- "Mədəniyyət və kreativlik" kursu
-
Kommunikasiya kursu
-
Mühazirə 1. Strateji kommunikasiya prosesinin əsas prinsipləri
-
Mühazirə 2. Strateji kommunikasiya prosesinin mərhələləri
-
Mühazirə 3. Strateji kommunikasiya prosesinin əsas prinsipləri
-
Mühazirə 4. Strateji kommunikasiya prosesinin əsas elementləri
-
Mühazirə 5. Kütləvi informasiya vasitələri ilə kommunikasiya prosesləri: müvəffəqiyyət üçün tövsiyyələr
-
Əlavə resurslar
-
Test və sertifikat
-
- “Mədəniyyət strategiyası” kursu
- Təklifin hazırlanması kursu
-
-
Mühazirə 1. Təşviqat nədir və sizə necə köməklik göstərə bilər?
-
Mühazirə 2. Məsələnin təhlili və müəyyən edilməsi
-
Mühazirə 3. Xarici mühitin xəritə şəklində təsviri
-
Mühazirə 4. Lobbiçilik, təsir göstərmə və səsinizi eşitdirmə
-
Mühazirə 5. Təşviqat kampaniyasının qiymətləndirilməsi
-
TƏŞVİQAT vƏ LOBBİÇİLİK haqqında FAKTİKİ MƏLUMATLAR
-
Təşviqat potensialının qiymətləndirilməsi
-
Mütaliə üçün Əlavə Vəsaitlər
-
Test və sertifikat
-
-
"Yaradıcılıq təşkilatları üçün maliyyə imkanları" kursu
-
Mühazirə 1. Başlamadan əvvəl bilməli olduğunuz məsələlər
-
Mühazirə 2. Büdcənin hazırlanması
-
Mühazirə 3. Büdcənin dəqiqləşdirilməsi
-
Mühazirə 4. Büdcənin nağd pul vəsaitlərinin hərəkətinə çevrilməsi
-
Mühazirə 5. Mövcud layihənin maliyyə idarəetməsi
-
Mühazirə 6. Layihənin maliyyələşdirilməsi ilə əlaqədar hesabatlılıq
-
Misal
-
Faydalı link:
-
Test və sertifikat
-
- "Fandrayzinq" kursu
- Strateji Planlaşdırma Kursu
-
Marketinq haqqında onlayn kurs
-
Mühazirə 1. "Marketinq" nədir?
-
Mühazirə 2. Marketinq strategiyası
-
Mühazirə 3. Müştəriləri dinləmək
-
Mühazirə 4. Müştəri dəyərləri
-
Mühazirə 5. Marketinqin 3 M faktoru
-
Faktiki məlumatlar. Marketinqlə əlaqədar 20 əsas fakt
-
Marketinq strategiyasının səmərəliliyini təmin etmək üçün nəzarət siyahısı
-
Misallarla araşdırma Marketinqin 3 M faktoru
-
Test və sertifikat
-
-
“Yaradıcı iqtisadiyyatda dəyərin yaradılması” kursu
-
Mühazirə 1. Bazarlar və dəyər sistemləri
-
Mühazirə 2. Dəyər zəncirinin təhlil edilməsi
-
Mühazirə 3. Dəyər təklifinin hazırlanması
-
Mühazirə 4. Yüksək effektivliyə malik müəssisə konsepsiyası
-
Mühazirə 5. Layihədən məhsula
-
Mühazirə 6. Rəqəmsal dəyişikliklərə uyğunlaşma
-
Faydalı resurslar
-
Test və sertifikat
-
- "Mədəniyyət jurnalistikası" kursu
- "Kreativ Avropa" proqramı üzrə kurs
-
Keçidlər və maliyyə vəsaitlərinin cəlb edilməsi haqqında onlayn kurs
-
Mühazirə 1. Sahibkarlıq və innovasiya: Maliyyə vəsaitlərinin müvəffəqiyyətlə cəlb edilməsi üçün istiqamətverici amillər
-
Mühazirə 2. Yaradıcı startaplar üçün biznes-modellər və xarici maliyyələşdirmə
-
Mühazirə 3. Keçidlər: Effektiv biznes planlaması üçün katalizator
-
Oxumaq üçün əlavə resurslar və onlayn resursların linkləri:
-
Faktiki məlumatlar
-
Misallarla araşdırma
-
Test və sertifikat
-
- “Rəqəmsal kommunikasiyalar” kursu
Büdcə həmçinin nağd pul vəsaitlərinin hərəkətinin planlaşdırılmasının başlayacağı əsası təmin edir. Büdcə və nağd pul vəsaitlərinin hərəkəti arasındakı fərq büdcənin adətən yekun məbləğləri, nağd pul vəsaitlərinin hərəkətinin isə xərclərin sərf olunacağı və ya gəlirin əldə ediləcəyi vaxt çərçivəsindəki yekun məbləği əks etdirməsidir.
