- “Rəqəmsal kommunikasiyalar” kursu
- "Mədəniyyət və kreativlik" kursu
-
Kommunikasiya kursu
-
Mühazirə 1. Strateji kommunikasiya prosesinin əsas prinsipləri
-
Mühazirə 2. Strateji kommunikasiya prosesinin mərhələləri
-
Mühazirə 3. Strateji kommunikasiya prosesinin əsas prinsipləri
-
Mühazirə 4. Strateji kommunikasiya prosesinin əsas elementləri
-
Mühazirə 5. Kütləvi informasiya vasitələri ilə kommunikasiya prosesləri: müvəffəqiyyət üçün tövsiyyələr
-
Əlavə resurslar
-
Test və sertifikat
-
- Təklifin hazırlanması kursu
- “Mədəniyyət strategiyası” kursu
-
-
Mühazirə 1. Təşviqat nədir və sizə necə köməklik göstərə bilər?
-
Mühazirə 2. Məsələnin təhlili və müəyyən edilməsi
-
Mühazirə 3. Xarici mühitin xəritə şəklində təsviri
-
Mühazirə 4. Lobbiçilik, təsir göstərmə və səsinizi eşitdirmə
-
Mühazirə 5. Təşviqat kampaniyasının qiymətləndirilməsi
-
TƏŞVİQAT vƏ LOBBİÇİLİK haqqında FAKTİKİ MƏLUMATLAR
-
Təşviqat potensialının qiymətləndirilməsi
-
Mütaliə üçün Əlavə Vəsaitlər
-
Test və sertifikat
-
-
"Yaradıcılıq təşkilatları üçün maliyyə imkanları" kursu
-
Mühazirə 1. Başlamadan əvvəl bilməli olduğunuz məsələlər
-
Mühazirə 2. Büdcənin hazırlanması
-
Mühazirə 3. Büdcənin dəqiqləşdirilməsi
-
Mühazirə 4. Büdcənin nağd pul vəsaitlərinin hərəkətinə çevrilməsi
-
Mühazirə 5. Mövcud layihənin maliyyə idarəetməsi
-
Mühazirə 6. Layihənin maliyyələşdirilməsi ilə əlaqədar hesabatlılıq
-
Misal
-
Faydalı link:
-
Test və sertifikat
-
- "Fandrayzinq" kursu
- Strateji Planlaşdırma Kursu
-
Marketinq haqqında onlayn kurs
-
Mühazirə 1. "Marketinq" nədir?
-
Mühazirə 2. Marketinq strategiyası
-
Mühazirə 3. Müştəriləri dinləmək
-
Mühazirə 4. Müştəri dəyərləri
-
Mühazirə 5. Marketinqin 3 M faktoru
-
Faktiki məlumatlar. Marketinqlə əlaqədar 20 əsas fakt
-
Marketinq strategiyasının səmərəliliyini təmin etmək üçün nəzarət siyahısı
-
Misallarla araşdırma Marketinqin 3 M faktoru
-
Test və sertifikat
-
-
“Yaradıcı iqtisadiyyatda dəyərin yaradılması” kursu
-
Mühazirə 1. Bazarlar və dəyər sistemləri
-
Mühazirə 2. Dəyər zəncirinin təhlil edilməsi
-
Mühazirə 3. Dəyər təklifinin hazırlanması
-
Mühazirə 4. Yüksək effektivliyə malik müəssisə konsepsiyası
-
Mühazirə 5. Layihədən məhsula
-
Mühazirə 6. Rəqəmsal dəyişikliklərə uyğunlaşma
-
Faydalı resurslar
-
Test və sertifikat
-
- "Kreativ Avropa" proqramı üzrə kurs
-
Keçidlər və maliyyə vəsaitlərinin cəlb edilməsi haqqında onlayn kurs
-
Mühazirə 1. Sahibkarlıq və innovasiya: Maliyyə vəsaitlərinin müvəffəqiyyətlə cəlb edilməsi üçün istiqamətverici amillər
-
Mühazirə 2. Yaradıcı startaplar üçün biznes-modellər və xarici maliyyələşdirmə
-
Mühazirə 3. Keçidlər: Effektiv biznes planlaması üçün katalizator
-
Oxumaq üçün əlavə resurslar və onlayn resursların linkləri:
-
Faktiki məlumatlar
-
Misallarla araşdırma
-
Test və sertifikat
-
- "Mədəniyyət jurnalistikası" kursu

-
Marketinq mərkəzi elementdir. Marketinq bütövlükdə müəssisənin missiya, strategiya və müvəffəqiyyətinin mühüm hissəsidir. O, müəssisənin bazarda rəqiblərinə və seçilmiş müştərilərinə nəzərən mövqeyi ilə əlaqədardır.
