content
Mühazirə 3. Keçidlər: Effektiv biznes planlaması üçün katalizator
Bu videoda yeni incəsənət təşkilatı yaratmaq üçün biznes-planın əsas strukturunu və kontentini tədqiq edəcəyik. Keçid birgəlik rejimində əməkdaşlıq imkanlarına nəzər salacağıq.

Biznes-plan strategiya, eləcə də beynəlxalq incəsənət müəssisəsinin bütün funksional hissələri haqqında kifayət qədər məlumat təmin edən ətraflı sənəddir. Biznes-planlar uzunluqlarına görə müxtəlif - cəmi bir neçə səhifədən bir neçə fəsilə qədər ola bilər. Biznes-plan dörd əsas nöqteyi-nəzəri əks etdirəcək şəkildə yazılmalıdır:

  • Sahibkar nöqteyi-nəzəri: bu plan sahibkarlar üçün cəlbedicidirmi, səylərimizə, məqsədlərimizə və bacarıqlarımıza uyğundurmu?

  • Müştəri / auditoriya nöqteyi-nəzəri: müəyyən yaradıcı məhsul və ya xidməti alacaq, onlarda iştirak edəcək, onları görəcək, onlara pul və vaxt sərf edəcək insanlar kimlərdir?

  • İnvestor nöqteyi-nəzəri. Xarici investor nə üçün yeni biznesə qoşulmalıdır?

  • Partnyor nöqteyi-nəzəri. Əməkdaşlar və xarici ortaqların yeni müəssisəmizə qoşulmaqla əldə edəcəkləri qazanc nə olacaq?

Yeni incəsənət müəssisəsi üçün biznes-planın ümumi strukturunu dörd əsas hissəyə bölə bilərik. Bu hissələri incəsənət sahəsində beynəlxalq sahibkarlıq və incəsənət sahəsində strateji idarəetmə haqqındakı kitablarımda ətraflı şəkildə qeyd etmişəm. https://www.amazon.com/Strategic-Management-Arts-Lidia-Varbanova/dp/0415530032, https://www.amazon.com/International-Entrepreneurship-Arts-Lidia-Varbanova/dp/1138844357

  • Giriş hissəsi: Bu hissə xülasədən və incəsənət müəssisəsinin - onun missiyasının, proqnozlarının, məqsədlərinin, proqram sahələrinin, rəqabət baxımından üstünlüyünün və unikallığının, təklif edilən mədəni məhsul və xidmətlərin, eləcə də gələcək iş istiqamətlərinin qısa təqdimatından ibarət olur.

  • Analitik hissə: Bu hissə biznes imkanlarının və ya sosial imkanların təyin edilməsi daxil olmaqla makro və mikro xarici mühitin araşdırılması nəticələri ilə əlaqədar kifayət qədər material təmin edir. Sahənin və bazarın araşdırılmasının nəticəsi rəqabət səviyyəsini, daxil olmaqla əlaqədar maneələri və potensial bazarın seqmentasiyasını təyin edir.

  • Konseptual hissə: Bu hissə incəsənət müəssisəsi yaratmaqla əlaqədar imkanların, əsas səbəblərin və motivasiyanın təsvirini, eləcə də xarici trendlərə, imkanlara və ya ehtiyaclara uyğun gələn ideyanın tam şərhini əhatə edir.

  • Əməli hissə: Bu hissə yaradıcılıq prosesinin idarə edilməsi, insanların idarə edilməsi, marketinq, maliyyə və başqa daxili funksiyalar kimi yaradıcılıq və biznes əməliyyatları ilə əlaqədar əsas funksional sahələri əhatə edir.

Bu videonun ikinci hissəsi incəsənət sahəsində güclü innovativ ideyalar və yeni biznes-modellər mənbəyi olan keçidlər və əməkdaşlıq strategiyaları haqqındadır. İncəsənət sahəsində keçid və birgəlik rejimində biznes-planların işlənib hazırlanması daha yüksək səmərəliliklə müşayiət olunur.