Bir qayda olaraq, mədəniyyət sahəsində fəaliyyət göstərən mütəxəssislər aşağıdakı səbəblərdən biri və ya daha artığına görə büdcə hazırlamalıdırlar:
-
Menecer üçün
-
İnvestor üçün
-
Maliyyə üçün təklif vermək
-
Xərclərə görə məsuliyyəti menecerdən sizə ötürmək
Odur ki, bütün hallarda layihənin icrasına başlamadan əvvəl büdcə hazırlamalısınız. Layihə çərçivəsində görüləcək işləri təsdiq etməklə yanaşı büdcənin hazırlanması məqsədəuyğundur, belə ki, xərci haqqında heç bir təsəvvürə malik olmadığınız xidmətləri göstərəcəyinizi bildirmək mənasız hərəkətdir.
Büdcə əsasən layihənin tərkib hissəsi olan bütün fəaliyyətlərin və bu fəaliyyətlərin hər birinin dəyəri ilə əlaqədar ən yaxın fərziyyələrin siyahısından ibarət olur. Excel cədvəlləri yalnız müxtəlif hesablama və cəmləri asanlıqla daxil etmək imkanına görə bu siyahını hazırlamağın ağıllı üsulu deyil. Eyni zamanda Excel vərəqi ilə əlaqədar bütün əsas qeydləri əhatə edən yazılı sənədə də ehtiyac olacaq. Məsələn, layihə üçün xüsusi sığortaya ehtiyac ola bilər ki, bu zaman hesablanmış qiymət Excel vərəqində, qiymətin necə alınması və sığortanın əhatə etdiyi öhdəliklər haqqında ətraflı məlumat isə Word sənədində saxlanıla bilər.
Nağd vəsait ödəmədən resurs borc ala biləcəyiniz yollar mövcuddur, belə ki, partnyor təşkilat heç bir vəsait istəmədən sizə obyekt icarəyə verə bilər. Bu cür varianta ehtiyacınız olduğu təqdirdə bunu partnyorunuzla yazılı şəkildə razılaşdırmalı və Excel vərəqinə qoşulan yazılı sənəddə göstərməlisiniz.
1. Büdcə üçün hazırlıqlar
Adətən yaradıcılıq sahəsində fəaliyyət göstərən mütəxəssislər yaradıcılıq fəaliyyətlərinin dəyərini təyin etmək məsələsində kifayət qədər bacarıqlı olurlar. Məsələ marketinq, reklam və auditoriyanın cəlb edilməsi ilə əlaqədar olan başqa fəaliyyətlərin qiymətləndirilməsi ilə bağlı olduqda düzgün qərar qəbul edib-etməməklə əlaqədar narahatlıqlar meydana çıxır. Layihənin büdcəsində nəzərə alınmağı unudulan sahələr adətən elektrik təchizatı, istilik, işıqlandırma, sığorta, idarəetmə və s. ilə əlaqədar olan müxtəlif "gizli" xərclər olur.
Bu məsələdə sizə kömək etmək üçün Template 1 - budget and cashflow-də gəlir və xərc elementlərinin siyahısını təqdim etmişik. Siyahıdan istifadə etməklə layihəniz üçün münasib olan elementləri nəzərə ala bilərsiniz.
Template 2 - assets and income streams-də isə müxtəlif gəlir tiplərinin qısa izahatlarını vermişik. Belə ki, layihənizin və təşkilati gəlirinizin diversifikasiyası üçün yollar axtarırsınızsa, daha çox iş görməlisiniz!
Bu barədə düşünməyin bir digər yolu da özünüz üçün aşağıdakı diaqramı çəkmək və layihəni "yaradıcılıq yönümlü" olmaqdan "auditoriya yönümlü" olmaq istiqamətində təkmilləşdirmək prosesi ilə əlaqədar məsələlər üzərində işləmək üçün ondan istifadə etməkdən ibarətdir. Üçbucağın üçüncü təpəsindən istifadə etməklə təşkilatın məruz qalacağı hər hansı "gizli" və ya dolayı xərcləri və ya mağaza, yaxud kafe kimi fəaliyyətlər nəticəsində meydana çıxan xərcləri daxil edib-etmədiyinizi iki dəfə yoxlaya bilərsiniz.
Əlavə resurslar bölməsində xüsusi hallar üçün gəlirin diversifikasiyası məsələsinin müzakirə edildiyi müxtəlif məqalələrin linkləri verilib.