-
Baxış və ya Strateji Baxış yaradıcılıq, yaxud mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisənin gələcəyi üçün səylər təyin edir. Baxış (və ya "Strateji Baxış") sanki gələcək haqqında qurulan "xəyal"a, sözlərlə boyanmış və insanların həm qəlbinə, həm də beyninə xitab etməklə onları ruhlandırmaq üçün nəzərdə tutulmuş rəsmə bənzəyir.
-
Uğur. Hər bir insan və təşkilat uğur qazanmaq istəyir. Bununla yanaşı, "Uğur" anlayışını müxtəlif üsullarla təyin etmək olar. Bu səbəbdən, müəssisənin "Uğur" anlayışını öz nöqteyi-nəzəri baxımından aydın şəkildə təyin etməsi olduqca əhəmiyyətlidir.
-
"Marketinq" nə deməkdir? Bu söz müxtəlif insanlar üçün müxtəlif mənalar ifadə edir. Çox vaxt bu sözdən yalnız reklam və satış metodlarını ifadə etmək üçün istifadə edilir. Faktiki olaraq, marketinq anlayışı marketinq strategiyası və bazar araşdırması məsələlərini də əhatə edir.
-
Marketinq departamenti Bir çox müəssisədə "marketinq departamenti" faktiki olaraq reklam departamentidir. Marketinqə daha strateji nöqteyi-nəzərdən baxsaq, "marketinq departamenti" eyni zamanda sahibkarı, baş meneceri və idarə heyətini də əhatə edir.
-
Strateji və Operativ Marketinq Strateji marketinq müəyyən məhsulların seçilməsi və yalnız seçilmiş bazarlara diqqət yetirməklə əlaqədar "böyük şəkil"lə bağlıdır. Operativ marketinq (və ya marketinq əlaqələri) konkret bazarlar üçün konkret mesajların işlənib hazırlanması ilə əlaqədardır. İlk növbədə strateji marketinq tətbiq edilməlidir.
-
Marketinq strategiyası Marketinq strategiyası hər bir müəssisə üçün onun missiyasını, daha geniş bazarda rəqiblərinə nəzərən mövqeyini və diqqətlə seçilmiş müştərilərini anlamağa əsaslanan unikal formuldur.
-
Bazarların seçilməsi Strateji marketinq diqqətlə seçilmiş bazarları, bazar seqmentlərini və niş bazarları əhatə edir. Nəticə etibarı ilə, o, hansı bazarlarla işləməməyin qərarlaşdırılması məsələsini əhatə etmiş olur.
-
Bazar araşdırması Bu anlayış sadə şəkildə "müştəriləri dinləmək" kimi təsvir edilə bilər. Bazar araşdırması layihələrinin mürəkkəb və ya bahalı olmasına ehtiyac yoxdur. Seçdiyimiz müştərilərin perspektivlərini daha yaxşı anlamaq üçün sadə və ucuz yollar təşkil edə bilərik. Bazar araşdırması texnikadan daha çox mövqe ilə; hər şeyi bilmədiyimizə və ən yaxşı müştərilərimizdən faydalı ideya və fikirlər əldə edə biləcəyimizə inanmaqla əlaqədardır.
-
Rəqabət üstünlüyü Bundan sonra bazarda rəqabətin olduqca yüksək olduğunu qəbul etməliyik. Qəbul etməliyik ki, müəyyən məhsulların istehsal edilməsində, müəyyən xidmətlərin göstərilməsində və ya bir sıra bazar nişləri ilə işləməkdə bəzi rəqiblərimiz bizdən yaxşıdır. Bu halda onlarla birbaşa rəqabət aparmağı qərarlaşdıra və uduza bilərik. Və ya daha strateji qərar qəbul edərək onları keçib yalnız daha yaxşı olduğumuz məsələlərə diqqət yetirməliyik. "Ən yaxşı bacardığımız iş hansıdır?" sualını deyil, "Rəqiblərimizlə müqayisədə ən yaxşı bacardığımız iş hansıdır?" sualını verməliyik. Bu, rəqabət üstünlüyümüzü təyin etmək və ondan istifadə etmək məsələsidir. Bundan sonra diqqətimizi rəqiblərimizə nisbətən üstün olduğumuz məsələlərə yönəltməliyik.
