- "Kreativ Avropa" proqramı üzrə kurs
-
Keçidlər və maliyyə vəsaitlərinin cəlb edilməsi haqqında onlayn kurs
-
Mühazirə 1. Sahibkarlıq və innovasiya: Maliyyə vəsaitlərinin müvəffəqiyyətlə cəlb edilməsi üçün istiqamətverici amillər
-
Mühazirə 2. Yaradıcı startaplar üçün biznes-modellər və xarici maliyyələşdirmə
-
Mühazirə 3. Keçidlər: Effektiv biznes planlaması üçün katalizator
-
Oxumaq üçün əlavə resurslar və onlayn resursların linkləri:
-
Faktiki məlumatlar
-
Misallarla araşdırma
-
Test və sertifikat
-
- "Mədəniyyət jurnalistikası" kursu
- “Rəqəmsal kommunikasiyalar” kursu
- "Mədəniyyət və kreativlik" kursu
-
Kommunikasiya kursu
-
Mühazirə 1. Strateji kommunikasiya prosesinin əsas prinsipləri
-
Mühazirə 2. Strateji kommunikasiya prosesinin mərhələləri
-
Mühazirə 3. Strateji kommunikasiya prosesinin əsas prinsipləri
-
Mühazirə 4. Strateji kommunikasiya prosesinin əsas elementləri
-
Mühazirə 5. Kütləvi informasiya vasitələri ilə kommunikasiya prosesləri: müvəffəqiyyət üçün tövsiyyələr
-
Əlavə resurslar
-
Test və sertifikat
-
- Təklifin hazırlanması kursu
- “Mədəniyyət strategiyası” kursu
-
-
Mühazirə 1. Təşviqat nədir və sizə necə köməklik göstərə bilər?
-
Mühazirə 2. Məsələnin təhlili və müəyyən edilməsi
-
Mühazirə 3. Xarici mühitin xəritə şəklində təsviri
-
Mühazirə 4. Lobbiçilik, təsir göstərmə və səsinizi eşitdirmə
-
Mühazirə 5. Təşviqat kampaniyasının qiymətləndirilməsi
-
TƏŞVİQAT vƏ LOBBİÇİLİK haqqında FAKTİKİ MƏLUMATLAR
-
Təşviqat potensialının qiymətləndirilməsi
-
Mütaliə üçün Əlavə Vəsaitlər
-
Test və sertifikat
-
-
"Yaradıcılıq təşkilatları üçün maliyyə imkanları" kursu
-
Mühazirə 1. Başlamadan əvvəl bilməli olduğunuz məsələlər
-
Mühazirə 2. Büdcənin hazırlanması
-
Mühazirə 3. Büdcənin dəqiqləşdirilməsi
-
Mühazirə 4. Büdcənin nağd pul vəsaitlərinin hərəkətinə çevrilməsi
-
Mühazirə 5. Mövcud layihənin maliyyə idarəetməsi
-
Mühazirə 6. Layihənin maliyyələşdirilməsi ilə əlaqədar hesabatlılıq
-
Misal
-
Faydalı link:
-
Test və sertifikat
-
- "Fandrayzinq" kursu
- Strateji Planlaşdırma Kursu
-
Marketinq haqqında onlayn kurs
-
Mühazirə 1. "Marketinq" nədir?
-
Mühazirə 2. Marketinq strategiyası
-
Mühazirə 3. Müştəriləri dinləmək
-
Mühazirə 4. Müştəri dəyərləri
-
Mühazirə 5. Marketinqin 3 M faktoru
-
Faktiki məlumatlar. Marketinqlə əlaqədar 20 əsas fakt
-
Marketinq strategiyasının səmərəliliyini təmin etmək üçün nəzarət siyahısı
-
Misallarla araşdırma Marketinqin 3 M faktoru
-
Test və sertifikat
-
-
“Yaradıcı iqtisadiyyatda dəyərin yaradılması” kursu
-
Mühazirə 1. Bazarlar və dəyər sistemləri
-
Mühazirə 2. Dəyər zəncirinin təhlil edilməsi
-
Mühazirə 3. Dəyər təklifinin hazırlanması
-
Mühazirə 4. Yüksək effektivliyə malik müəssisə konsepsiyası
-
Mühazirə 5. Layihədən məhsula
-
Mühazirə 6. Rəqəmsal dəyişikliklərə uyğunlaşma
-
Faydalı resurslar
-
Test və sertifikat
-
Əməkdaşlıq layihələrinin nümunəsində
MÜRACİƏT ETMƏK HÜQUQU İLƏ BAĞLI MEYARLAR
Müraciət etmək hüququ ilə bağlı meyarlardan söhbət açarkən, onları 5 əsas qrup üzrə təsnif etmək mümkündür:
1. İlk növbədə, ərizələr MÜRACİƏT ETMƏK HÜQUQU OLAN ÖLKƏLƏR tərəfindən göndərilməlidir. Yaradıcı Avropanın Avropa İttifaqının proqramı olmasına baxmayaraq, Mədəniyyət altproqramında iştirak edən ölkələrin siyahısı yalnız üzv ölkələrdən ibarət deyildir.