2. Gəlirin planlaşdırılması məsələsində nikbinlik və ehtiyatlılıq
Ən pis hal üçün plan hazırlasanız, uğur qazanmaq böyük problemə çevriləcək.
Layihənizin 100 faizini qrantla maliyyələşdirə bilərsiniz və ya bilməzsiniz. Qlobal səviyyədə incəsənət təşkilatlarından gəlirlərinin qalan faizini qeyri-qrant tipli mənbələrdən əldə etmək tələb olunur. Bu kurs gəlir əldə etmə bacarıqları haqqında yox, büdcə hazırlama bacarıqları haqqında olduğundan mətləbə qayıtsaq daha yaxşı olar.
Layihə çərçivəsində əldə ediləcək gəlirin planlaşdırılması zamanı aydınlıq gətirilməli olan birinci sual "Əlimizdə hansı aktivlər var və onları necə pula çevirə bilərik?" olmalıdır. Nəzərə alınmalı olan aktivlərin siyahısı Template 2 - assets and income streamsdə verilib.
İkinci sual məkanın maksimal tutumu ilə əlaqədar olmalıdır - teatr salonunda neçə yer var? Kafedə nə qədər örtük var? Mağaza ayda nə qədər satış həyata keçirir?
Bu suallara cavab verdikdən sonra layihə çərçivəsində əldə ediləcək gəlirlə əlaqədar müəyyən hədəflər təyin etməyə başlaya bilərsiniz. İdeal halda əldə ediləcək gəlirlə əlaqədar iki qiymətlər çoxluğu - marketinq, satış və sponsorluq komandaları ilə razılaşdıracağınız hədəflərinizdən ibarət nikbin qiymətlər çoxluğu hazırlamalısınız. Ancaq ayrılan qrantla layihənin xərcləri arasındakı maliyyə boşluğunu doldurmaq üçün tələb olunan minimal məbləğləri əhatə edən ehtiyatlı hədəflər çoxluğu layihənin investorlar və başqa kənar şəxslərlə danışıq zamanı göstərilən hədəfi olaraq təyin edilir.
Reallığa uyğun hədəflər təyin etmək üçün öz ölkənizdə öz fəaliyyət göstərdiyiniz sektorda sizin təşkilatınızla eyni parametrlərə malik təşkilatlar üçün norma və orta qiymətlərin necə olması haqqında təsəvvürə malik olmalısınız. Nümunə kimi təqdim etmək üçün yerli informasiya olmasa da, Birləşmiş Krallıq təşkilatlarının müqayisəli məlumatlarını təqdim edə bilərik. Template 3 - benchmark data-də beş müxtəlif ölçülü təşkilatın ümumi gəlirləri nöqteyi-nəzərindən hazırlanmış siyahısını təqdim etmişik. Bu məlumatlar cədvəllərdə verilib. Sətirlərə baxdıqda bu beş müxtəlif ölçülü təşkilatın hər biri üçün müvafiq gəlir tipinə uyğun ümumi gəlirin orta faiz nisbətini göstərdiyimizi görəcəksiniz. Məsələn, 200,000 £-dan aşağı dövriyyəsi olan təşkilatlarda şəxsi ianələr əsasında gəlirin orta faiz nisbəti 2.1% olduğu halda, dövriyyəsi 10 milyon £-dan yuxarı olan təşkilatlarda kafe və iaşə fəaliyyətləri əsasında əldə edilən gəlirin orta faiz nisbəti 13.7% olur. Bu məlumatlar təxminən 1500 qeyri-kommersiya tipli incəsənət təşkilatı haqqında gəlir və itki xarakterli maliyyə məlumatlarını özündə birləşdirən mədəniyyət bazasından götürülüb.
Odur ki, aşağıdakıları edə bilərsiniz:
-
Büdcənin kimin üçün hazırlandığını və müvafiq olaraq hansı təfərrüatlılıq səviyyəsinin münasib olduğunu qərarlaşdırmaq
-
Bu büdcənin başqalarının sizə müraciət etməsinə və ya sizin başqalarına müraciət etmənizə imkan verib-vermədiyini müəyyən etmək
-
Layihəniz üçün münasib ola biləcək mümkün gəlir tiplərindən ibarət böyük bir siyahını nəzərə almaq
-
Əlinizdə olan aktivləri nəzərdən keçirmək və onları gəlirə çevirmə yollarını düşünmək
-
Birləşmiş Krallığın müxtəlif ölçülü təşkilatlarının müxtəlif tip gəlirlərinin orta səviyyələri arasındakı fərqləri nəzərdən keçirmək
-
Layihəniz üçün gəlir hədəfləri təyin etmək