Keçidlər

21-ci əsrdə incəsənət və mədəniyyət layihələrinin və təşkilatlarının gücü, onların təsiri və uğurlu biznes-modellər incəsənət və yaradıcılığın sərhədlərini aşır və artıq başqa sahələrin qolları və ictimai sahələrlə əlaqədardır. "Keçidlər" incəsənət formaları və yaradıcılıq biznesinin qolları arasındakı, eləcə də incəsənət və mədəniyyət sahəsi ilə kommersiya təşkilatları, texnologiya şirkətləri, şəhər planlaması və inkişafı, təhsil və tədris müəssisələri, stabillik məsələləri ilə məşğul olan təşkilatlar və s. kimi başqa sektorlar arasındakı sektorlararası təcrübələrə əsaslanır. Bu keçid əməkdaşlıq formalarının bəzilərinin mahiyyətinə və faydalarına nəzər salacağıq.

  • Yaradıcılıq biznesinin qolları arasında keçidlər

Yaradıcılıq sahələrinin gözəlliyi bir-biri ilə əlaqədar olmalarıdır və incəsənət sahəsində bir çox biznes-model bu əlaqəliliyə əsaslanır. Məsələn, "Harri Potter" kitabı əsasında film çəkilib, kompüter oyunları, oyuncaq fiqurlar, moda, dizayn yaradılıb və s. Sektorlararası əməkdaşlıq yeni bilik kombinasiyaları üçün imkanlar təklif edir, yeni məhsulların meydana gəlməsinə imkan verir, biznes məqsədlərinə, eyni zamanda sosial məqsədlərə malik olan, eləcə də sifarişçi və müştərilərə daha yaxşı xidmət göstərən yeni şirkət üçün mənbəyə çevrilir. Qeyd etmək lazımdır ki, yaradıcılıq sahələrinin inkişafı rayon və ya şəhərin iqtisadi inkişafına təsir edir, məsələn, mədəniyyət festivalı otel zəncirlərinin, nəqliyyat xidmətlərinin, yerli restoranların və s. inkişafı üçün katalizator rolunu oynayır. Bu, bəzən mədəniyyət və incəsənətin "yayılma" effekti"incəsənət və yaradıcılıq sahələrindəki fəaliyyətlərin konsepsiyalar, ideyalar, bacarıqlar, biliklər və müxtəlif kapital tipləri vasitəsilə məkanlara, cəmiyyətə və ya iqtisadiyyata getdikcə daha çox təsir etdiyi proses" adlanır.

  • İncəsənət, bizneslər və təhsil müəssisələri arasında əməkdaşlıq

Bu cür əməkdaşlığa misal olaraq startap sahibkarları üçün inkubator və akseleratorları göstərmək olar. İnkubatorlar qeyri-kommersiya təşkilatı və ya universitetlə əlaqədar olduğu və bu halda məhsulun pula çevrilməsi üçün bir neçə il tələb olunduğu halda akseleratorlar ideyanı kommersiya məqsədli məhsula çevirməyin sürətli üsuludur. Adətən akseleratorlar müəllim və ya təlimatçıların startap şirkətinin səhmləri qarşılığında xidmət, yer və informasiya verdiyi yüksək inkişaf potensialına malik startaplar axtarır.

  • İncəsənət, tədqiqat və texnologiya arasında keçidlər

Yaradıcı qruplar bu əməkdaşlığın formalarından biridir. Bu termin ümumi istehsal prosesini optimallaşdırmaq və yaradıcılıq məhsullarını yaymaq məqsədilə resursları birləşdirmək yolu ilə yaradıcılıq sahələrində fəaliyyət göstərən təşkilatların coğrafi konsentrasiyası ilə əlaqədardır. Yaradıcı qruplar mədəniyyət və incəsənəti tədqiqat, elm, texnologiya, ətraf mühit, biznes və başqa sahələrə tətbiq etməyə kömək edirlər. Yaradıcı qruplar yeni əlaqələr və yeni ittifaqlar yaratdığı, spesifik məkanlarda resursların axtarılmasına kömək etdiyi, eləcə də ehtiyacları və imkanları, eyni zamanda maneələri və riskləri ümumi olan təşkilatların güclərini birləşdirdiyi üçün vacib əməkdaşlıq formasıdır.