Müraciət etmək hüququ olan ölkələr sırasında proqrama qoşulan ölkələr, namizəd ölkələr və potensial namizədlər (Albaniya, Bosniya və Herseqovina, Makedoniya (Keçmiş Yuqoslaviya Makedoniya Respublikası), Monteneqro, Serbiya, Türkiyə) ilə yanaşı İslandiya və Norveçin də adı var.
Avropa Qonşuluq Siyasətinin əhatə etdiyi ölkələrin də proqramda iştirak edə bilməsi heç də az əhəmiyyətli deyil. Günümüzdə Gürcüstan, Moldova və Ukrayna Avropa İttifaqı ilə memorandumlar imzalamaqdadır.
Beləliklə, digər ölkələrin iştirakçı tərəfdaş olmaq ehtimalını istisna etməməklə, ümumilikdə 39 İŞTİRAKÇI ÖLKƏ var.
2. MÜRACİƏT ETMƏK HÜQUQU OLAN İDDİAÇILAR
Layihə rəhbəri və tərəfdaşlar ərizələrin təqdim edilməsi və iştirakçı portalında qeydiyyatdan keçmək üçün müəyyən edilmiş son tarixədək mədəniyyət və yaradıcılıq sektorlarında fəal iştirak etməli və ən azı 2 il ərzində hüquqi şəxs kimi fəaliyyət göstərməlidir
Fiziki şəxslər qrant almaq üçün müraciət edə bilməzlər.
3. MÜRACİƏT ETMƏK ÜÇÜN MÜVAFİQ OLAN LAYİHƏLƏR
Layihənin miqyası, ehtiyacları, xarakteri, məqsədləri və prioritet istiqamətlərindən asılı olaraq, iddiaçılar Kateqoriya 1 - Nisbətən kiçik miqyaslı əməkdaşlıq layihələri və ya Kateqoriya 2 - Nisbətən irimiqyaslı əməkdaşlıq layihələri üzrə müraciət etmək üçün seçim etməli olacaqlar.
Nisbətən kiçik miqyaslı layihələr layihə rəhbəri və Yaradıcı Avropa – Mədəniyyət Altproqramında iştirak etmiş ən azı 3 müxtəlif ölkədə hüquqi şəxs qismində qeydiyyatdan keçmiş ən azı 2 digər tərəfdaşı əhatə etməlidir. Kiçik miqyaslı layihələr Avropa İttifaqından müvafiq büdcənin maksimum 60%-ni təşkil edən 200 000 avrodan çox olmayan məbləğdə qrant tələb etməlidirlər.
Nisbətən irimiqyaslı layihələrə layihə rəhbəri və Mədəniyyət Altproqramında iştirak etmiş ən azı 6 müxtəlif ölkədə hüquqi şəxs qismində qeydiyyatdan keçmiş ən azı 5 digər tərəfdaş cəlb olunmalıdır.
Avropa İttifaqının qrantının məbləği müvafiq büdcənin maksimum 50%-ni təşkil edən 2 000 000 avrodan çox etməlidirlər.
Hər iki halda, layihə rəhbəri və ya tərəfdaşlardan biri Avropa İttifaqı yaxud Avropa İqtisadi Ərazisinə daxil olan ölkədə hüquqi şəxs kimi qeydiyyatdan keçməlidir;
4. MÜRACİƏT ETMƏK HÜQUQU İLƏ BAĞLI MEYARLARIN ƏHATƏ ETDİYİ FƏALİYYƏT İSTİQAMƏTLƏRİ
Təklif olunan fəaliyyət istiqamətləri proqramda müəyyən olunmuş məqsəd və prioritetlərə nail olmağı nəzərdə tutmalıdır. Proqram əsasən millətlərarası mobillik, auditoriyanın inkişafı və səriştənin artırılması, potensialın gücləndirilməsi (xüsusilə, rəqəmsallaşdırma, yeni biznes modelləri və təhsil və təlim sahəsində) üzərində işləyən əməkdaşlıq layihələrinin dəstəklənməsinə yönəldilmişdir.
Xüsusilə audiovizual sektorlara həsr olunmuş fəaliyyət istiqamətləri Mədəniyyət altproqramının əhatə dairəsinə daxil deyil.
5. MÜRACİƏT ETMƏK ÜÇÜN SON TARİX
İrimiqyaslı layihələr üçün fəaliyyətlər iyun ayından, nisbətən kiçik miqyaslı əməkdaşlıq layihələri üçün fəaliyyətlər isə may ayından başlamalı və hər iki halda dekabr ayınadək davam etməlidir.
Layihələr ən uzun müddət olaraq 48 ay ərzində davam edə bilər.