-
"Marketinqin 3 M faktoru" Bu marketinq əlaqəsi texnikası sadə və çox effektivdir. Birinci növbədə hər bir məhsul və ya xidmət üçün hədəf bazar - və ya imkan daxilində bir neçə müxtəlif bazar təyin edin. Bu, M1 faktorudur: Bazar (Market) İkinci növbədə hər bir bazar üçün mesaj işləyib hazırlayın. Məhsul üçün müxtəlif bazarlar varsa, hər bir bazar üçün müxtəlif mesaj tələb oluna bilər. Təbii ki, mesaj müştəri dəyərlərini vurğulamalıdır. Bu, M2 faktorudur M3 mühitdir. O, hər bir mesajın müvafiq bazara ötürülməsi üçün istifadə edəcəyimiz vasitədir. Mühit müəyyən mesajı müəyyən bazara ötürməyin ən yaxşı yolu olduğu üçün seçilməlidir. Bazarın müştərilərinə diqqət yetirməklə onlara uyğun mühiti seçə bilərik.
-
Marketinqin 3 M faktoru düzgün ardıcıllıqla istifadə edilməlidir: Bazar (Market), Mesaj (Message) və Mühit (Medium) Marketinq əlaqələri zamanı ən böyük səhv və uğursuzluqların bir qismi 3 M faktorunu yanlış ardıcıllıqla tətbiq etmək nəticəsində meydana çıxır.
-
Müxtəlif müştərilər üçün müxtəlif mesajlar Hətta eyni məhsulda müxtəlif müştərilər müxtəlif xüsusiyyətləri dəyərləndirirlər. Odur ki, müxtəlif müştəri qrupları məhsulun müxtəlif aspektlərini dəyərləndirdiklərindən, eyni məhsul üçün müxtəlif mesajlar hazırlamalı ola bilərik.
-
Ən yaxşı kommunikasiya mühiti Bu, mesajı alacaq müştəri və mesajın özü üçün ən münasib olan mühitdir. Kommunikasiya mühitini sadəcə bəyəndiyiniz üçün seçməyin.
-
Sosial media Facebook, Twitter, Instagram və başqa sosial media platformaları marketinq əlaqələri üçün yüksək dərəcədə effektiv ola bilər. Ancaq onlar marketinqin 3 M faktoruna uyğun olaraq yalnız müəyyən mesajların müəyyən bazarlara ötürülməsi üçün məntiqi baxımdan ən yaxşı üsul olmaları halında istifadə edilməlidirlər.
-
Beynəlxalq marketinq müxtəlif mədəniyyət və ənənələri, eləcə də müxtəlif dilləri nəzərə almalıdır. Başqa ölkələrdəki müştərilərin perspektivlərinin yanlış anlaşılması nəticəsində yaranan problemləri aradan qaldırmaq üçün məsləhət verə biləcək yerli əməkdaş tapın.
-
Yaradıcılıq və mədəniyyət sahəsində fəaliyyət göstərən kiçik müəssisələr üçün adətən niş marketinqi kütləvi marketinqə nisbətən daha münasib və effektiv vasitə hesab olunur. Kiçik bazar taparaq orada üstünlük təşkil etmək müxtəlif bazarlarda satış həyata keçirməyə çalışmaqla müqayisədə daha çox həyata keçirilmə imkanı olan üsuldur. Deyildiyi kimi, artıq "kütləvi bazar" yoxdur, sadəcə "nişlər toplusu" mövcuddur.
-
Müştəri dəyərləri Müştərilər bizim məhsullarımızı bizdən fərqli görürlər. Bizim öz müəssisə və ya məhsullarımız haqqında nə düşündüyümüz onları maraqlandırmır; onları sadəcə bu məhsullarda onlar üçün nə olduğu maraqlandırır. Odur ki, müştərilərimizin nəyə dəyər verdiyini anlamağa çalışmalıyıq. Bu, status, cəmiyyət və ya sadəcə "yaxşı hiss faktoru" kimi qeyri-maddi dəyərlər ola bilər. Sonradan bu müştəri dəyərlərini marketinq mesajlarına tətbiq edə bilərik.
-
Qiymətləndirmə Marketinq çox zaman effektiv şəkildə qiymət və mənfəətlərin artmasına gətirib çıxara bilər. Bu, niş bazarın üstünlük təşkil etməsi nəticəsində baş verə bilər. Yüksək qiymətlər eyni zamanda müştərilərin bizim məhsullarımızdan əldə etdikləri faydaları daha yaxşı anladığımız zaman təyin edilə bilər.
-
Marketinq hamının öhdəliyidir. Marketinq "marketinq departamentinin" gördüyü işlərdən daha geniş anlayışdır. O, bütövlükdə müəssisəni seçilmiş bazar seqmentlərinin dəyişən ehtiyaclarına uyğunlaşdırmaqla əlaqədardır. Belə ki, müəssisədə hər kəs marketinq prosesində müəyyən rol oynayır.