  • İncəsənət və sosial sahələr arasında keçidlər

İncəsənət və yaradıcılıq vasitəsilə yeni ideyalar yarada, yeni təsəvvürlər formalaşdıra və onlara ilham verə, eləcə də tənqidi düşüncəyə təkan verə bildiyimiz üçün cəmiyyətdəki əksər düşüncə tərzlərini dəyişdirə bilərik. İncəsənət gündəlik həyatımızda bizə təsir edən, məsələn, sosial ədalət, ekologiya, ictimai sağlamlıq, narkotika istifadəsi, işsizlik və bir çox başqa problemlərlə əlaqədar məlumatlılığı artırmaq yolu kimi də istifadə edilə bilər. İncəsənət sosial dəyişiklikləri asanlaşdırmaq və bu prosesdə iştirak etmək üçün düşünülmüş cəhdə çevrilir. Müvafiq sahələrə incəsənət və musiqi terapiyası, mədəniyyət və stabillik daxildir.

  • İncəsənət, mədəniyyət və şəhərin ümumi inkişafı arasında keçidlər

21-ci  əsrdə şəhər planlamasına inteqrasiya olunmuş yanaşma incəsənət və mədəniyyət sektoruna ayrıca sahə kimi yox, eyni zamanda şəhərin inkişaf etdirilməsi ilə əlaqədar mövcud olan, məsələn, iqtisadi inkişaf strategiyası, ətraf mühit planı, sosial plan və s. kimi digər strategiyaların ayrılmaz hissəsi kimi nəzər salır.

"Kreativ şəhər" və "Kreativ məkan yaratma" anlayışları sadəcə incəsənətlə başqa sosial və iqtisadi sahələr arasındakı qarşılıqlı əlaqələri ifadə etmir, eyni zamanda incəsənət, mədəniyyət və yaradıcılığı şəhərlərimizin stabilliyi və xoşbəxt həyatının əsası kimi qiymətləndirir.

"Kreativ şəhər" və "Kreativ məkan yaratma" konsepsiyaları arasındakı incə fərq nədən ibarətdir?

  • "Kreativ şəhər təxəyyüllə düşünməyə, plan qurmağa və hərəkət etməyə imkan verən yerdir: bu anlayışa görə ictimai sektorun rolu bunun baş tutması üçün şərait yaratmaq, bu işi asanlaşdırmaqdan ibarətdir" (Şarl Landri). Bu konsepsiyaya görə ümumiyyətlə incəsənət və mədəniyyət sektorunun və yaradıcılığın inkişafı şəhərlərimizin gələcəyi üçün vacib şərtdir.

  • Professor Ann Markyuzn qeyd edir ki: Kreativ məkan yaratma qonşuluqları canlandırmaq, iş yerlərini və fərdi investisiyaları inkişaf etdirmək strategiyasıdır. O, adi insanların gündəlik həyatlarında incəsənət təcrübələri yaşamağına imkan verir. Keçid effektlərinin aşkar hiss edildiyi bəzi kreativ məkan yaratma formalarına incəsənət rayonlarının yaradılması, ictimaiyyətin ictimai incəsənət, film festivalları, dizayn mərkəzləri və s. ilə əlaqədar olması işinin dəstəklənməsi daxildir.

Keçidlərin müxtəlif forma və modellərinin yerli, regional və beynəlxalq səviyyədə anlaşılması və tədqiq edilməsi innovativ ideyalar üçün güclü katalizatordur və partnyorların yaradıcılıq məhsulları və xidmətləri üçün maliyyələşmənin, görünənliyin, eyni zamanda sifarişçi və müştərilərin sayının artırılmasına kömək etdiyi sinergetik əməkdaşlıq rejimində biznes-plan hazırlamağın effektiv yolu hesab edilə bilər.

Dostlara bildirmək