- “Rəqəmsal kommunikasiyalar” kursu
- "Mədəniyyət və kreativlik" kursu
-
Kommunikasiya kursu
-
Mühazirə 1. Strateji kommunikasiya prosesinin əsas prinsipləri
-
Mühazirə 2. Strateji kommunikasiya prosesinin mərhələləri
-
Mühazirə 3. Strateji kommunikasiya prosesinin əsas prinsipləri
-
Mühazirə 4. Strateji kommunikasiya prosesinin əsas elementləri
-
Mühazirə 5. Kütləvi informasiya vasitələri ilə kommunikasiya prosesləri: müvəffəqiyyət üçün tövsiyyələr
-
Əlavə resurslar
-
Test və sertifikat
-
- Təklifin hazırlanması kursu
- “Mədəniyyət strategiyası” kursu
-
-
Mühazirə 1. Təşviqat nədir və sizə necə köməklik göstərə bilər?
-
Mühazirə 2. Məsələnin təhlili və müəyyən edilməsi
-
Mühazirə 3. Xarici mühitin xəritə şəklində təsviri
-
Mühazirə 4. Lobbiçilik, təsir göstərmə və səsinizi eşitdirmə
-
Mühazirə 5. Təşviqat kampaniyasının qiymətləndirilməsi
-
TƏŞVİQAT vƏ LOBBİÇİLİK haqqında FAKTİKİ MƏLUMATLAR
-
Təşviqat potensialının qiymətləndirilməsi
-
Mütaliə üçün Əlavə Vəsaitlər
-
Test və sertifikat
-
-
"Yaradıcılıq təşkilatları üçün maliyyə imkanları" kursu
-
Mühazirə 1. Başlamadan əvvəl bilməli olduğunuz məsələlər
-
Mühazirə 2. Büdcənin hazırlanması
-
Mühazirə 3. Büdcənin dəqiqləşdirilməsi
-
Mühazirə 4. Büdcənin nağd pul vəsaitlərinin hərəkətinə çevrilməsi
-
Mühazirə 5. Mövcud layihənin maliyyə idarəetməsi
-
Mühazirə 6. Layihənin maliyyələşdirilməsi ilə əlaqədar hesabatlılıq
-
Misal
-
Faydalı link:
-
Test və sertifikat
-
- "Fandrayzinq" kursu
- Strateji Planlaşdırma Kursu
-
Marketinq haqqında onlayn kurs
-
Mühazirə 1. "Marketinq" nədir?
-
Mühazirə 2. Marketinq strategiyası
-
Mühazirə 3. Müştəriləri dinləmək
-
Mühazirə 4. Müştəri dəyərləri
-
Mühazirə 5. Marketinqin 3 M faktoru
-
Faktiki məlumatlar. Marketinqlə əlaqədar 20 əsas fakt
-
Marketinq strategiyasının səmərəliliyini təmin etmək üçün nəzarət siyahısı
-
Misallarla araşdırma Marketinqin 3 M faktoru
-
Test və sertifikat
-
-
“Yaradıcı iqtisadiyyatda dəyərin yaradılması” kursu
-
Mühazirə 1. Bazarlar və dəyər sistemləri
-
Mühazirə 2. Dəyər zəncirinin təhlil edilməsi
-
Mühazirə 3. Dəyər təklifinin hazırlanması
-
Mühazirə 4. Yüksək effektivliyə malik müəssisə konsepsiyası
-
Mühazirə 5. Layihədən məhsula
-
Mühazirə 6. Rəqəmsal dəyişikliklərə uyğunlaşma
-
Faydalı resurslar
-
Test və sertifikat
-
- "Kreativ Avropa" proqramı üzrə kurs
-
Keçidlər və maliyyə vəsaitlərinin cəlb edilməsi haqqında onlayn kurs
-
Mühazirə 1. Sahibkarlıq və innovasiya: Maliyyə vəsaitlərinin müvəffəqiyyətlə cəlb edilməsi üçün istiqamətverici amillər
-
Mühazirə 2. Yaradıcı startaplar üçün biznes-modellər və xarici maliyyələşdirmə
-
Mühazirə 3. Keçidlər: Effektiv biznes planlaması üçün katalizator
-
Oxumaq üçün əlavə resurslar və onlayn resursların linkləri:
-
Faktiki məlumatlar
-
Misallarla araşdırma
-
Test və sertifikat
-
- "Mədəniyyət jurnalistikası" kursu
Bu səbəbdən də izahetmə prosesinə sözün həqiqi mənasından başlamaq daha məqsədəuyğundur: "təşviqat" sözü Latın dilindəki "advocare" sözündən götürülmüşdür və sözün əsl mənasında "dəstək olmağa çağırmaq" deməkdir. Təşviqat sözünün mənşəyi qədim Roma və Yunan dövrünə gedib çıxır, həmin dövrdə hər kəs tərəfindən qəbul olunmuş natiqlər əsasən müdafiəçilər qismində çıxış edir və xüsusi olaraq kiminsə əməlini müdafiə etmək üçün nəzərdə tutulmuş nitqlər yazırdılar. Romanın ən görkəmli vəkil və müdafiəçiləri sırasında Cicero (Siseron) və Caesar (Sezar) kimi şəxsiyyətlərin adlarını qeyd edə bilərik.
