- “Rəqəmsal kommunikasiyalar” kursu
- "Mədəniyyət və kreativlik" kursu
-
Kommunikasiya kursu
-
Mühazirə 1. Strateji kommunikasiya prosesinin əsas prinsipləri
-
Mühazirə 2. Strateji kommunikasiya prosesinin mərhələləri
-
Mühazirə 3. Strateji kommunikasiya prosesinin əsas prinsipləri
-
Mühazirə 4. Strateji kommunikasiya prosesinin əsas elementləri
-
Mühazirə 5. Kütləvi informasiya vasitələri ilə kommunikasiya prosesləri: müvəffəqiyyət üçün tövsiyyələr
-
Əlavə resurslar
-
Test və sertifikat
-
- Təklifin hazırlanması kursu
- “Mədəniyyət strategiyası” kursu
-
-
Mühazirə 1. Təşviqat nədir və sizə necə köməklik göstərə bilər?
-
Mühazirə 2. Məsələnin təhlili və müəyyən edilməsi
-
Mühazirə 3. Xarici mühitin xəritə şəklində təsviri
-
Mühazirə 4. Lobbiçilik, təsir göstərmə və səsinizi eşitdirmə
-
Mühazirə 5. Təşviqat kampaniyasının qiymətləndirilməsi
-
TƏŞVİQAT vƏ LOBBİÇİLİK haqqında FAKTİKİ MƏLUMATLAR
-
Təşviqat potensialının qiymətləndirilməsi
-
Mütaliə üçün Əlavə Vəsaitlər
-
Test və sertifikat
-
-
"Yaradıcılıq təşkilatları üçün maliyyə imkanları" kursu
-
Mühazirə 1. Başlamadan əvvəl bilməli olduğunuz məsələlər
-
Mühazirə 2. Büdcənin hazırlanması
-
Mühazirə 3. Büdcənin dəqiqləşdirilməsi
-
Mühazirə 4. Büdcənin nağd pul vəsaitlərinin hərəkətinə çevrilməsi
-
Mühazirə 5. Mövcud layihənin maliyyə idarəetməsi
-
Mühazirə 6. Layihənin maliyyələşdirilməsi ilə əlaqədar hesabatlılıq
-
Misal
-
Faydalı link:
-
Test və sertifikat
-
- "Fandrayzinq" kursu
- Strateji Planlaşdırma Kursu
-
Marketinq haqqında onlayn kurs
-
Mühazirə 1. "Marketinq" nədir?
-
Mühazirə 2. Marketinq strategiyası
-
Mühazirə 3. Müştəriləri dinləmək
-
Mühazirə 4. Müştəri dəyərləri
-
Mühazirə 5. Marketinqin 3 M faktoru
-
Faktiki məlumatlar. Marketinqlə əlaqədar 20 əsas fakt
-
Marketinq strategiyasının səmərəliliyini təmin etmək üçün nəzarət siyahısı
-
Misallarla araşdırma Marketinqin 3 M faktoru
-
Test və sertifikat
-
-
“Yaradıcı iqtisadiyyatda dəyərin yaradılması” kursu
-
Mühazirə 1. Bazarlar və dəyər sistemləri
-
Mühazirə 2. Dəyər zəncirinin təhlil edilməsi
-
Mühazirə 3. Dəyər təklifinin hazırlanması
-
Mühazirə 4. Yüksək effektivliyə malik müəssisə konsepsiyası
-
Mühazirə 5. Layihədən məhsula
-
Mühazirə 6. Rəqəmsal dəyişikliklərə uyğunlaşma
-
Faydalı resurslar
-
Test və sertifikat
-
- "Kreativ Avropa" proqramı üzrə kurs
-
Keçidlər və maliyyə vəsaitlərinin cəlb edilməsi haqqında onlayn kurs
-
Mühazirə 1. Sahibkarlıq və innovasiya: Maliyyə vəsaitlərinin müvəffəqiyyətlə cəlb edilməsi üçün istiqamətverici amillər
-
Mühazirə 2. Yaradıcı startaplar üçün biznes-modellər və xarici maliyyələşdirmə
-
Mühazirə 3. Keçidlər: Effektiv biznes planlaması üçün katalizator
-
Oxumaq üçün əlavə resurslar və onlayn resursların linkləri:
-
Faktiki məlumatlar
-
Misallarla araşdırma
-
Test və sertifikat
-
- "Mədəniyyət jurnalistikası" kursu
1-ci addım. Strategiyaya riayət edin.
Rəqəmsal strategiya auditoriyanıza çatmaq və müvafiq hədəflərə (məsələn, Facebook, Instagram, Youtube, Linkedin, Twitter və s.) nail olmaq üçün bütün lazımi məlumatlarla sizi təmin etmişdir.
Bundan əlavə, siz kadr və maliyyə resurslarınız haqqında düşünməlisiniz. Sosial media sahəsində fəaliyyət göstərmək tam ştatlı işdir. Böyük təşkilatların rəqəmsal şöbələrində onlarla əməkdaş çalışır. Kadr və ya maliyyə çatışmazlığı problemi yaşayırsınızsa, rəqəmsal hesabların (məsələn, bəzi şablonlara riayət edən stajorlar) aparılması üçün digər kreativ üsullardan istifadə edə bilərsiniz.
2-ci addım. Plan hazırlayın.
