrilməsi
-
Mühazirə 5. Mövcud layihənin maliyyə idarəetməsi
-
Mühazirə 6. Layihənin maliyyələşdirilməsi ilə əlaqədar hesabatlılıq
-
Misal
-
Faydalı link:
-
Test və sertifikat
-
- "Fandrayzinq" kursu
- Strateji Planlaşdırma Kursu
-
Marketinq haqqında onlayn kurs
-
Mühazirə 1. "Marketinq" nədir?
-
Mühazirə 2. Marketinq strategiyası
-
Mühazirə 3. Müştəriləri dinləmək
-
Mühazirə 4. Müştəri dəyərləri
-
Mühazirə 5. Marketinqin 3 M faktoru
-
Faktiki məlumatlar. Marketinqlə əlaqədar 20 əsas fakt
-
Marketinq strategiyasının səmərəliliyini təmin etmək üçün nəzarət siyahısı
-
Misallarla araşdırma Marketinqin 3 M faktoru
-
Test və sertifikat
-
-
“Yaradıcı iqtisadiyyatda dəyərin yaradılması” kursu
-
Mühazirə 1. Bazarlar və dəyər sistemləri
-
Mühazirə 2. Dəyər zəncirinin təhlil edilməsi
-
Mühazirə 3. Dəyər təklifinin hazırlanması
-
Mühazirə 4. Yüksək effektivliyə malik müəssisə konsepsiyası
-
Mühazirə 5. Layihədən məhsula
-
Mühazirə 6. Rəqəmsal dəyişikliklərə uyğunlaşma
-
Faydalı resurslar
-
Test və sertifikat
-
İstehlakçılardan, müştərilərdən başlayaq. Hal-hazırda baxdığımız bir çox ekranlar, qəbul etdiyimiz çoxsaylı məzmunlar əsasında biz - istehlakçılar mədəniyyət məhsullarının istehlakı üsullarında dəyişiklik edirik. Bu, müxtəlif seqmentlərdə və bazarlarda bütün dəyər zəncirlərinə təsir göstərir.
İstifadə etdiyimiz bir-birindən fərqli planşetlər və ya telefonlar, iPhone-lar və digər smartfonlar haqqında danışmağa ehtiyac yoxdur. Biz müxtəlif üsullarla, müxtəlif vaxtlarda və vəziyyətlərdə onlardan istifadə edirik. Beləliklə, bu, təsirə məruz qalan müştərinin davranışıdır.
Rəqəmsal dəyişikliyin yaradıcılıq sahələrinin dəyər zəncirinə növbəti təsiri məlumatlara çıxış imkanının təmin edilməsidir. Məlumatlara çıxış imkanını haradan və necə əldə edirik? İnsanların - istehlakçıların faktiki olaraq istifadə etdiyi platformalar, məlumat bazaları hansıdır? Bu isə öz növbəsində mədəniyyət layihəsinin istehlakçılar üçün harada və necə əlçatan olmasına təsir göstərir. Burada söhbət təkcə davranışdan deyil, eyni zamanda yenicə dəyişikliyə məruz qalmış müştərilərin mədəniyyət məhsullarına istiqamətlənməsini təmin edən informasiya resurslarından gedir.
Üçüncü rəqəmsal dəyişiklik mədəniyyət məhsullarının istehlakı mədəniyyətində müşahidə olunan dəyişiklikdir. Əvvəllər biz kitab oxuyar və ya filmin timsalında mədəniyyət məhsulunu istehlak etmək üçün kinoteatra gedərdik, artıq hər şey bu qədər sadə deyil. Biz opera tamaşasını izləmək üçün kinoteatra gedə bilərik. Yeni teatr və balet tamaşalarının birbaşa yayımını izləmək tamamilə normal haldır. Bu, çox yaxşıdır. Yaxud biz izləmək məsələsində iddialıyıq, məsələn, TEDx. Siz bəzi insanları canlı, bəzilərini isə auditoriyada birbaşa yayım zamanı izləyirsiniz. Bu, mədəniyyət məzmununun yeni istehlak mədəniyyətidir.
Siz kitab oxumaqla yanaşı, kitabda başa düşmədiyiniz hissələri anlamaq istədiyiniz halda qadjetinizdəki, telefonunuzdakı qeydlərə ötəri nəzər salırsınız. Çap olunmuş kitabla yanaşı, telefon, smartfon da yanınızda olur və bu, fərqli mədəniyyət yaradır. Artıq avtobusda gedərkən də mədəniyyət məhsullarından istifadə etmək mümkün olmuşdur.
Dəyər zəncirinə və yaradıcı iqtisadiyyata təsir göstərən dördüncü dəyişiklik reklamdır: operatorlar, dəyər zənciri iştirakçıları müxtəlif informasiya resurslarına və məlumat bazalarına malik olan, mənsub olduqları mədəniyyəti dəyişdirən yeni müştərilərlə necə əlaqə saxlayır və bu məhsullardan necə istifadə edir? Beləliklə, reklam strategiyaları baş verən bu rəqəmsal dəyişikliyə uyğunlaşdırılmalıdır.
