- “Rəqəmsal kommunikasiyalar” kursu
- "Mədəniyyət və kreativlik" kursu
-
Kommunikasiya kursu
-
Mühazirə 1. Strateji kommunikasiya prosesinin əsas prinsipləri
-
Mühazirə 2. Strateji kommunikasiya prosesinin mərhələləri
-
Mühazirə 3. Strateji kommunikasiya prosesinin əsas prinsipləri
-
Mühazirə 4. Strateji kommunikasiya prosesinin əsas elementləri
-
Mühazirə 5. Kütləvi informasiya vasitələri ilə kommunikasiya prosesləri: müvəffəqiyyət üçün tövsiyyələr
-
Əlavə resurslar
-
Test və sertifikat
-
- Təklifin hazırlanması kursu
- “Mədəniyyət strategiyası” kursu
-
-
Mühazirə 1. Təşviqat nədir və sizə necə köməklik göstərə bilər?
-
Mühazirə 2. Məsələnin təhlili və müəyyən edilməsi
-
Mühazirə 3. Xarici mühitin xəritə şəklində təsviri
-
Mühazirə 4. Lobbiçilik, təsir göstərmə və səsinizi eşitdirmə
-
Mühazirə 5. Təşviqat kampaniyasının qiymətləndirilməsi
-
TƏŞVİQAT vƏ LOBBİÇİLİK haqqında FAKTİKİ MƏLUMATLAR
-
Təşviqat potensialının qiymətləndirilməsi
-
Mütaliə üçün Əlavə Vəsaitlər
-
Test və sertifikat
-
-
"Yaradıcılıq təşkilatları üçün maliyyə imkanları" kursu
-
Mühazirə 1. Başlamadan əvvəl bilməli olduğunuz məsələlər
-
Mühazirə 2. Büdcənin hazırlanması
-
Mühazirə 3. Büdcənin dəqiqləşdirilməsi
-
Mühazirə 4. Büdcənin nağd pul vəsaitlərinin hərəkətinə çevrilməsi
-
Mühazirə 5. Mövcud layihənin maliyyə idarəetməsi
-
Mühazirə 6. Layihənin maliyyələşdirilməsi ilə əlaqədar hesabatlılıq
-
Misal
-
Faydalı link:
-
Test və sertifikat
-
- "Fandrayzinq" kursu
- Strateji Planlaşdırma Kursu
-
Marketinq haqqında onlayn kurs
-
Mühazirə 1. "Marketinq" nədir?
-
Mühazirə 2. Marketinq strategiyası
-
Mühazirə 3. Müştəriləri dinləmək
-
Mühazirə 4. Müştəri dəyərləri
-
Mühazirə 5. Marketinqin 3 M faktoru
-
Faktiki məlumatlar. Marketinqlə əlaqədar 20 əsas fakt
-
Marketinq strategiyasının səmərəliliyini təmin etmək üçün nəzarət siyahısı
-
Misallarla araşdırma Marketinqin 3 M faktoru
-
Test və sertifikat
-
-
“Yaradıcı iqtisadiyyatda dəyərin yaradılması” kursu
-
Mühazirə 1. Bazarlar və dəyər sistemləri
-
Mühazirə 2. Dəyər zəncirinin təhlil edilməsi
-
Mühazirə 3. Dəyər təklifinin hazırlanması
-
Mühazirə 4. Yüksək effektivliyə malik müəssisə konsepsiyası
-
Mühazirə 5. Layihədən məhsula
-
Mühazirə 6. Rəqəmsal dəyişikliklərə uyğunlaşma
-
Faydalı resurslar
-
Test və sertifikat
-
- "Kreativ Avropa" proqramı üzrə kurs
-
Keçidlər və maliyyə vəsaitlərinin cəlb edilməsi haqqında onlayn kurs
-
Mühazirə 1. Sahibkarlıq və innovasiya: Maliyyə vəsaitlərinin müvəffəqiyyətlə cəlb edilməsi üçün istiqamətverici amillər
-
Mühazirə 2. Yaradıcı startaplar üçün biznes-modellər və xarici maliyyələşdirmə
-
Mühazirə 3. Keçidlər: Effektiv biznes planlaması üçün katalizator
-
Oxumaq üçün əlavə resurslar və onlayn resursların linkləri:
-
Faktiki məlumatlar
-
Misallarla araşdırma
-
Test və sertifikat
-
- "Mədəniyyət jurnalistikası" kursu
1929-cu ildə ispan filosofu və sosioloqu Xose Orteqa-i-Qassetin "Kütlənin üsyanı" kitabı nəşr olundu. Orada o, ictimai hakimiyyətin kütlə tərəfindən zəbt olunmasından və əvvəllər ancaq seçilmişlərə mənsub olan həyat tərzinə çatmasından şikayət edir.