Təhsil İnkişaf Akademiyasından olan Ritu R Sharma (Ritu R. Şarma) təşviqat sözünü "problemi onun həllini təmin edən və həm problem, həm də həll üzərində işləməyə dəstək verən gündəliyə daxil etmək" vasitəsi kimi izah edir. Bu anlayış mühüm bir fikri ifadə edir: Rəqəmsal və Şəbəkələşmə dövründə təşviqat fəaliyyəti yalnızca ictimai siyasətə deyil, eyni zamanda və ilk növbədə ictimai rəyə təsir etməyi nəzərdə tutur.
Dr. Sharma-nın (Doktor Şarmanın) da dediyi kimi, əksər hallarda təşviqat anlayışı başqalarının adından çıxış etmək kimi xarakterizə edilsə də, onun başlıca məqsədlərindən biri ictimaiyyətin konkret məsələ barəsində şüurluluğunu artırmaq olmalıdır.
Təşviqat fəaliyyətinin sosial fenomeninin gerçək mahiyyəti Uşaqların Xilası Fondunun təşviqat fəaliyyətinin planlaşdırılması üzrə məlumat kitabçasında olduqca aydın şəkildə izah olunur. Sözügedən kitabçada deyilir ki, "təşviqat nöqteyi-nəzərlərə, sosial münasibətlərə və idarə edən və idarə olunan qruplar arasındakı münasibətlərə təsir göstərən, eyni zamanda vətəndaş cəmiyyətini möhkəmləndirən və demokratik məkan formalaşdıran sosial dəyişikliklər prosesidir". Təşəbbüslərin yerinə yetirilməsi məqsədilə təşviqat fəaliyyəti üçün səylərin koordinasiyası, strateji düşüncə, informasiya, kommunikasiya, təbliğat və mobilizasiya tələb olunur.
Mahiyyətinin olduqca geniş mənada ifadə olunmasına baxmayaraq, təşviqat anlayışı insanların şüurunda kök salmış bir sıra miflər və yanlış fikirlər ilə müşayiət olunur: Onların sırasında ən çox rast gəlinənləri aşağıdakılardır:
-
Təşviqat fəaliyyəti yalnız peşəkar lobbiçilər üçün nəzərdə tutulmuşdur - aydındır ki, mahiyyət etibarilə, təşviqat - ictimai xarakterli bir fəaliyyət olduğu təqdirdə, lobbiçilik - gizli fəaliyyətdir.
-
Təşviqat dedikdə, səsgücləndirici (meqafon) götürüb küçə boyunca gəzmək yaxud nümayişdə və ya etiraz mitinqində rast gəlinən qarışıqlıq başa düşülür - Bu mif müxtəlif anlayışları özündə birləşdirir - mitinqlər bəzən yerinə düşən, lakin hər zaman effektiv təşviqat vasitəsi hesab olunmayan fəallıq formasıdır.
-
Təşviqat anlayışı maliyyə vəsaitlərinin cəlb edilməsi yaxud xeyriyyə məqsədi üçün ianələrin verilməsi ifadələri ilə eynilik təşkil edir. - Daha öncə də qeyd etdiyimiz kimi, təşviqat fəaliyyəti yalnızca vəsait yığımı hesabına nail olunması qəti surətdə mümkün olmayan sosial dəyişikliyin tətbiqini nəzərdə tutur. Sosial dəyişikliyə əsasən kiçik həcmli maliyyə vəsaitləri hesabına nail olunur yaxud bəzən bunun üçün demək olar ki, heç bir vəsait tələb olunmur.
-
Təşviqat çox vaxt aparır, təşviqat fəaliyyətinə qoşulmaq üçün zamanım yoxdur. - Əslində isə təşviqat mürəkkəb və çox vaxt aparan bir proses deyil - əksinə, düzgün şəkildə planlaşdırılmış və təşkil edilmiş bir kampaniyadır və az sayda insandan böyük addımlar atmağı deyil, çoxsaylı insanlardan kiçik addımlar atmağı tələb edir.
-
Təşviqat fəaliyyəti bütünlüklə "siyasət"ə həsr olunur (mənfi mənada) - Təşviqat siyasi (məsələn, qanunvericiliyin müəyyən hissəsinin lobbiləşdirilməsi) xarakter daşıya bilər, lakin əksər hallarda o, öz fikirini ifadə etmək hüququna malik olmayan şəxslərin adından çıxış etməyə yönəlmiş sosial və intellektual xarakterli bir fəaliyyət hesab olunur.
İlk video dərsimizdə təşviqatın mənasını, onun mahiyyətini və məqsədini müzakirə etdik, habelə, onun haqqında geniş yayılmış miflərin bəzilərini aradan qaldırdıq.
Beləcə öyrəndik ki, təşviqat prosesi siyasət və təcrübələrdə dəyişiklik etmək, müəssisələrdə islahat aparmaq, idarə edən və idarə olunan qruplar arasındakı münasibətləri, habelə baxışları və davranışları dəyişdirmək və layihəmizə daha güclü təsir göstərmək məqsədilə istifadə edilən üsul və ya yanaşma kimi xarakterizə olunur. Növbəti video dərsimizdə və hazırkı kursun sonuna qədər biz təşviqat prosesinin müxtəlif mərhələlərini dərindən tədqiq etməklə, təşviqat kampaniyasının layihələndirilməsi prosesini nəzərdən keçirəcəyik.