Bu məsələyə yenidən nəzər yetirdikdə, dəyər zənciri ideyamıza qayıtdıqda, müştərilərin dəyişdiyini, daha sonra yayılma prosesinin də dəyişikliyə məruz qaldığını, dəyər zənciri sürətlə dəyişdiyindən sənayeçilərin bu dəyişikliyə uyğunlaşmalı olduğunu, dəyər zənciri iştirakçılarının dəyişdiyini, bununla da dəyər zəncirinin parçalandığını görürük (müxtəlif platformalar haqqında düşünün; bir azdan bu məsələyə keçid edəcəyik). Sənətkarlar da dəyişikliyə uyğunlaşmalıdır və uyğunlaşır — onların bəziləri naşirlərə, distributorlara müraciət etməyərək birbaşa olaraq öz müştərilərinə yönəlir, çünki onlar öz hesabına nəşr etdirmə resurslarına malikdir və gördüyü işləri təbliğ etmək üçün bütün sosial şəbəkələrdən istifadə edir. Bu, biznesinizə, mədəniyyət təşkilatınızın və ya yaradıcılıq müəssisənizin fəaliyyət modelinə necə təsir göstərir? Bu maraqlı sual ətrafında düşünməlisiniz.
Yaradıcı iqtisadiyyatda dəyər zəncirində rəqəmsal dəyişikliyin əsas və ən bariz təzahürlərindən biri platformaların meydana gəlməsidir. Platformalar hər yerdədir. Müştərilərin necə, harada iştirak etdiyini düşünürsünüzsə — Facebook və ya digər sosial şəbəkələr, Twitter — biz hamımız buradayıq. Onlar auditoriyalara çıxış hüququna nəzarət edən çoxmilyardlı şirkətlərdir. Beləliklə, onlar bu seqmenti idarə edir.
Yayılma prosesi haqqında düşünürsünüzsə, kitabınızı hal-hazırda harada yerləşdirərdiniz? Bu auditoriyaya çatmaq istəyirsinizsə, "Amazon.com" uğurlu seçimdir. Bu isə o deməkdir ki, Amazon.com təklif etdiyiniz mədəniyyət məhsulunun arzuolunan auditoriyalara, müştərilərə çatdırılması şərtlərinə nəzarət edir və faktiki olaraq, onları diktə edə bilir.
Eynisi video oyunlara da şamil edilir: yayılma prosesinin baş verdiyi bir neçə platforma mövcuddur. Mobil tətbiqlər haqqında da düşünə bilərsiniz. Google Play, App Store — siz burada əlçatan olmalısınız, çünki əks təqdirdə, əgər mədəniyyət məhsulunuz faktiki olaraq, konkret tətbiq formasındadırsa, auditoriyalarınıza çata bilməyiniz üçün başqa yol yoxdur.
Platformalar bazarda dominantlıq edir, bu isə o deməkdir ki, biznes modeliniz həm platformaları əhatə etməli, həm də onlarla rəqabət aparmalıdır. Nə üçün əhatə etməlidir? Çünki auditoriyalar platformaları bəyənir. Auditoriya buradadır, bu isə öz-özünə reallaşan proqnoz mənasına gəlir — getdikcə daha çox insan buraya cəlb olunur, biz bu platformalardan daha rasional şəkildə istifadə etməyə başlayırıq, platformalar isə istifadəçilər ilə qarşılıqlı təsir baxımından daha effektiv xarakter kəsb edir. Odur ki, siz də burada olmalısınız.
Digər tərəfdən, siz rəqabət aparmalısınız. Çünki birbaşa ünsiyyət saxlaya bildiyiniz müştərilər sizin ən dəyərli müştərilərinizdir. Onlar informasiya bülleteninizin abunəçiləridir, proqramınızın istifadəçiləridir, fiziki mənada qarşılıqlı təsirdə olduğunuz və adlarını bildiyiniz şəxslərdir.
Odur ki, təkcə platformalar üzərində dayanmaq lazım deyil çünki platformalar dəyər zəncirinizə nəzarət edir. Platformaları deyil, idarə etdiyiniz şəxsi auditoriyanızı yaratmağın yolları haqqında düşünün.
Rəqəmsal dəyişiklik biznes-proseslərə də təsir göstərir. Məhsul yönümlü şirkətlərə istinad edərkən bu barədə danışırıq. Çünki siz məhsul yönümlü şirkət kimi fəaliyyət göstərdiyiniz təqdirdə, müxtəlif biznes proseslərə malik olursunuz: mədəniyyət məhsulunun istehsalı, onun marketinqi, satışı və satış prosesindən sonra müştərilərlə iş.