Mədəniyyətin yüksək və kütləviyə bölünməsi mövzusunu Maks Horkhaymer və Teodor Adorno davam etdirdilər. Onlar "mədəniyyət sənayesi" terminini incəsənət, rəsm, ədəbiyyat, kino və başqa sahələrdə eyni tipli, standartlaşdırılmış yeniliklər istehsal edən sənaye mexanizmini təsvir etmək üçün təklif edirlər. Müəlliflərin fikrinə görə, bu cür sənayenin yaratdığı oxşar obrazlar özlərində nə maarifçi, nə də digər dəyərlər daşımırlar, daha çox gündəlik qayğılardan fikir yayındırmağa, təşəbbüsü və yaradıcılığı əzməyə yarayırlar. Digərləri ilə birlikdə onların tənqidinə həm də tryuklu filmlər və cizgi filmləri kimi yüngül janrlar da məruz qalırlar.
Daha sonrakı tədqiqatçılar isə populyar mədəniyyəti nəinki sənayenin "passiv" kütləyə yeritdiyi məhsul kimi, o cümlədən sosial proseslərin və dəyişikliklərin əks edilməsi və yaradıcılıq üçün bir məkan kimi görürlər. Məsələn, populyar mədəniyyətdə son 50 ildə irqi tolerantlığa keçid müşahidə olunur, – 1950-ci illərin "Tom və Cerri" cizgi filmində afroamerikalı qadın hərdən, kadrda ancaq ağ əlcəkli əlləri gözə dəyən qulluqçu kimi görünürdüsə, 2000-ci illərdə Helli Berri, Ceymi Foks və Denzel Vaşinqton baş rolların ifasına görə artıq "Oskar" mükafatı alırlar.
Bundan əlavə, kütləvi kommunikasiya vasitələri maarif məqsədləri üçün daha çox istifadə olunmağa başlayır. Təhsili və əyləncəni birləşdirən "edutainment" formatı geniş yayılır. Məsələn "Morqan Frimanla soxulcan deşiyindən" sənədli serialı müasir elmin ən həyəcanlı sirlərini nəzərdən keçirir, həm də geniş auditoriyada populyarlıq qazanır, onun "Emmi" mükafatına təqdim edilməsi bu populyarlığın təsdiqidir.
Ledi Qaqa, Devid Bekhem, Şakira, Rianna kimi pop-ulduzlar insanlara, xüsusən də gənclərə siyasətçilərdən daha çox təsir gücünə malikdirlər. Gənclərin fikirləri isə ХХІ əsrdə həm siyasətdə, həm də iqtisadiyyatda getdikcə daha böyük rol oynamağa başlayacaq. Gənclər mühitində yeni ideyalar və yaradıcılıq növlərini ifadə edən mədəniyyətin potensialını lazımınca dəyərləndirməmək düzgün olmazdı.
Bundan başqa, yeni mediyanın yaranması mədəniyyətlə təmasda auditoriyanın rolunu dəyişir. Qavrayış prosesinə fəal iştirak və məzmun yaradılması da əlavə olunur. Castin Biber prodüsserlərin diqqətini özünə həvəskar çarxlarının YouTube-da populyar olmasından sonra çəkdi(https://www.youtube.com/watch?v=KJWZSEkCrAM). Eynilə, ukraynalı rəssam Nastya Nudnikin internetdə dərc elədiyi, məşhur rəsmlərin ironik tərzdə təqdim edildiyi Emoji-nation seriyası beynəlxalq marağı özünə çəkə bildi.