Növbəti addım həftəlik planların işlənib hazırlanmasından ibarətdir. Bu videonun aşağısında həftəlik planın nümunəsini tapa bilərsiniz. Gündəlik olaraq siz əsas mesajlarınızı əks etdirən 3-4 paylaşım edə bilərsiniz. Ümumi qayda ondan ibarətdir ki, paylaşımların hər biri yığcam olmalı və şəkil/video ilə müşayiət olunmalıdır. İlk növbədə, siz mövcud məzmundan istifadənin mümkün olub-olmadığını, mövcud məzmun əsasında bir məzmun hazırlayacağınızı və ya tamamilə yeni bir məzmun yaradacağınızı və bu işi necə həyata keçirəcəyinizi qərarlaşdırmalısınız. Şəkilləri hansı mənbədən götürməli olduğunuzu müəyyən etməlisiniz.
3-cü addım. 75/25 qaydasından istifadə edin
Təşkilatınız ilə bağlı istənilən məlumatı (xəbərlər, fəaliyyətə çağırışlar) təqdim edərkən auditoriyanız üçün aktual xarakter daşıyan mövzu haqqında 3 mesaj paylaşmalısınız (əyləncəli və ya praktik məlumatlar). Paylaşımların ən məşhur tiplərinə aid nümunələrə nəzər salaq: siyahılar (Beş ən məşhur ...), tövsiyələr (Necə etməli...), müqayisə, intriqa, səhvlər, ... haqqında bilməli olduğunuz hər şey, rekord rəqəmlər, sosial baxımdan əhəmiyyətli məsələlər, tanınmışlar, xəbərlər, təhsil.
4-cü addım. Məzmunun aktual xarakter daşımasını təmin edin
Hər şeyi hər kəsə təqdim etməyə çalışmayın. Məzmununuzu hər bir hədəf auditoriyasına uyğunlaşdırın. Təşkilatınızın nailiyyətlərinə həsr olunmuş xəbərlər tərəfdaşlarınız üçün aktual xarakter daşıyacaq və ya uşaqlar üçün yeni proqramınız ailələr tərəfindən maraqla qarşılanacaq.
5-ci addım. İcmanız ilə qarşılıqlı əlaqədə olun
Şərhləri cavablandırın, suallar verin, ictimai rəy sorğuları keçirin və müsabiqələr təşkil edin. Əsas şərt ünsiyyətcil olmaqdır.
Təkcə məlumatları yaymaqla kifayətlənməyin, həm də izləyicilərinizlə dialoq qurun. Məlumatlar ötürülür, ünsiyyət qurulur. Auditoriyanızın ehtiyaclarını dərk edin və onların həyatını asanlaşdıran xidmətləri təmin etməyə çalışın. Məsələyə həssas yanaşın. Eyni zamanda, mənfi rəylərə cavab verməyin qaydasını müəyyən edin. Əsas taktikalardan biri emosional söhbətlər zamanı söhbəti bitirməkdir.
6-cı addım. "Bu gün" qaydasına əməl edin
İnsanlar ənənələri sevir. Auditoriyanızı paylaşımlarınızı gözləməyə sövq edin. Məsələn, bazar ertəsi günü siz vakansiyalar haqqında paylaşım edə, cümə günü isə diqqət cəlb edən bir neçə şəkil paylaşa bilərsiniz.
7-ci addım. Mövzularınızın təşviqi üçün xüsusi günlərdən istifadə edin
Bayramları və ya xüsusi günləri nəzərə alın və onların aktuallığını mövzunuz (məsələn, Beynəlxalq Muzeylər Günü) ilə əlaqələndirin.
8-ci addım. Tərəfdaşları, ictimai rəyi formalaşdıran liderləri və əməkdaşları sosial mediaya cəlb edin
Auditoriyanı genişləndirmək üçün digər bloqqerlərin və ya təşkilatların dəstəyinə ehtiyacınız var. Mümkün tərəfdaşların və ictimai rəyi formalaşdıran liderlərin siyahısını tərtib edin və bir-biriniz üçün necə faydalı ola biləcəyiniz haqqında düşünün.
İnsanlar başqaları ilə ünsiyyət qurmağa üstünlük verdiyindən gerçək insanların hesabları daha etibarlıdır və markaların hesabları ilə müqayisədə daha çox izləyici sayına malikdir. Bu səbəbdən işçi heyətinizi təşkilatınızı təşviq etməyə həvəsləndirin.
9-cu addım. Onlayn və real fəaliyyətləri birləşdirin
Onlayn vasitələr kommunikasiya sahəsindəki cəhdlərinizin tərkib hissəsidir. Şəxsi əlaqələr və ya ictimai tədbirlər auditoriyanıza çatmaqda və onu genişləndirməkdə sizə yardımçı ola bilər. Facebookdan və ya digər sosial şəbəkələrdən olan pərəstişkarlarınızla tanış olmaq üçün şəbəkə və ya klub yaradın. Xüsusi mənfəət qazandırmaq üçün əlavə, faydalı təlim və ya fəaliyyət təşkil etməyə çalışın.
10-cu addım. İnsanların real hekayələrindən istifadə edin
İnsanlar hər zaman başqalarının həyatı ilə maraqlanır. Onlara hadisələr haqqında hesabat təqdim etmək əvəzinə hekayələr danışın və texniki dildən və ya abreviaturalardan istifadə etməkdən çəkinin.