Rəqəmsal dəyişiklik bu proseslərin hamısına təsir göstərir. Marketinq — tamamilə aydındır ki, siz platformalarla işləməlisiniz (daha öncə də qeyd edildiyi kimi). Auditoriyanın diqqətini mədəniyyət məhsulunuza yönəltmək üçün auditoriyaların bu platformalara cəlb edilməsi, yeni, maraqlı formatların təbliğatı, videoların, interaktiv formatların, müxtəlif multimedia təcrübələrinin yayılması.
Söhbət mədəniyyət yönümlü biznes proseslərdən, misal olaraq, incəsənət əsərlərinin kolleksiyalarının mühafizəsi və ya muzeyfikasiyası yaxud hətta təhlili və ya rəqəmsallaşmasından gedirsə qeyd olunmalıdır ki, hal-hazırda proseslər rəqəmsallaşdırıldığından rəqəmsal sistem mövcuddur; onlar sizin istifadə etməli olduğunuz konkret metodlar, platformalar və proqram təminatıdır və bənzər marketinq cəhdləri ilə əlaqələndirilməlidir. O, dəyişikliyə uyğunlaşdırılmalıdır, biznes proseslər əlaqələndirilməlidir, analoq biznes proseslər rəqəmsal biznes proseslərə çevrilməlidir, çünki müştərilər məhz bunu istəyir və bunun axtarışındadır.
Daha sonra bütün əməliyyatlar dəyişikliklərə uyğunlaşdırılmalıdır. Artıq festivala gəlib musiqi dinləmək kifayət etmir. İnsanlar dinlədiklərinin nədən ibarət olduğunu öyrənmək üçün xüsusi proqramın olub-olmaması ilə maraqlanır. Bu proqram interaktiv və maraqlı olmalıdır, habelə, cəlbedici xarakter daşımalı, maraq doğurmalı və insanlarda istifadə etmək istəyi oyatmalıdır. Məsələn, kitab festivalında iştirak etmək niyyətindəsinizsə, obyektlərin siyahısını tərtib etmək kifayət deyil; siz tədbirdə kitabların əhatəsində olduğunuz zaman onlayn rejimdə qarşılıqlı təsirdə olmaq, müəlliflər, sənətkarlar, nəşriyyat evləri ilə əlaqə saxlamaq, habelə, burada olarkən qadjetinizdən də istifadə etmək istəyirsiniz və təşkilatçılar bu təcrübəni təmin etməlidir. Bu isə o deməkdir ki, bütün server əməliyyatları bu prosesi sadələşdirmək, onu müştərilərə müxtəlif formatlarda təqdim etmək və öz qadjetlərində ondan istifadə edə bilməsini təmin etmək üçün onlayn rejimdə əlçatan olmalıdır.
Əlbəttə ki, hal-hazırda yayılma prosesi onlayn rejimdə aparılır. Bu, platformada olmadığınız və ya şəxsi bölüşdürücü kanallara malik olmadığınız hallarda da keçərlidir. Kitab sənayesi haqqında danışırıqsa, müştərilərlə qarşılıqlı əlaqələrin idarə edilməsi sisteminizin (CRM) kitab mağazaları üzrə tərəfdaşlarınızın CRM sistemləri ilə qarşılıqlı təsirdə olub-olmadığı müəyyən edilməlidir. Bu, vacibdir. Qarşılıqlı təsir imkanı ilə bağlı problemlər mövcuddurmu? Uyğunlaşmalı olduğunuz bu rəqəmsal dəyişikliyə necə uyğunlaşdığınızı bilməyiniz çox vacibdir.
Daha sonra isə əlbəttə ki, biznes modellərə diqqət yetirməlisiniz. Çünki hal-hazırda insanlar ödəmələri internet vasitəsilə həyata keçirir. Ola bilsin ki, onlar burada təklif etdiyiniz məhsullara görə sizə onlayn qaydada ödəniş etsinlər. Bəlkə də onlar kraudfandinq platformaları vasitəsilə pul qoya bilər — kraudfandinqin necə işlədiyini göstərən çoxsaylı modellər və üsullar mövcuddur. İstinad edə və əlavə məlumat əldə edə biləcəyiniz bəzi keçid linklərini aşağıda tapa bilərsiniz. Hal-hazırda kraudfandinq üçün istifadə edə biləcəyiniz çoxsaylı müxtəlif platformalar və bir-birindən fərqli metodlar mövcuddur. Siz bəzi kraudfandinq tədbirləri əsasında biznes modelinizə düzəliş edə bilərsiniz.
Rəqəmsal dəyişiklik mədəniyyət təşkilatlarının və yaradıcılıq müəssisələrinin biznes proseslərinin hamısına ciddi təsir göstərir. Təşkilatınızda rəqəmsal dəyişikliyə uyğunlaşmaq üçün ümumi plan işləyib hazırlamalısınız.
Bu kursu izlədiyinizə görə sizə minnətdaram! Ümid edirəm ki, kursu bəyəndiniz və yeni, faydalı məlumatlar əldə etdiniz. Bu videonun aşağısında bəzi faydalı məlumatları — nümunələri, materialları və faydalı keçid linklərini tapa bilərsiniz. Təşəkkürlər, xudahafiz!